Pediatriya kateqoriyası üzrə məqalələr

Sünnət üçün ən uyğun yaş

Bəzi valideynlər elə düşünür ki, sünnət çox asan bir əməliyyatdır. Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər.

Bəs əslində sünnət neçə yaşda olmalıdır və valideynlər nəyə diqqət etməlidir? Kimi uşaq elə doğulan kimi, kimi isə 10 yaşından sonra sünnət elətdirir. Xüsusi ilə bölgələrdə həkim vəya valideynlərin laqeydliyi bəzi sünnət toylarını yasa çevrir.

Hələ də evdə köhnə üsullarla «ara həkimlərini» üstün tutanlar az deyil. Bunu isə valideynlər müxtəlif səbəblərlə izah edirlər. Həkimlər isə sünnət əməliyyatı uşaq müayinə edilməmiş və müvafiq şərait olmayan bir vəziyyətdə, icra edilməsinin fəsadlarının hər zaman ola biləcəyini deyirlər.
Davamı →

Alaliya

Alaliya (“a”- yunanca inkar ədatı, “laliya” isə nitq deməkdir) normal eşitmə qabiliyyəti olduğu halda, uşaqlarda nitqin olmaması və inkişafdan qalması deməkdir. Alaliyaya səbəb bətndaxili, yaxud bir yaşına qədər, yəni uşaqda nitqin yaranmasından əvvəl alınan beyin zədəsi və ya keçirilən xəstəlik nəticəsində beynin nitq mərkəzlərinin zədələnməsi və ya onların struktur inkişafının pozulması olur.

Bundan başqa, alaliya ağır raxit, nəfəs sisteminin ağır xəstəliklərinə düçar olmuş və ya həyatının ilk aylarında yuxu və qidası pozulmuş uşaqlarda yarana bilər. Alaliya zamanı beynin lokal sahəsi zədələndiyi üçün ekspressiv nitq inkişafdan qalır, yəni aktiv lüğətin mənimsənilməsi, dilin qrammatik quruluş itir. Eyni zamanda nitqin anlama səviyyəsi aşağı düşür, yəni impressiv nitq inkişafdan qalır.
Davamı →

Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Bəzi uşaqlar az-az hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər. Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə “keçir” və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

— Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX — kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

— Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.

Davamı →

Peyvənd

peyvəndErkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Peyvəndin mənfi təsirləri təhlükəlidirmi?
Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu təsirlər narahatlığa səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd olmaz.

Peyvənd erkən aparılmalıdır.
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.
Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır. 

Həmçinin bax:
-Uşaqlara peyvənd vurduraqmı? I 
-Uşaqlara peyvənd vurduraqmı? II

Davamı →

Xroniki qida pozğunluğu Hipotrofiyalar

Arıqlama ilə müşahidə olunan xəstəlikdir.Bu zaman uşaq təkcə arıqlamır, həm də psixi-fiziki inkişafdan geri qalır maddələr mübadiləsi pozulur.HİPOTROFİYA-yunan sözü olub hipo-az, troffe-qidalanma deməkdir, yəni «az qidalanma». Əsasən 1 yaşa qədər təsadüf edir, böyük yaşlılar arasında az təsadüf olunur.İmmunitetin və reaktivliyin nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə, bədən çəkisinin azalmasına, dəri, dərialtı toxumaların, uşağı həyatı vacib olan funksiyaların pozulmasına səbəb olur.

HİPOTROFİYANI ƏMƏLƏ GƏTİRƏN SƏBƏBLƏR-  1) Qidalanma amili-yedizdirmənin çatmamazlığı, az yedizdirmə, bir tərəfli qidalanma, yeməyin keyfiyyətsiz olması 2) İnfeksiya amili-uşağın tez-tez xəstələnməsi və xronifi infeksiyalar (dizenteriya, vərəm) 3) Qulluğun qüsurlu olması- gigiyenik qaydaların pozulması ,açıq havada az olmaq və s.
  
Davamı →

Uşağa qulluq

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.

Davamı →

Körpə otağı

Otağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar...

Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox «bəzəyirlər». Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.İlk növbədə, otağın təhlükəsiz və rahat olmasını düşünməlisiniz. Yaxşı olar ki, döşəmə taxtadan deyil, parketdən olsun, çünki taxta tez çirklənir və çətin təmizlənir. Döşəməyə xalça sərilməsi də uşaqlar üçün uyğun deyil. Çünki xalça toz və mikroorqanizmləri özünə çəkir ki, bu da müxtəlif mikrobik və allergik problemlərə yol açır. Ən idealı yuyulması və silinməsi asan olan döşəmə növlərindən istifadə etməkdir.
Davamı →

Yenidoğulmuşların sarılığı

Həyatının 2-ci və ya 3-cü günündə əksər körpələrdə dəri örtüyünün saralması müşahidə edilir. Bu hal körpənin qara ciyərinin funksional qeyri-yetkinliyindən irəli gəlir.Bu sarılıq fizioloji bir haldır və 1-2 həftədən sonra tamamilə keçib getməlidir. Əks halda həkim müalicə təyin edir.

Davamı →

Körpənin çəkisinə yox, boyuna fikir verin

«Kök körpə yaxşıdır, sağlamdır!» Cəmiyyətdə az qala hamı bu fikirdə olsa da, mütəxəssislər uşağın sağlam olduğunun göstəricisinin çəki deyil, boy olduğunu düşünür. Pediatrlar bildirir ki, körpələrin kök olmasına baxmayaraq, boy uzanma inkişafı aşağı olan uşaqda müxtəlif xəstəliklərin baş verə bilər.

Qeyd edək ki, anadangəlmə ürək, ağciyər, böyrək xəstəliyi olan uşaqlarda boy uzanması çox yavaş inkişaf edir. Xüsusilə də ilk 2 yaşlarındakı uşaqların böyümə cədvəlinə görə boyları qısadırsa bu cür xəstəliklərin olacağı ehtimalı böyükdür. Ən gec 4 yaşından etibarən böyümə sürəti düzgün olmalıdır. Yeni doğulan körpənin boyunun təxminən 50 sm olduğunu ifadə edən mütəxəssislər bildiri ki, körpələrin ilk 3 ayda 8, ikinci 3 ayda 8 sm, üç və dördüncü 3 ayda isə 4 sm uzanmalıdır.

Mütəxəssislərin fikrincə, uşaqda hər hansı bir dövrdə böyümə sürətinin təyin olunmasında ideal plan uşağı minimum 6 ay izləməkdir. Qısa boylu uşaqlarda əgər uşağın xüsusi məhdudlaşdırıcı bir vəziyyəti yoxdursa, onda uşağa kalsium, dəmir və zəngin qidalar verilməlidir. Ən ideal qida qaynağı isə süd və süd məhsullarıdır. Həftədə bir neçə gün qırmızı və ağ ət, balıq yeyilməlidir. Çərəzlərdən (qoz, fındıq, badam), ərik, qara quru və təzə üzüm mütləq uşağa yedirilməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli meyvələrdən istifadə etmək uşağın sağlamlığı üçün çox faydalıdır.
Davamı →

Ananın yoxluğu körpədə stress yaradır!

Ananın yoxluğu körpədə stress yaradır!
Alimərin fikrincə, körpə dünyaya gəldikdən sonra qida və sığınacaq ehtiyacları ilə təmin edilməsinə baxmayaraq, uşaqlarda yenə stress müşahidə oluna bilər. Körpəni depressiyaya salacaq ən vacib səbəb isə onun anadan məhrum edilməsidir.
İlk altı ay ərzində ananın körpədən ayrılması, onda üç ayrı əlamət üzrə müşahidə ediləcək.

Qeyd edək ki, körpənin birinci dövrünün etiraz dövrü olduğunu söyləyən mütəxəssislər, bu dövrdə uşağın davamlı ağladığını və yanına kiminsə yaxınlaşdığı zaman susduğunu, ancaq yaxınlaşan adamın anası olmadığı zaman, yenidən ağlamaya başladığını bildirir.

Xatırladaq ki, ana və körpə arasında fövqəladə bir ruh bağlılığının mövcudluğunu və bunun uşaqların beyin və bədən inkişafı üçün mühüm olduğunu bildirən alimlər, sevgi və diqqət görən uşaqların beyinlərində sevgi kanallarının açıldığı qənaətindədir.
Davamı →
Top