Mən,
Məndən yetkin insan istərəm qarşımda!
Məndən dürüst,
Ən kiçik dalğada arxasını çevirməyəcək qədər yetkin,
Arxamı çevirdiyimdə, arxamdan vurmayacaq qədər güvənilir.
Bir o qədər cəsarətli olmalı,
Yağmurdan islanıb, fırtınadan qaçmamalı,
Ayağı daşa ilişincə qayadan qorxmamalı.
İşinə gəlincə sevib,
Çətini görüncə buraxmamalı!
Yerin səni çəkdiyi qədər ağırsan, qanadların çırpındığı qədər yüngül.Ürəyin döyündüyü qədər canlısan, gözlərin uzağı gördüyü qədər gəncsən.
Sevdiklərin qədər yaxşısan, nifrət etdiklərin qədər pissən. Qaşın-gözün nə rəng olursa, olsun qarşındakının gördüyüdür rəngin. Yaşadıqlarını mənfəət sanma, yaşadığın qədər yaxınsan sonuna. Nə qədər yaşarsan yaşa SEVDİYİN qədərdir ömrün.
Gülə bildiyin qədər xoşbəxtsən. Üzülmə, bil ki, ağladığın qədər güləcəksən! Heç vaxt bitti sanma hər şeyi, sevdiyin qədər seviləcəksən. Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər. Və qarşındakına dəyər verdiyin qədər insansan. Ay işığındadır sevgiliyə duyulan həsrət...və sevgilinə həsrət qaldığın qədər ona yaxınsan. Unutma! Yağış yağdığı qədər islanmısan. Və günəşin səni isitdiyi qədər istisən. Özunu yalnız hiss etdiyin qədər yalnızsan. Və güclü hiss etdiyin qədər güclüsən. Özünü gözəl hiss etdiyin qədər gözəlsən.
VƏ BUDUR HƏYAT!
VƏ BUDUR YAŞAMAQ!
Bunu xatırladığın qədər yaşarsan. Bunu unutduğunda… Aldığın hər nəfəs qədər üşüyərsən. Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir. Quşlar ötə bildiyi qədər sevimılidir. Körpə ağladığı qədər körpədir. Və hər şeyi öyrəndiyin qədər bilərsən.
Bunu da öyrən… SEVDİYİN QƏDƏR SEVİLƏRSƏN!
Can Yücel
P.S:Mətni türk dilindən tərcümə etmişəm.
Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...
Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…
Özünü nöqtə qədər əhəmiyyətsiz hiss etdiyində, dönüb arxana bax; bəlkə çox əhəmiyyətli bir cümlənin sonundasan.
Çox dəyər verdiyim bu ifadə ilə başlamaq istədim sözlərimə. Hər zaman cümləyə dəyər verib sonundakı nöqtəyə fikir vermədiyimiz üçün .
Nöqtələr bizim fikirləşdiyimiz kimi adi bir duröu işarəsi deyil əslində. Onların da özlərinə xas dilləri var. Onlar da öz dillərində danışır. Bəzən bir sözdən və ya cümlədən də daha çox şey ifadə edər nöqtələr anlayana.