Eşitdiyi ürküdücü səslə qeyri-ixtiyari diksindi. Gördüyü mənzərə qarşısında çaşıb qaldı. Yarpaq, bağlı olduğu budaqdan ayrılmış, yerə doğru düşürdü. Dünyasını səs-küyə bürüyən bu ayrılığın səsi idi. “Bu bir qopmamı, yoxsa doğuşmu?" dedi. Nə olacaq bundan sonra deyə düşünərkən, dilinə, hər vaxt təkrar etdiyi «Boşluq yox bu aləmdə!” cümləsi gəldi...
Tumurcuqkən, ətrafında bir çox yarpaq görmüşdü. Bir müddət sonra da budaqların çiçəklərlə bəzəndiyini… Yarpaqlar və çiçəklər, gün keçdikcə bir-birlərindən ayrılmaz hala gəlmişlərdi. Yaşlı ağacın budaqlarında səadət içində bahar nəğmələri söyləyirdilər. Və beləcə ayrılığın soyuq küləklərini hiss edənə qədər sürmüşdü bu mahnı.
O gün canı kimi sevdiyi yoldaşlarının sağa, sola itələnilib qaxıldığını gördüyündə yarpaq dəliyə dönmüşdü. Ağaca, niyə çiçəklərə sahib çıxmadığını soruşmuşdu. Ağac isə hər şey normalmış kimi təbəssüm edərək bunları pıçıldadı:
İçimdə fırtınalar qopur bəzən, əsəbiləşirəm. Olanlara, yaşananlara, yaşanmayanlara hirslənirəm. Üsyan etməyim deyərkən söyərkən tapıram özümü. Lənətlər yağdırıram, bəla oxuyuram. Ümidsizliyə qapılıram, əsla keçməyəcək və mən həmişə keçmişdə asılı qalacağam, daimi məkanım ‘ə'raf' olacaq deyirəm.
Üzsüzlərin, sinəsini gərə gərə gəzdiyi bu iqlimdə niyə nəfəs almaq məcburiyyətində olduğumu anlaya bilmirəm. Niyə onlar hələ nəfəs alır onu heç həll edə bilmirəm. Fizika qaydasıdır; eyni qütblər normalda bir-birini itələyərkən, iş xaraktersizliyə gəlincə nədənsə qayda belə işləməyirmiş; xaraktersiz insan ətrafına cəsədlərə yığışan ağcaqanadlar kimi xaraktersizləri yığırmış, yeni yeni anlayıram.
Sevginin günahsızlığı, güvənin safı ləkələniyir artıq gözümdə. Bir daha ikisinə də əlini sürə bilməyəcəyəm kimi gəlir; bəlkə öz əllərimi ləkələməmək üçün bəlkə də ləkələri təmizləməyə macalım olmadığı üçün. Təkliyin bir ömür daimi dostum olacağını sezirəm və bu canımı ağrıtmır; narahat etmir uzun ömrün tək başına keçəcəyi düşüncəsi. Onsuz da ömrün uzun olacağı haradan aydındır ki deyə rahatlaşdırıram özümü.
Sonra…
1941-ci ilin oktyabrında Rusiyanın Vyazma şəhəri yaxınlığındakı meşədə alman ordusunun mühasirəsini yarmağa çalışan tank ekipajının üzvləri həlak oldular. Yaralanmış kiçik leytenant İvan Kolosov sevgilisi Varyaya son məktubunu yazdı. Tankı 25 il sonra tapdılar. Ordan İvan Kolosovun da meyiti çıxdı. Onun üzərindən göndərilməmiş məktub və foto tapıldı. Varvara Juravlyova bu məktubu 25 il sonra oxudu...
25 oktyabr 1941-ci il
Bakıya məktub yazıram, qoy sovursun öz küləklərində məktubumu… Götürsün İçərişəhərindən, aparsın tək qaldığı bir yerə açsın, oxusun. Aparsın rüzgarına qatıb yox eləsin məktubumu, sonra öz yoxluğunda həzm eləsin. Dərininə köklənmiş metrosundan yazıram bu məktubu. Ey Bakı, Külək kimi xaotik sevgilərin, sevgililərinin və sevgilərimin şəhəri… Ey ilk dəfə özümlə tək qaldığım, ilk dəfə sevdiyim, ilk dəfə dalaşdığım, ilk dəfə məğlubiyyəti daddığım Bakı, nədir cinsin sənin? Bu yaşadıqlarına Kişi kimi siqaretinin dumanı arxasından baxırsan ya qadın kimi gözyaşlarını axıdıb boğursan sevdiklərini, sevmədikləri…
Qatil də Allah quludur, Əzrail da mələk olduğu kimi...
Gücü gizlətmək də sirr saxlamaq kimi çətindir.
Təkrar biliyin anası deyil, balasıdır.
Ümid–pul kimi bir şeydir.
Özünü cilovlama, eybi yox, qoy nadanlar səni “kobud” adlandırsın.
Xatirələrin yaşadığı yerlər köhnə tanışlara bənzər, hərdən yadına ya bir dalan düşər, ya bir kitabxana...
Yaşamaq-susamaqdır, ancaq heç ölüm də su deyil.
Əgər yaddaşın qarışıqdırsa, xatirələrin köhnəlibsə, acı dadırsa, onları heyfslənmədən at. Yoxsul və təmiz ev daha rahatdır, nəinki zəngin və səliqəsiz ev.