Yoğun bağırsaq həzm sisteminin son traktı olub 1.5-2 m uzunluğa malikdir. Yoğun bağırsaq bir neçə hissədən ibarətdir, kor bağırsaq (appendiks burada yerləşir), qalxan çənbərbağırsaq, enən çənbərbağırsaq, köndələn çənbərbağırsaq, siqmavarı və düz bağırsaq.
Yoğun bağırsaq xərçəngi: yoğun bağırsağın selikli qişasından əmələ gələn bədxassəli şişdir. Əksər vaxtlarda şiş siqmavari bağırsaq, kor bağırsaq və düz bağırsaqda yerləşmiş olur. Bu xəstəlik çox vaxt yaşlı insanlarda rast gəlinir. Hər il isə bu xəstələrin sayı artmaqdadır, xüsusilə inkişaf etmiş dövlətlərdə.
Qaraciyər xərçəngi az yayılmış xəstəliklərə aiddir. Bu isə şikayətlərin olmaması ilə bağlı olaraq xəstəliyin gec mərhələlərdə aşkarlanması ilə xarakterizə olunur. İl ərzində dünyada milyonlarla insan qaraciyər xərçəngindən ölür. Kişilər xəstəliyə qadınlara nisbətən 3 dəfə daha çox tutulurlar. Bunla yanaşı Hepatosellülar Karsinoma, xolangiokarsinoma, hepatoma və hemangiosarkoma Birincili qaraciyər xərçənglərinə aid edilirlər.
Düz bağırsaq xərçənginin müayinə və müalicəsi son illərdə aktuallıq qazanıb, bu isə öz növbəsində sürətlə düz bağırsaq xərçənginin artması ilə əlaqədardır. Təəssüflə qeyd etmək lazımdır ki, düz bağırsaq xərçəngi son zamanlar sürətlə artır və bütün bədxassəli şişlərin 4-6%-ni təşkil edir. Qərb dünyasında süd vəzi xərçəngi kimi kimi üçüncü yerdə durur. Əsasən 40 yaşdan sonra və kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Bu xəstəlikdən ən çox Amerika, Qərbi Avropa, İsrail əhalisi əziyyət çəkir. Beləliklə, bu zaman xəstəliyin ən çox yayıldığı ərazilərin iqtisadi inkişaf nəzərə alınaraq xəstəliklə bu ölkələrdəki qidalanma arasındakı qarşılıqlı əlaqəsi öyrənilir. Belə ki, yoğun bağırsağın xərçənginə qida məhsullarının tərkibində olan piylər və zülalların tərkibində olan konserogen maddələr səbəb olur.
Süd vəzi xərçənginin müalicəsi xüsusi biliklər və müxtəlif sahə üzrə çalışan mütəxəssislərin əməkdaşlığını tələb edir. Süd vəzi xəstəliyinin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq edir-ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.
Süd vəzi xərçənginin diaqnostikası: kliniki müayinələr və həkimlə söhbət (anamnez). Xəstə ilə ilk təmasda həkim ilk əlamətləri öyrənməlidir. O, şübhə olunan şişi, qoltuqaltı nahiyəni (limfa düyünlərinin böyüməsini öyrənmək üçün) mütləq müayinə etməlidir. Anamnezlə tamamlanmış müayinə düzgün diaqnoz qoymağa və müvafiq müalicəyə başlamağa imkan verir.
Ağciyər xərçəngi 40 yaşdan sonra kişi və qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Xərçəngi yaradan səbəblərdən ilk olaraq siqaret, radiasiya, zərərli peşələri (nikel, asbest və arsen preparatları ilə əlaqədə olan) göstərmək olar. İlk əlamətlərindən biri öskürək olub, bəzən qanla birgə aşkarlanır. Döş qəfəsində ağrılar və tez-tez baş verən soyuqlama halları xərçəngin ilk əlamətləri ola bilər.
