Burun və burunətrafı ciblərin şişləri — Ekzofit papillomalar yastıhüceyrəli məməcikli şişlərə aid olub, xoşxassəli xarakter daşıyırlar, İntervertion papillomalar, Yastıhüceyrəli xərçəng burun və burun ətraf ciblərin ən çox rast gəlinən xərçəngidir. Müalicə radikal rezeksiya və cərrahi əməliyyatdan ibarətdir. Burun xərçəngi burun tutulması, burundan qanlı ifrazat, şişkinlik və üzün keyləşməsi ilə xarakterizə olunur.
Burun-udlaq nahiyəsinin xərçəngi
Burun-udlaq nahiyəsinin xərçəngi burnun və ya eşitmə yolunun tutulması, qanlı irinli rinoreya, burun qanaxmaları, üz siniri iflici, boyun limfoadenopatiyası ilə müşayiət olunur.
Qarın boşluğu və retroperitoneal sahənin şişləri orqan və qeyri-orqan mənşəli şişlərə bölünür. Orqan mənşəli şişlərə böyrək, böyrəküstü, yuxarı sidik yollarının şişləri aiddir. Həmçinin, böyrək və yuxarı sidik yollarının şişləri qarın boşluğu şişləri arasında birinci yeri tutur. Qeyri-orqan mənşəli şişlərə ( orqan mənşəli olmayan ) piy, boş birləşdirici toxuma, əzələ, fassiya, damar, sinir, simpatik sinir düyünləri, limfa düyünləri və damarlarından yaranan şişlər aiddir. Bunlara müxtəlif kistalar, teratoma və embrional xərçəng növləri aiddir. İlkin qarın boşluğu şişləri nadir halda rast gəlinir və cəmi 3% təşkil edir. Bədxassəli şişlər təəssüflə qeyd etmək lazımdır ki, çoxluq təşkil edir və 70-80% hallarda rast gəlinir. Onlar arasında müxtəlif histoloji xüsusiyyətlərə malik sarkomalara rast gəlinir. Xoşxassəli şişlərə isə fibroma, lipoma, nevrinoma, leyomioma aiddir.
Bu növ şişlərin yaranması müxtəlif səbəblərdən yarana bilər və çoxlu növləri var. Qeyd edək ki, mərkəzi sinir sisteminin şişləri təəssüf ki, geniş yayılmışdır və orqanizm şişlərinin 5%-ni təşkil edir. Baş beyin şişləri yaranmasının bir çox səbəbi var bunlara kəllə-beyin travmaları, zərərli mühit, kəllənin rentgen şüalarına və yüksək sürətli cərəyana çox məruz qalması. Baş beyin şişləri aşağıdakılar bölünür:
Adenokarsinoma üçünorta yaş həddi 55-dir, xəstəlik kişilərdə qadınlara nisbətdə 2 dəfə çox rast gəlinir, lakin ahıl dövrdə şəkərli diabet xəstəliyi də varsa, qadınlar da xəstəliyə tutula bilir. Klinik simptomları bədən kütləsinin itirilməsi və qarında ağrıların olmasıdır. Mədəaltı vəzin xərçəngi çox vaxt vəzin başında lokalizasiya olunaraq obturasion sarılığa gətirib çıxara bilər. Bundan başqa, dalaq venalarının obturasiyası, mədə və qida borusu venalarının genişlənməsi və mədə-bağırsaq qanaxmalarına gətirib çıxara bilər. 90% hallarda diaqnoz şiş regionar limfa düyünlərinə, qaraciyər və ağciyərə metastaz verdikdən sonra təsdiqlənir.
Diaqnoz: USM, KT, PET-KT, endoskopik retroqrad pankreotoqrafiya, dəri vasitəsilə punksion biopsiya, qanın biokimyəvi analizi, qanda onkomarkerlərin təyininə əsasın qoyulur, bəzən isə diaqnostika məqsədilə laparotomiya aparılır.
