İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq. 
Nüfuzuna əsaslanaraq mübahisə edən insan ağlını deyil, yaddaşını istifadə edir.
İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.
Con Apdaykın adı (18 mart 1932-ci ildə doğulub) Amerika ədəbiyyatının Cerom Sellincer, Kurt Vonnequt, Filip Rot və Tomas Pinçon kimi nəhənglərinin adları ilə bir sırada çəkilir. Apdayk ikiqat Pulitser mükafatı laureatıdır. “O, hər yeni personajda, hadisədə, mövzuda qədim, arxaik bir dünya açır”, deyə məşhur rus filoloqu və yazıçısı Andrey Astvatsaturov Apdayk haqqında yazıb. Aşağıda Apdaykın əsərlərindən seçmə fikirləri təqdim edirik.
“Sən yalanların içində yaşayırsan, mən isə həqiqətlərin” — Bir insanın digərinə deyə biləcəyi ən amansız sözdür bu.
Həyat bizə bağışlanmamışdır, bir məsuliyyət olaraq verilmişdir.
Nә qәdәr кi güclü ideyaya söykənir,insan güclüdür.