Diaqnostikada əsas üsullardan biri bəlğəmin sitoloji müayinəsi, bronxoskopiya vasitəsilə şişdən biopsiyanın götürülməsi, ağciyərlərin rentgeni və KT-dir. Metastazlar adətən, yaxın yerləşən limfa düyünlərinə olur. Gecikmiş mərhələlərdə isə metastaz daha uzaqda yerləşən orqan və toxumalara, körpücükaltı limfa düyünlərinə, sümük, qaraciyər, baş beynə yayılmış olur. Müalicə isə mərhələdən və xərçəngin növündən asılıdır. Erkən mərhələlərdə cərrahi əməliyyat göstərişdir. Əgər prosesin yayılması nəticəsində cərrahi əməliyyat aparıla bilmirsə o zaman radioterapiya və ya kimya terapiyası aparılır.
Qan xərçəngi və ya hemoblastozlar dedikdə, qan hüceyrələrindən əmələ gəlib, toxuma və orqan sistemini zədələyən şiş qrupu başa düşülür.
Bu qrupa aiddir:
— leykoz- şiş hüceyrələri onurğa beynini zədələyir
— hematosarkoma- sümük və beyin daxilində yerləşməyən şişlər
— linfositoma- yetişmiş limfositlərsən yaranır
Bədxassəli şişlər cinsindən və yaşından asılı olmayaraq əmələ gəlir. Məhz şiş xəstəliklərinin sayı günü-gündən artır, buna səbəb isə onları yaradan səbəblərin sürətlə artmasıdır.
Dəri xəstəliyinin ən ciddisi dəri xərçəngi dərinin epidermal mənşəli bədxassəli şişi olub, ən çox yayılan onkoloji xəstəliklərdən hesab olunur. 70 yaşa qədər insanlarda 45-50% hallarda rast gəlinir. Amerikada il ərzində milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir.
Dəri insan orqanizminin ən böyük orqanıdır. O daxili orqanların üzərini örtür ,onları zədələnməkdən qoruyur, orqan və xarici mühitin mikroorqanizmləri arasında baryer rolunu oynayır, suyun və digər mayelərin bədəndə normadan artıq çıxmasının qarşısını alır, bədən temperaturunu normallaşdırır və bədənin artıq maye və duzlardan xaric olmasına şərait yaradır. Dərinin bəzi hüceyrələri beyinlə əlaqədardır və bu da temperatur, ağrı hissi və toxunmanı hissə etməyə səbəb olur.
Mədə xərçəngi dünyada yayılmasına görə IV yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində isə II yerdə durur. Mədə xərçəngi çox vaxt mədənin distal hissəsində rast gəlinir (antrum). Mədə xərçənginin klassifikasiyası isə onun lokalizasiyası və histoloji xüsusiyyətlərinə görə təyin olunur. Bir çox dəlillər var ki, Helicobakter Pylori (HP) adlanan mikrobun mədə xərçənginə gətirib çıxardığını sübut edir.
Nəzəri, klinik və epidemioloji tədqiqatlara görə, xərçəng xəstəliyini öyrənən beynəlxalq assosiasiya (LARC) bu mikrobu birinci sinif konserogen maddələrə aid etmişdir. Mərkəzi Avropa, Latın Amerikası və Uzaq Şərq ölkələrində cavan yaşlarda bu mikroba yoluxma səviyyəsi çox yüksəkdir.
Timus ya çəngələbənzər vəzi 2 paydan ibarət olub, döş sümüyünün yuxarı arxa hissəsində yerləşir. Timus vəzidə immun sistemin T hüceyrələrinin yaranması və differensasiyası baş verir. Timus şişləri aşağıdakılara bölünür.
Spesifik şişlər, timus vəzinin öz hüceyrələrindən yaranan, bunlara timoma və xərçəng aiddir.
Spesifik olmayan şişlər: bunlara limfoma, sarkoma, teratoma, fibroma, lipoma, neyroendokrin mənşəli şişlər aiddir.