Pediatriya kateqoriyası üzrə məqalələr

Ernst Moronun kəşfi

Müasir təbabət yeni texnologiyaların və dərmanların köməyi ilə möcüzələr yaratmağa qadirdir. Amma hələ 100 il əvvəl həkimlərin əlində belə imkanlar yox idi. Onlar bu və ya digər xəstəliklərin ən qeyri-adi müalicə üsullarını uzun illərə söykənən araşdırmalar nəticəsində tapmağa müvəffəq olurdu. Onlardan biri adi kök şorbası sayəsində uşaqların həyatını xilas edən sloveniyalı pediatr Ernst Moro olub.

Ötən yüzillikdə doğulan uşaqların çoxu sağ qalmadılar. Əksəriyyəti ya doğuşdan dərhal sonra, ya da bir neçə il sonra vəfat edirdi. Çünki hər hansı xəstəliklərə qarşı dərman və qurtuluş yolu yox idi. Hər halda tibbin böyük sənətkarları arasında olan həkimlər öz icadları ilə müəyyən uğurlara nail ola bilirdi. Sloveniyalı pediatr Ernst Moro uşaq ölümünü azaltmaq üsulunu tapa bilib.

Ernst Moro 1874-cü ildə müasir Sloveniyanın paytaxtı Lyublyanada anadan olub. Həmin illərdə isə Lyublyana Avstriya-Macarıstan imperiyasının şəhərlərindən biri sayılırdı. Və şəhər Laybax adlandırılırdı.
Davamı →

Qızdırmanı salmaq üçün bu üsuldan istifadə etməyin!

Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir. Bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.

Türkiyəli mütəxəssis yüksələn temperatura həssas yanaşılmasının vacib olduğunu bildirib. «Xüsusən də, temperatur 38 dərəcəni keçəndə valideynlər diqqətli olmalıdır. Qusma, ishal, ümumi vəziyyəti normal olan, qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su kompresi edilə bilər.
Davamı →

Körpənin məməsinə toxunmayın

Yenidoğulan körpələrin məmələrində erkən zamanlarda şişlik və sərtlik görülə bilər. Hətta bəzən körpənin məmələrindən süd belə gələ bilər. Bu vəziyyət körpənin cinsiyyətindən asılı olmadan meydana gələr. Körpənin qız və ya oğlan olmasıyla bu problemin bir əlaqəsi yoxdur. Hər iki cinstə də eyni sıxlıqda görüləbilən haldır.

Bu vəziyyət anadan keçən hormonların təsirilə yaranır. Körpə böyüdükcə anadan balasına ötürülən bu hormonlar körpənin orqanizmindən atılır, məmələrdəki sərtlik və şişkinlik də öz özündən keçər. Ancaq bu zamanda kiçik bir ehtimal da olsa başqa bir patoloji halın olmasın deyə pediatr tərəfindən dəyərləndirib ehtiyac olarsa ultrasəs ilə məmələrin kontrolü uyğun olacaqdır.
Davamı →

Yenidoğulmuşlarda doğru bildiyimiz səhvlər

Uşağın əmgəyi böyükdü
Uşaqlarda əmgəyin ölçüsü bizim üçün çox önəmli deyil. Belə ki, əgər baş çevrəsi hər ay böyüyürsə və ölçüləri yaşına uyğunsa narahat olunacaq bir şey yoxdur və Calsium preparatına ehtiyac yoxdur.

Uşağın əmgəyi balacadı və kəllədaxili təzyiqi vardır
Yuxarıda qeyd etdiyim kimi başın çevrə ölçüsü ayına uyğunsa qorxulacaq hal yoxdur. Başın çevrəsi həm də orda mövcud olan tikişlər hesabına böyüyür. 6 ayına qədər uşaqlarda gözündə çəplik, tez-tez dilini çölə çıxartma, alt çənədə əsmə, dərinin mərmərvari rəngdə olması normaldır. Bu kəllədaxili təzyiqi, hipoksiyası anlamına gəlməz, müalicə heç verilməz və vitamini D kəsilməz.

Uşağın qulağında ağrı var
Otit çox ciddi diaqnozdu və onun diaqnozu müayinə zamanı təsdiqlənir. Heç bir halda qulağına hər hansı bir dərman, ana südünü tökmək və ya hər hansı bir müdaxiləni etmək düzgün deyil.
Davamı →

Uşağın ağzından niyə pis qoxu gəlir?

Valideynlər tərəfindən en çox verilən sullardan biri də uşağın ağzından qoxu gəlir, səbəb nədir?
Ağızdan pis qoxusu gəlməsi uşaqlarda sıx rastlanan haldır. Uşaqlarda rast gəlinən ağız qoxusunun əsas səbəbləri dişlərlə və burunla əlaqəlidir.

Ən vacib səbəblərind biri uşaqların dişlərinə və ağız gigiyenasına düzgün riayət etməməsidir. Dişin çürük olması, damaqda iltihab, badamcıqların arasında yemək artıqlarının qalması ağızdan pis qoxu gəlməsinə səbəbdir.

Allergiyalı uşaqlar və burunda adenoid olan uşaqlar daha çox ağızdan nəfəs aldıqları üçün ağızdan qoxu gəlməsinə səbəb olur.
Davamı →

Övladınıza üzməyi öyrədin

Havalar isti keçir. Nə etmək lazımdır? Təbii ki, üzmək. Əgər dənizə gedə bilmirsinizsə pis olmayın, çünki şəhərdəki üzmə hovuzlarından yararlana bilərsiniz. Üzmək həm sizin, həm də uşağınız üçün mükəmməl bir fəaliyyətdir. Balaca yaşından düzgün şəkildə üzməyi öyrənməsi uşaqların sudan qorxmalarının qarşısını alır və asan şəkildə bu fəaliyyəti öyrənmələrinə şərait yaradır.

Araşdırmalara görə, kiçik yaşlarından uşağı üzməyə öyrəşdirmək onun həm fiziki, həm də mənəvi inkişafına təsir göstərir.
Davamı →

Körpələrə topuq testi

Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır.

Yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir. Pediatr Altay Abdullaoğlunun sözlərinə görə, tiroid hormonu bətndaxili dövrdə və 2 yaşına kimi böyümə və əqli inkişafı təmin edən hormondur:

«Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir. Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən „topuq testi“ adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir».
Davamı →

Uşaqlara çörək yedirtməyin!

“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar.

1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.
Davamı →

Uşaqların burnu niyə qanayır?

Uşaqlarda burun qanaması,xüsusilə quru iqlimli yerlərdə daha çox müşahidə edilir və ailələri narahat edir. 
Türkiyəli mütəxəssislər uşaqlarda burun qanamalarının nə zaman təhlükəli olmadığını açıqlayıblar. Burunun ön qismində asanlıqla zədələnə biləcək incə damarlar yerləşir. Uşaqların əksəriyyətində görünən burun qanaması da burnun məhz ön qismində inkişaf edir.

Burun qanamasına nə səbəb olur?
Burun qanamasının hansı faktorlardan qaynaqlandığını mütəxəssis Melih Çiçək bildirib:
Davamı →

Uşaqlarda qəbizlik problemi

Uşaqlarda qəbizlik – çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir. Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

Qəbizlik nədir?
— Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması
— Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu 
— Bağırsağın natamam boşalma hissi,
— Quru, bərk nəcisin xaric olunması.
Davamı →
Top