Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir.
Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri «gəzir», lazım olmayan müalicələr alırlar.
Soyuq tibbi elmində yalnız bu yaxınlarda allergen kimi qəbul olunmağa başladı. Soyuğa qarşı olan allergiyanı həkimlər daha tez-tez hallarda allergiya yox, «psevdoallergiya» adlandırırlar. Adətən «allergen» dedikdə biz müxtəlif maddələri (toz, yun, heyvanların tükü, bitkilərin tozcuqları, bəzi qidalar və s.) nəzərdə tuturuq. Lakin soyuq «maddə» deyil. Onda niyə soyuq allergik reaksiyalara səbəb olur? Həkimlərin fikirinə görə, soyuq insan orqanizmində müəyyən prosesləri «qoşur» ki, nəticədə allergiyaya bənzər reaksiya inkişaf edir.
Ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb olurlar. Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər.
Bu xüsusən botulizm xəstəliyinə aiddir.
Botulizmi törədən bakteriya Clostridium botulinumadlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar tərəfindən «hazırlanan» toksin — botulotoksin — dünyada ən güclü bioloji zəhərlərdən sayılır.
Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayyət qədər yaxşı təmizlənmir və yuyulmur, düzgün sterilizasiya olunmur və daha sonra isə uyğun olmayan şəraitdə saxlanılırsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər.
Hər il yaz başlayarkən insanlar tez-tez iştahasızlıqdan, əsəbilikdən, yorğunluqdan, təkrarlanan soyuqdəymələrdən əziyyət çəkməyə başlayırlar. Saçlar tökülməyə başlayır və parıltısını itirir, dırnaqlar çox kövrək olurlar. Bütün bunlar yaz avitaminozun əlamətləridir.
Təbii ki, bu zaman vitaminlərin kəskin çatmamasından söhbət gedə bilməz. Vitaminlərin kəskin çatmaması insan orqanizmi üçün çox təhlükəli haldır ki, hətta insanın həlak olması ilə nəticələnə bilər. Beləliklə, «avitaminoz» deyəndə biz adətən vitamin və mikroelementlərin qismən çatmamasını nəzərdə tuturuq. Daha dəqiq desək, söhbət hipovitaminozdan və hipomikroelementozdan gedir.
Niyə hipovitaminoz bizi məhz yazda yaxalayır? Məsələ ondadır ki, qışda biz qidadan bütün bizə lazım olan vitamin və mikroelementləri ala bilmirik.
Son zamanlar dükanlarda hətta qışda, demək olar ki, bütün meyvə və tərəvəzləri tapmaq olur. Lakin bir neçə ay ərzində saxlanılan bu meyvə və tərəvəzlərdə vitamin və mikroelementlərin çox hissəsi itirilmiş olur.
Bəzən qəbul etdiyimiz qidalar bədənimizdə qızartılara, dildə-dodaqda şişkinliyə, nəfəsalmada çətinliyə səbəb olur.Lakin bu təsirlərə əksər hallarda əhəmiyyət vermirik, laqeyd yanaşırıq. Allergiyaya qarşı həssas olanların mütləq bu çatışmazlıqla bağlı testlərdən keçməsi vacibdir. Maltepe Tibb Mərkəzi Dermatoloji Mütəxəssisi Dr. Leyla Ərdən vaxt keçdikcə fikir vermədiyimiz allergiyanın sonradan gücləndiyini qeyd edir.
İstanbulun Cerrahpaşa Tibb Fakültəsinin müəllimi, astma və allergiya mütəxəssisi Prof. Dr. Əhməd Rasim Küçükusta xüsusilə 3 yaş altındakı uşaqlarda süddən allergiya verdiyini vurğulayır. Südə qarşı allergiyası olan uşaqlarda qusma və köp halları müşahidə edildikdə süd verilməsi dayandırılmalıdır. Belə uşaqların yalnız 80 faizində 3 yaşdan sonra süd allergiyası aradan qalxır. Lakin bəzi uşaqlarda bu hal həmişəlik qalır. Qida allergiyası hər yaşda meydana gələ bilər. Əsasən allergiyaya səbəb olan qidalar balıq, qabıqlı dəniz məhsulları, süd, soya, yumurta, çiyələk və s.-dir. Qidanın görüntüsü, qoxusu, dadı belə bəzən allergiyaya səbəb ola bilir.
Qida allergiyasının əlamətləri nədir?
Nizamsız ürək döyüntüləri, təzyiqin ani olaraq qalxıb-düşməsi, dəridə qızartılar, şişkinliklər və s. Bu hal uzun sürərsə və müalicə olunmazsa, ölümə də nəticələnə bilər.
Normal halda insanların bədən hüceyrələrinin hər birində 46, cinsi hüceyrələrində isə 23 xromosom olur. Cinsi hüceyrələr birləşərkən yeni orqanizmin 46 sayda olmaqla xromosom dəstini əmələ gətirirlər.Bəzi hallarda yeni orqanizmin xromosom dəstinin sayında dəyişiklik (normal saya nisbətən azalma, artma, xromosomların fraqmentlərinin itirilməsi və s.) baş verir. Statistik məlumatlara əsasən xromosom saylarının anomaliyası olan belə ruşeyimlərin 60%-i doğuşa qədər məhv olurlar. Belə xromosom dəsti ilə doğulanlarda isə əksər hallarda müxtəlif inkişaf qüsurları, zehni zəiflik və s. çatışmazlıqlar təsadüf edilir.