Ürək şişləri 2 cür olur: ilkin və ikincili. İlkin ürək şişləri ikinciliyə nisbətən, 30-40 dəfə az rast gəlinir. Şişlər ürəyin bütün qişalarında yerləşə bilər: perikard, endokard, miokardda. Qeyd etmək lazımdır ki, ürək şişləri zamanı həmçinin səhvən ürəklə bağlı digər xəstəliklərin diaqnozu qoyula bilər. Ürək şişləri çox vaxt isə təsadüfi müayinə nəticəsində meydana çıxır.
Ürəyin ilkin şişləri. Bədxassəli şişlər.
Nadir halda rast gəlinən şişlərə aid olub, ürəyin istənilən qişasında inkişaf edə bilər. Ən çox uşaqlarda rast gəlinir. Bu şişlərdən ən çox rast gəlinəni sarkoma olub, kəskin başlanğıcla xarakterizə olunur və xoşxassəli şişlərə nisbətən gedişi daha aqressivdir. Bədxassəli şişlər özünü ilk növbədə qəfləti ürək çatmazlığı, ürək tamponadası, ritm və keçiricilik pozğunluğu şəklində göstərir. Bu şişlər onurğaya, yaxınlıqda yerləşən yumşaq toxumalara, xüsusilə də daxili orqanlara metastaz verir. Müalicə özündə radioterapiya, kimya və simptomatik terapiyanı birləşdirir.
Xarici qulaq şişləri, xarici qulaq keçəcəyində əmələ gələn piy vəzilərinin kistaları, osteoma və keloidlər qulaq keçəcəyinin tutulmasına səbəb olur ki, bu da öz növbəsində qulaq çirkinin yaranmasının qarşısını alır və ağır eşitməyə səbəb olur. Müalicəsi cərrahi yolladır.
Seruminlər isə qulaq keçəcəyində qulaq çirkini əmələ gətirən vəzilərdən yaranır, histoloji olaraq xoşxassəli, klinik olaraq isə bədxassəlidirlər, ona görə də müalicəsi cərrahi yolladır.
Yuxarı tənəffüs yollarının və həzm sisteminin ən çox yayılmış şişlərindən qırtlaq karsinomasını göstərmək olar. İkinci və üçüncü yerləri isə badamcıqlar və qırtlaq-udlaq nahiyəsinin xərçəngi tutur. Xəstəliklərin yaranmasına əsas səbəb kimi, siqaret, spirtli içkilərdən həddindən artıq istifadə etmə, gigiyena qaydalarına əməl edilməməsi, tabaka ilə nəfəsalma, düzgün salınmayan protezlər göstərilir.
Epşteyn-Barr virusu da burun-udlaq xərçənginin riskini artıran səbəblərdəndir. Baş və boyun xərçəngləri adətən, ardıcıl surətdə, uzun müddət davam edən və yarandığı nahiyədən demək olar ki, kənara çıxmayan növlərdir.
Hepatosellülar Karsinoma (HCC), xolangiokarsinoma, hepatoma və hemangiosarkoma «Birincili Qaraciyər Xərçənglərinə» (BQX) aid edilirlir. BQX dedikdə qaraciyəri təşkil edən fərqli toxuma növlərindən qaynaqlanan xərçəng nəzərdə tutulur. HCC özlüyündə hepatositlər adlanan qaraciyər hüceyrələrindən inkişaf edir. Qaraciyərdə rast gəlinən bədxassəli törəmələr daha çox metastatik olur. Qaraciyərə daha çox metastaz verən xərçəng növlərinə yoğun bağırsaq, ağciyər və süd vəzi xərçəngləridir.
Birincili qaraciyər xərçəngləri içərisində daha çox rast gəlinəni Hepatosellülar Karsinomadır. HCC xərçəngdən ölümün səbəbi kimi digər xərçənglər arasında üçüncü yeri tutur. HCC daha çox Asiya və Afrika ölkələrində rast gəlinir və hər 100.000 nəfərə 500 xəstə düşür.