Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik. 
Sevmədən evlənmək, inanmadan ibadət etmək kimidir. İkisi də alçaqlıqdır.
Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.
Sən həll olunacaq misalsan. Ancaq ətrafda heç bir şagird yoxdur.
Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub, öz səsini axtarır. 

Sfinks mənimlə sadəcə bir dəfə danışdı və dedi: “Bir qum dənəsi çöldür və çöl bir qum dənəsidir və indi təkrar hamımız birdən səssizliyə qərq olaq”. Sfinksi eşitdim, amma nə demək istədiyini anlaya bilmədim.