Tibbi patologiya kateqoriyası üzrə məqalələr

Xalq təbabəti ilə Revmatizmin müalicə üsulları

Revmatizm (kəskin oynaq revmatizmi) streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir.

Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər.

Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.

Bakterioloji və seroloji müayinələr göstərir ki, revmatizm — A qrupundan olan β-hemolitik streptokok infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır.
Streptokok infeksiyası keçirmiş xəstələrin 2,5%-də bir ay ərzində kəskin revmatizm inkişaf edir.
Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.

Davamı →

Anadangəlmə analgeziya: ağrının hiss edilməməsi

Ağrı hissi bədənimizdə mövcud olan müdafiə sisteminin bir hissəsidir. Bu hiss sağlamlığa mənfi təsir edən vəziyyətin yarandığını bildirir və bu mənfi təsirə qarşı tədbir almaq üçün bədənə dəyən fiziki zərərin minimuma endirilməsini təmin edir.
Belə ki, insan ağrı hiss edirsə, onu aradan qaldırmaq üçün tədbir görür və bədənə dəyən zərərin qarşısını alır. Məsələn, əli qaynar suda yanan insan ağrı hiss etdiyi üçün dərhal əlinisudan çıxararaq dərisinin zərər görməsinin qarşısını alır. Digər hallarda yaranan ağrı hissi davam edərsə tibbi üsullara, qoruyucu tədbirlərə əl atır və ya bədəninin hər hansı bir yerində yaranan ağrı nəticəsində həkimə gedərək xəstəliyi şiddətlənmədən onun qarşısını alır.                        

Ağrı hissinin funksiyası bizi narahat edərək, onun yarandığı nayihəyə diqqətimizi yönəltmək və bədənimizdə nəyinsə normal olmadığını xəbər verməkdir. Bu səbəbdən anadangəlmə analgeziya”, yəni  ağrını hiss etməmək xəstəliyi, əslində, riskli xəstəlikdir.

Davamı →

Parkinson- titrəmə xəstəliyi

Titrəmələr insanın iradəsi xaricində olan incə ritmik hərəkətlərdir ki, bu hərəkətlər ən çox əl və baş bəzən isə ayaq nahiyələrində özünü göstərir. Titrəmələr genetik olur və səbəbi dəqiq bilinmir.
Bəzən titrəmələr çox az olduğu üçün normal vəziyyətdə görülməsə də su ilə dolu bir stəkan götürdükdə bu titrəmə açıq hiss olunur.
Titrəmələrin ən önəmli səbəbi kimi mərkəzi sinir sisteminə təsir edən xəstəliklər və ya dərmanlar göstərilir. Ən çox rast gəlinən titrəmə xəstəliyi isə əsasən yaşlılarda olan Parkinson xəstəliyidir.
Qaraciyər çatışmamazlığı, alkoqolizm və ya civə zəhərlənməsi də titrəmələrə səbəb ola bilər. Gənc yaşlarda titrəmələrə səbəb isə əsasən alkoqolizim, kofein və stress ola bilər.

Davamı →

Anemiya- qan azlığı olanlar üçün təbii qida

İbn Sinanın tövsiyyələrindən biri olan  qan azlığı olanlar üçün bu qarışıq bədəndə qanın yaranması üçün çox faydalıdır.

Tərkibindəki ərzaqlar:

Badam- 100 qr.

Süd- 500ml(yarım litr)

Doşab-1st

Hazırlanması:

Badam döyülərək üyüdülür üzərinə süd əlavə olunur vam odda qarışdırılaraq bişirilir. Soyuyan zaman 1st doşabla qarışdırılıb səhər, günorta və axşam qəbul edilir.

Davamı →

Dərmanların əzərək istifadəsi qadağan edildi

Dərman vasitələrini həbləri əzərək və ya kapsulları acaraq içmək zərərlidir!
 
Alman alimlərinin apardığları tədqiqatların nəticələrinə görə bu qənayətə gəliblər. Mütəxəssislərin sözlərinə görə, həkim məsləhəti olmadan kapsulları açaraq, içmək təhlükəlidir. Çünki, bəzi dərmanlar əzildikdə havayla reaksiyaya girərək, zəhərə çevrilir və buna görə də mütəxəssislər kapsulların içini açıb, suya qataraq, içməyi də qadağan edib.

