Daun sindromlu diaqnoz ən dəhşətli diaqnozlardan biridir. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu «monqolizm» adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin «monqolizm» adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə «Daun sindromu» adını alıb.
Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. «Monqolizm» adı da bu səbəbdən işlədilib.