Əgər uşağınız iştahsızdırsa, nə yedirəcəyinizi bilmirsinizsə, sizə iştahsız uşağınıza yemək yedirəcək 6 əhəmiyyətli yolu təqdim edirik.
Bir çox valideynlər uşaqlarının iştahsızlığından şikayətlənirlər. Bəs uşağınızın iştahını açmaq, daha çox yeməsini təmin etmək üçün nə etməliyik?
1.
Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə gəldikdə, təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlarınız üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə bu doğrudur. Ancaq günorta yeməyində qarınını doyurubsa, məktəbdən gələnə kimi heç nə yedirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.
2.
Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin.