Babasil və kolitdən sonra düz bağırsaqı çatları bağırsaq xəstəliklərin arasında 3-cü yer tutur.
Bağırsaq çatları anal dəliyin selikli qişasının yarıqlarıdır. Bu yarığın uzunluğu 1,5-2 sm ola bilər.
Bir çox hallarda çat daxili babasillə birlikdə meydana çıxır. Bağırsaq çatları qadınlarda kişilərlə müqayisədə daha tez-tez qeyd olunur.
Xəstəliyin əsas səbəbi xroniki qəbizliklərdir. Bu zaman bərkimiş nəcis kütləsi düz bağırsağı zədələyir və çat əmələ gəlir. Lakin çat xroniki ishalların nəticəsində də yarana bilər. Məsələ burasındadır ki, təkrarlanan ishalın nəticəsində düz bağırsağın selikli qişası ödemləşir və iltihablaşır ki, bu çatların əmələ gəlməsinə gətirir çıxardır.
Bundan əlavə mexaniki travmalar və həzm sistemin istənilən hissəsində olan iltihab çatların əmələ gəlməsinə səbəb ola bilər.
Uşaqlarda çatlar bir çox hallarda helmintozun (qurdlar) nəticəsində əmələ gəlir. Bağırsaqlarda qurdaların olması ödemə və iltihaba səbəb olur. Qurdların yumurtaları kəskin qaşınmaya səbəb olur və uşaq anal dəliyin sahəsini tez-tez qaşıyır. Bu isə selikli qişanın zədələnməsinə səbəb olur.