Praktikada uşaq yaşda olan dizartriyaya uşaq serebral iflicinin qalığı kimi baxılır, böyüklərdə isə klinik paraliclə əlaqələndirirlər. Dizartriya- tez-tez rast gəlinən nitq qüsurlarının bir qrupunun adıdır. O, bir neçə formaya malikdir ki, hərəsidə öz nevroloji və nitq simptomatikası ilə xarakterizə olunur. “Dizartriya” termini ilə nitqin tələffüz tərəfinin pozulmasını təmsil edirlər ki, bu halda da səs tələffüzü və səs axınının prosodik təşkili əziyyət çəkir.
Mərkəzi Sinir Sisteminin zədələnmə səviyyəsindən asılı olmayaraq dizartriya zamanı hər dəfə ekspressiv nitqyaranmanın funksional sisteminin tamlığı pozulur. Bu zaman səsin tonu, ucalığı və gücü tələffüzün ritmik intonasiya səviyyəsi nitq səslərinin fonetik çaları təhrif olunur; ümumilikdə nitqin fonetik düzülüşü yalnış reallaşır.
Nitqin bu cür patologiyasını əsasən, periferik nitq apparatının əzələ innervasiyasının pozulması ilə əlaqələndirirlər ki, bunun nəticəsində Mərkəzi Sinir Sisteminin orqanik və funksional zədələnməsi ilə şərtləşən əzələ tonusunun neyromotor pozulması baş verir. Neyromotor pozulmalar nitqyaradıcı sistemin fəaliyyətinin patologiyasına səbəb olur.