Onkoloji xəstəliklər kateqoriyası üzrə məqalələr

Xərçəngin qarşısını alan meyvələr

Xərçəng əsrin ən bəlalı xəstəliklərindən biri hesab edilir. Tibb gündən-günə inkişaf etsə də bu xəstəliyin bəzi növlərinin müalicəsi hələ də mümkün olmayıb. Ancaq xəstəliyə tutulmağın qarşısını almaq üçün sağlam qidalanma, təmizliyə riayət, siqaretdən uzaq durmaq, aktiv həyat tərzi kimi müəyyən sadə vasitələr var. Müəyyən qidalar xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, xəstəlik riskini bir neçə dəfə azaldır.

Davamı →

Xərçəng xəstəliyi

1.Şişlər.
2.Bədxassəli şişlər.
3.Xoşxassəli şişlər.


Düzgün və sağlam qidalanma təkcə xroniki xəstəliklərin deyil, eyni zamanda, xərçəng xəstəliyinin də profilaktikasıdır. Xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Baxmayaraq ki tədqiqatçılar xərçəngin inkişafına hansı ərzaqların təsir etdiyini müəyyən edə bilmirlər.

Davamı →

Xərçəng

Dövrümüzün vəbası sayılan xərçəng xəstəliyi insan bədənində olan hüceyrələrin bölünmələrinin sıradan çıxması ilə müşahidə olunan xəstəlikdir.
Hər xəstəlikdə olduğu kimi xərçəng xəstəliyində də xəstəliyin tez vaxtlarda müalicəsi son dərəcə vacibdir.Xərçəng müalicələrini Klassik xərçəng müalicəsi və Alternativ xərçəng müalicəsi olaraq iki qrupa ayırmaq olar.Klassik xərçəng müalicəsinin lazımı qədər nəticə verməməsinə görə bir çox ölkələrdə Alternativ Xərçəng müalicəsi metodundan istifadə olunur.Xərçəng müalicə metodlarını aşağıdakı qruplara ayırmaq olar.
Davamı →

Xərçəngin müayinə üsulları

Onkoloji xəstəliklərin diaqnostikasında xəstəliyin və xəstənin həyatının anamnezinin də böyük əhəmiyyəti vardır. Yaxşı toplanmış anamnez bəzən xəstəliyin erkən mərhələlərini, habelə xərçəngqabağı vəziyyəti aşkar etməyə imkan verir.
Diaqnostika üçün xəstəliyə irsi meylliliyin də əhəmiyyəti vardır. Obyektiv yoxlamaya xəstənin müayinəsi, ələlxüsus onun limfa düyünlərinin yoxlanmasına aiddir. Şişi əllədikdə onun sərhədlərini, mütəhərrikliyini, ətrafındakı üzvlər və toxumalarla əlaqəsini, şişin ağrılı olub-olmamasını və konsistensiyasını müəyyən etmək lazımdır.

Davamı →

Şiş xəstəlikləri

ŞIŞ XƏSTƏLIKLƏRI — xoşxassəli və bədxassəli olur. Sağlam xassəli şişdə onu əhatə edən toxumalardan ayıran xüsusi kapsul vardır. Bu şiş çox yavaş böyüyür və asanlıqla müalicə olunur. Bəzi xoşxassəli şişlər hərdən bədxassəli (yaman) şişlərə çevrilir: tünd piqment ləkəsi ən bədxassəli şişə — melanomaya, mədə polipi — xərçəngə çevrilə bilər.

Davamı →
Top