Vərəm infeksiyası ocaqlarında müntəzəm sürətdə sağlamlıq işlərini vərəm dispanserləri və ya poliklinikaların yanındakı kabinetlər (kənd yerində) aparır. Vərəmli xəstənin yaşadığı bina, çox vaxt ayrıca mənzil, şərti olaraq vərəm infeksiyası ocağı adlanır. Vərəm dispanserinin sahə həkimi xəstəyə baş çəkir, xüsusilə xəstəlik başlayanda, lakin vərəm ocağında əsas işi — profilaktika, sanitar-epidemioloji işi dispanserin sahəyə təhkim edilmiş patronaj tibb bacısı aparır. Hər ocağın özünün epidemioloji xüsusiyyətləri olur; nisbətən sakit və salamat ocaqlarla yanaşı elə ocaqlar da olur ki, orada infeksiya təhlükəsi çox böyükdür. Daimi basilgəzdirənlər daha davamlı kütləvi infeksiya ocaqlarıdır.
Dispanserə ilk qəbula aşağıdakı şəxslər göndərilir:
1) Vərəmli xəstələr və vərəmə şübhə doğuran şəxslər. Onları vərəm dispanserlərinə, ümumi poliklinika və xəstəxanalar tibb-sanitar hissələri və həkim məntəqələri, tədris müəssisələri, uşaq bağçaları, hərbi komissarlıqlar göndərir;
2) əhalinin profilaktika yoxlamalarının (flüoroqrafiya) aşkar edilmiş xəstələr:
3) vərəmli xəstələrlə təmasda olan şəxslər; onları vərəm dispanserinə tibb bacıları dəvət edirlər.
Vərəmin kombinə edilmiş antibakterial müalicəsi vərəmin müalicəsində işlənən əsas preparatlar kimyəvi dərmanlardır, bunları I, II qrup və ehtiyat dərmanlara bölürlər.
Vərəmli xəstənin müalicəsində kimyəvi maddələrlə antibakterial müalicə kombinə edilmiş şəkildə aparılır, yəni iki və ya üç preparat eyni vaxtda, yaxud bir-birinin ardınca verilir ki, bu da onların təsirini artırır və mikobakteriyaların dərmana davamlı ştammlarının əmələ gəlməsinin qarşısını alır.
Tibb bacısı həkimin təyin etdiyi bütün işləri görməlidir. Xəstə bütün dərmanları vaxtlı-vaxtında (yeməkdən qabaq, yeməkdən sonra) və ancaq tibb bacısının yanında almalıdır. Tibb bacısı xəstənin dərmanı qəbul etməsinə şəxsən məsuliyyət daşıyır.
Vərəmə qarşı vaksin vurmaq kütləvi şəkildə aparılan və məcburi profilaktika tədbiridir. Vərəmə qarşı vaksinasiyaları və revaksinasiyaları aparmaq əsas etibarilə bütün həkimlərə həvalə olunsa da vərəm dispanseri rayonun başqa tibb müəssisələrinin apardığı bu işə metodik rəhbərlik etməlidir. Dəri daxilinə vurulan quru vərəm vaksini БЦЖ vaksin ştammı БЦЖ-nin qurulmuş diri bakteriyalarından ibarətdir. Ondan vərəmin fəal spesifik profilaktikasında istifadə edilir. Vaksin içində 1 ml БЦЖ kulturası olan ampullarda buraxılır ki, bu da hər biri 0,05 mq olan 20 peyvənd dozasına bərabərdir.