Alimlərin sözlərinə görə, dərmanlar əzərək istifadəsi zamanı zəhərə çevrilməsə belə mədəyə zərər verir və bundan əlavə əvvəlki kimi effekt vermir.

Aparılan tədqiqatlarda xəstələrə verilən əzilərərk zədələnmiş dərmanların həm də dəməkmolar ki, faydasız olduğu məlum olub. Bu səbəbdən də həkim məsləhəti olmadan dərmanları əzərək istifadəsini qadağan ediblər. 

Davamı →

Zəhərlənmələr- ilk yardım

Hər hansı bir kimyəvi ,üzvi və fiziki maddə orqanızmə daxil olduqdan sonra yerli və ümumi zədələnmə meydana gətirirsə, ölümə səbəb olursa bu maddə zəhər ,proses isə zəhərlənmə adlanır.

Əlamətlər: Yerli — Sancılan, dişlənən, zəhərin təmas etdildiyi yerdə qızartı, şiş, ağrı,qaşınma meydana gəlir.Ümumi — Bədən hərarəti yüksəlir,bütün bədəndə qızartı,qaşıntı əmələ gəlməsi, tənəffüsün  cətinləşməsi,nəbzin sürətli və səthi olması,baş ağrısı,qulalarda cingilti,halsızlıq, özündəngetmə,şüurun itməsi,şok və  ölüm.

Zəhər bədənə qəsdən  və qəza ilə daxil ola bilər. Zəhərin daxil olmasının 4 yolu var: Həzm, tənəffüs,dəri və qan yolu.

Davamı →

Artroz (osteoartroz)

Artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblər üzündən zədələnir, quruyur, səthi kələ-kötür və çat-çat olur.

Normada oynaqdakı sümüklər arasında “yumşaq” sürüşmə olduğu halda, anormal sürtünmə baş verir – sümüklərin hərəkəti zamanı oynaq səthləri bir-birinə “ilişir”.Bu proses davam etdikcə qığırdaq toxuması get-gedə nazilərək “silinir”. Nəticədə qığırdaq toxuması öz amortizasiya xüsusiyyətini itirir və onun altında yerləşən sümük toxumasına olan təzyiqi yumşaltmaq funksiyasını icra etmir. Nazikləşmiş qığırdaq toxuması altında olan sümük toxumasına olan təzyiqin artması nəticəsində sümük toxuması tədricən əzilir, sıxılır və deformasiyaya uğrayır. Artroz əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir.

Davamı →

Əyriboyunluq

Doğuş zamanı uşağın boynu böyük gərginliyə (xüsusilə doğuş ağır keçdikdə, ginekoloji maşalardan istifadə olunanda və s.) məruz qalır. Bunun nəticəsində uşaqda əyriboyunluq əmələ gələ bilər.

Nadir hallarda əyriboyunluq uşaqda ana bətnində olarkən formalaşır.

Əyriboyunluğun ilkin əlamətləri artıq uşaq həyatının 2-ci həftəsində özünü büruzə verir. Uşağın başı qeyri təbii olaraq daim yan tərəfə əyilir, boynunun bir tərəfi o birinə nisbətən qısa olur. Uşağın başı həmişə bir tərəfə doğru çevrilmiş olur. Başı digər tərəfə çevirməyə cəhd göstərildikdə isə, körpə narahatlıq nümayiş etdirərək ağlayır.

Əyriboyunluğun səbəbi başı önə əyən əzələnin patologiyasıdır. Bu zaman, qan təchizatının pozulması nəticəsində zədələnmiş əzələ qısalaraq yığılma qabiliyyətini itirir. Əyriboyunluq zamanı uşağın sifətində asimmetriya da inkişaf edir — üzün sağlam tərəfi o biri (xəstə) tərəfindən iri olur. Uşağın yanaqlarında asimmetriya daha aydın hiss olunur — bir yanaq digərindən böyük görünür.
Davamı →

Xalın təhlükəsi

Melanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Xəstəlik tez inkişaf edir və metastazlar verir.

Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan «zərərsiz» xal olur. melanomaTəbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə iri «həcmli» xallar) olduqda insan çox diqqətli olmalıdır və xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir. 

Bu simptomların arasında:

— xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın  «hissələrinə» diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

— xalın kənarları nahamar — dalğavari və ya «dişli» şəkil aldıqda.

Davamı →

İtdirsəyi və xalyazion

İtdirsəyi – göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır.

Davamı →
Top