tənəffüs sistemi kateqoriyası üzrə məqalələr

Yuxarı tənəffüs yolları və ağciyər xəstələri necə qidalanmalıdır

Yuxarı tənəffüs yolları, xüsusilə ağciyər xəstələrinin COVID-19 virusunun yüksək risk qrupuna daxil olduqları qeyd olunub.
Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.
Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.
Davamı →

Bronxial astma haqqında bilmədiyimiz faktlar

Bronxial astma tənəffüs yollarının xroniki davamlı iltihab prosesidir.
Dünyada geniş yayılan bronxial astma Azərbaycanda da insanları narahat edən ağciyər tənəffüs yolu xəstəliklərindəndir. Dünyada astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə hətta bu rəqəm 12-14 faizə bərabərdir. Bronxial astma daha çox Amerikadadır, çünki orda infeksion xəstəliklərə demək olar ki, rast gəlinmir. Aparılan araşdırmalara görə ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında astmadan əziyyət çəkənlərin sayı 7 faizə bərabərdir. Lakin uşaqlar arasında da bu xəstəliyə tez-tez rast gəlinir.
Davamı →

Astma

Astma tənəffüs yollarının müxtəlif allergenlər və tətikləyici maddələrin təsiri altında daralması, iltihabi ilə gedən xroniki xəstəlikdir.
Astma zamanı tənəffüs yollarında əsas iki dəyişiklik yaranır.
  • İltihab -  tənəffüs yollarının selikli qişasının hava ilə daxil  olan müxtəlif maddələrə qarşı allergik reaksiyası  nəticəsində yaranır.
  • Daralma- iltihab nəticəsində selikli qişa ödemləşir, saya əzələlərdə spazm yaranır, nəticədə bronxlar daralır.
Broxlardakı spazm və iltihab nəticəsində xəstəliyin klinik simptomları yaranır.
Davamı →

Plevrit xəstəliyinin müalicəsi və profilaktikası

PlevritPlevrit xəstəliyi
Plevrit plevranın (ağciyər pərdəsinin) iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması, və ya plevra vərəqlərinin üzərində fibrinli çöküntülərin əmələ gəlməsi ilə müşahidə olunur. Plevrit quru və eksudativ olmaqla iki yerə bölünür.

Plevritin əmələgəlmə səbəbləri və mexanizmi
Əksər hallarda plevrit müstəqil patologiya olmur, çox vaxt bir sıra ağciyər və digər orqanların xəstəliklərini müşayiət edir. Əmələgəlmə səbəblərinə görə plevritlər infeksiya və qeyri-infeksiya (aseptik) mənşəli olur.

İnfeksiya mənşəli plevritlərin səbəbləri:
– bakterial infeksiyalar (stafilokok, pnevmokok, qrammənfi flora və s.);
– göbələk infeksiyaları (kandidoz, blastomikoz, koksidioidoz);
– viruslu, parazitli (amöbiaz, exinokokkoz), mikoplazmalı infeksiyalar;
Davamı →

Vərəm haqqında 5 MİF

Mif — həqiqətdən uzaq olan, amma xalq arasında gerçəklik kimi qəbul edilən təsəvvürdür.

Mif 1
Vərəmlə yalnız qeyri-sosial həyat tərzi sürənlər, spirtli içki aludəçiləri, narkotik istifadəçiləri və ya yoxsulluq içində yaşayan insanlar xəstələnirlər. Bu, belə deyil! Vərəm çöpləri ilə hər kəs üzləşə bilər. Lakin vərəm mikobakteriyaları ilə yoluxmuş insanların xəstələnməsi mütləq deyil. Xəstəliyin inkişaf etməsi üçün immunitetin zəifləməsi, müntəzəm və düzgün olmayan qidalanma, tez-tez soyuqdəymə hallarının olması gərəkdir.
Davamı →

Ağ ciyərlərin sağlamlığı üçün 6 məsləhət

Ağ ciyərlərimiz orqanizmdə mühüm hava mübadiləsi funksiyasını yerinə yetirir. Ağ ciyərlərin normal fəaliyyətindən bütün orqanizmin sağlamlığı asılıdır. Böyük şəhərlərdə yaşayan, siqaret çəkən, pis qidalanan, ziyanlı istehsalatlarda işləyən, azhərəkətli, artıq bədən çəkisi olan insanlarda ağciyər xəstəliklərinin riski artır.

Ağ ciyərlərin sağlamlığını qorumaq üçün çox sadə tövsiyələrə əməl etmək lazımdır.
Davamı →

Respirator disstress sindromu

Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
– ağciyərlərin müxtəlif kəskin zədələnmələri
– ağciyərlərin qeyri-kardiogen ödemi
– xarici tənəffüsün pozulması
– hipoksiya
– ağciyərdə infiltirasiya.

Respirator distress sindromu ağciyərləri birbaşa və ya dolayısı ilə zədələyir. Müayinə zamanı xəstənin qanında ağciyərlərin zədələnməsinə səbəb olan bioloji aktiv maddələrin çoxluğu müəyyən edilir. Ağciyərləri zədələyən maddələrdən trombositlərin aqressiyasının pozğunluqları zamanı da qanda aşkar edilir.

Xəstəlik zamanı aktivləşmiş leykositlər və trombositlər sitotoksik maddələr ifraz edərək ağciyərlərin kapiliyarlarında aqreqat şəklində toplanırlar. Bu zaman ağciyər kapiliyarlarının alveollarının zədələnməsi baş verir ki, bu da alveolların (hava boşluqlarının) maye ilə dolması və surfaktant ifrazatın azalmasına səbəb olur. Sonra 3-10 sutka ərzində fibroblastların proliferasiyası baş verir və alveollar arakəsməsi qalınlaşır. 2-3 həftə ərzində əlamətlər kəskinləşir və intersistal fibroz baş verir.
Davamı →

Siqaretin ziyanları

Əgər siqaret çəkənlərin artımı indiki səviyyədə qalsa, 21-ci əsrdə 1 milyard adam siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişəcək.
Davamı →

Öskürəyi sakitləşdirməyin yolları

Qurtum-qurtum su için
 Yuxarı tənəffüs yolları infeksiyaları ucbatından burun axıntısı boğazı qıcıqlandıraraq öskürəyə səbəb olur. Qurtum-qurum içdiyiniz su burun axıntısının qarşısını alır, quruluğu yox edir. Bədəni nəmli tutmaq üçün gündə 2 litr su içməyi unutmayın. Suyu içərkən birbaşa başınıza çəkmək yerinə qurtum-qurtum için. Ayaq üstə başınıza çəkdiyiniz su mədənizə getmədən birbaşa böyrəklərə gedər və 15-20 dəqiqə sonra sidiklə xaric olar.

Bitki çayına bal qatın, nanə, limon qaynadın
 Cökə, quşburnu, adaçayı, zəncəfil, nanə,  limon çayı öskürəyin sakitləşməsinə kömək edir. Bal qatılıb içilməsi daha effektlidir.

C vitamini ilə zəngin meyvə yeyin
 
Qreyfrut, naringi, ananas, portağal, limon, bununla yanaşı qara kələm, ağ tut, pomidor, ispanaq, təzə lobya, soğan yeyə bilərsiz.

Davamı →

İnhalyasiya

Yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Davamı →
Top