Vərəm xəstəliyi bəşəriyyətə çox qədim zamanlardan məlum olan xəstəliklərdəndir. Hippokrat (e. ə. 460-370), Qalen (130-201), Əbu Əli ibn Sina (Avisenna, 980-1037) və qədim əsrlərin başqa həkimləri vərəm xəstəliyini öyrənmiş, onun haqqında əsərlərində müvafiq məlumatlar vermişlər. Onlar adətən vərəmin gecikmiş formasının diaqnozunu müəyyən edirdilər. Vərəm xəstəliyinin əsas əlamətlərindən biri xəstənin ümumi arıqlaması idi. Yunanca arıqlama sözü ftiz kimi tərcümə olunduğundan, xəstəliyi bu cür adlandırdılar. Ftiz termini altında ağciyərin sifilis, xərçəng, bronxoektaziya və başqa irinli iltihabi xəstəlikləri ifadə olunurdu.
Emfizema ağciyərlərin proqressivləşən xəstəliyi olmaqla tənəffüsün qısalması və fiziki aktivlik zamanı ağciyər ehtiyatlarının tükənməsi ilə müşayiət olunan xəstəlikdir. Emfizemaya səbəb ağciyərlərin kiçik hava kisələrinin və kiçik hava yollarının zədələnməsidir. Emfizema çox inkişaf edəndə havanı ağciyərlərinizdən xaric etmək üçün çox enerji sərf etməli olursunuz. Emfizema yavaş-yavaş illər boyu inkişaf etdiyindən təəssüf ki, xəstəlik inkişaf etdikdən sonra simptomları üzə çıxır.Xəstəliyin müalicəsi simptomların zəiflədilməsi və ağırlaşmaların qarşısının alınması istiqamətində aparılır.
Tənəffüsün dayanması (Apnoe) zamanı ağciyərin həcmi yerində olsa da tənəffüs əzələləri işləmir və ağciyərlərlə xarici mühit arasında hava mübadiləsi olmur. İnsan orqanizmi özündə boyuk oksigen ehtiyatı yarada bilmir və xaricdən daxil olan oksigendən aslı vəziyyətdədir. Odur ki, qisa müddət tənəffüsün dayanması orqanızmdə ciddi oksigen çatışmazlığına səbəb olur. Apnoe uzun müddət davam edərsə bədən daxilində, xüsusilə də beyində geriyə dönməyən zədələnmə baş verə bilər.
Yalnız xüsusi şərtlər altında apnoe zamanı bədənin oksigenlə təminatını idarə etmək olar.
Artıq soyuqlamısınız, sinənizdə ağrı, öskürək əmələ gəlib, bir qədər sonra isə temperaturunuz yüksəlibsə bu kəskin bronxitin əlamətləri ola bilər. Kəskin bronxit sizin ağciyərlərinizin əsas çıxarıcı tənəffüs yolları iltihablananda əmələ gələn vəziyyətdir. Bronxitlər adətən respirator infeksiyanin davamı olaraq əmələ gəlir. Siqaret çəkmə də bronxitin risk faktorlarındandır. Kəskin bronxitlər bir çox hallarda bir neçə gün ərzində keçib gedir. Lakin bəzən öskürək bir neçə həftə çəkə bilər. Əgər bronxit əlamətləri təkrarlanırsa bu həkim diqqəti tələb edən astma ve ya xroniki bronxit ola bilər. Odur ki, mütləq həkimə müraciət edin.
Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə allergik rinit və ya ekzema tipli allergiya var.
Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur. Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.
Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki, onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin orqanların boşluğunun sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir.
Yeni doğulmuş uşaqda vərəmin profilaktikası vərəm dispanserinin daimi nəzarəti altında həyata keçirilir; dispanserdə hamilə qadınlar, vərəmli xəstələr, yaxud fəal vərəmlə təmasda olan şəxslər xüsusi qeydiyyatdadırlar. Bu qeydiyyatı sahənin tibb bacıları və qadın məsləhətxanaları aparır. Qeydiyyatdan məqsəd yeni doğulmuş uşağı ayırmaq üçün qabaqca hazırlıq görməkdir. Qadın məsləhətxanasının həkimləri vərəm ocağından hamilə qadın gələcəyini doğum evinin müdirinə qabaqcadan xəbər verməli, vərəm dispanserinə isə vərəm ocağındakı hamilə qadınların siyahısını göndərməlidirlər.