Naşir Penni C.Sansevieri bir yazıçı ilə söhbət edərkən, ya da ondan bir e-mail alarkən adətən belə bir cümlə ilə qarşılaşdığını deyir: “Kitabım çapa hazırdır”.
Amma bu kitabların çoxunun həqiqətən çapa hazır olmadığını deyən Sansevieri bir kitabın çapa hazır olması barədə 7 maddəlik siyahı hazırlayıb.
1. Kitab bazarını yaxşı bilmək. Bu maddə çox vacibdir. Kitab bazarının kodlarını yaxşı bilməniz lazımdır. Mühiti, kitabınıza və çap təcrübənizə təsir edəcək amilləri bilməlisiniz. Bunu necə etmək olar? Nəşr olunmuş kitablar haqqında yazılanları oxumaq, bloqları araşdırmalısınız ki, kitab bazarında baş verənləri anlaya biləsiz.
2. Yazdığınız kitabın janrı və bu janra bazardakı tələbatı analiz etmək. Bu nöqtə adətən diqqətdən qaçır. Kitab bazarında hansı janrların daha çox satıldığını bilirsinizmi? Sizinlə eyni mövzuda yazan başqa kim var? Onların kitablarını alıb oxumusunuzmu? Kitab bazarında nəyin trend olduğunu, hansı kitabların satılıb, hansı kitabların satılmadığını bilmək sizin üçün vacibdir.
1. Sıravi oxucu kitabın səhifələri azaldıqca sevinib tez-bazar qurtarmaq istəyir, hazırlıqlı oxucu isə kitab xoşuna gəlibsə, bitməsini istəmir.
2. Sıravi oxucu kitaba dalıb 4-5 səhifə boyunca oxuduğunu başa düşməsə də davam edir, amma hazırlıqlı oxucu geriyə qayıdıb başa düşmədiyi yerləri təkrar oxuyur.
3. Sıravi oxucu kitabın müəllifinin sadəcə adını eşidib, hazırlıqlı oxucu isə yazıçının həyat və yaradıcılığı haqda məlumatlıdır, digər əsərlərini də oxuyub.
4. Sıravi oxucu kitab oxuyanda diqqəti tez-tez dağılsa da, hazırlıqlı oxucu kitaba elə qapılır ki, hətta onu çağıranda da eşitmir bəzən.
Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.
Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.
1. Yaxşı müəllim axtarın
20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.
2. Özünüz də kitab oxuyun
Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…
Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır.
Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.
Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.
Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?
Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir...
Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız
Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir.
Barak Obama: «Solomonun Nəğməsi» — Toni Morrison
Stiven Kinq: “Milçəklər kralı” — Uilyam Qoldinq
Keyt Uinslet: “Tereza Raken” – Emil Zolya
Corc Kluni – “Hərb və sülh” – Tolstoy
Çoxumuz kitabları, onların qoxusunu uşaqlığımızdan sevirik. Elə sevirik ki, otaqlarımızı rəflərlə, rəfləri kitablarla doldurduq. Bir gün rəflərdə yer qalmadı, masanın, yatağın üstünə, mətbəxə, bəzən hamama kitab qoyası olduq… Amma bir kitabı əlimizə alıb oxumaqdan, sətirlərin altını cızlamaqdan aldığımız ləzzət, həyatımızda elektron kitablara yer verməyimizə əngəl ola bilməz.
1. Çünki biz qladiator deyilik
Dostoyevsikinin «Karamazov qardaşları», yaxud Murakaminin «1Q84» kimi irihəcmli romanları oxuduğunuzu təsəvvür edin. Bəlkə də noutbukunuzdan da ağır olan bu kitabları yanınızda necə daşıyacaqsınız? Yaxud yerinizdə uzanıb oxuyarkən qollarınızın ağrısına nə qədər dözəcəksiniz?
Fransız yazıçısı Frederik Beqbeder yazır: “Sistem o halda qalib gəlir ki, insanlara öz həbsxanalarını sevirlər.” Sistemin təqdim etdiyi reallıqla barışmaq lazımdırmı? Bir adam və ya qrup azadlıq uğrunda döyüşüb qalib gəlməyə qadirdirmi?
XX və XXI əsrlərdə sistem əleyhinə yazılmış ən məşhur kitablar:
Rey Bredberi, “Farenheytlə 451 dərəcə”
Farenheytlə 451 dərəcə kağızın yanma temperaturudur. Gələcəyin dünyasında kitabları yandırır, insanların başını informasiya zibili ilə doldurur, fərqli düşünənləri elektorşokla müalicə edirlər. Gələcəyin dünyası təhlükəlidir, çünki həqiqidir, çünki öncəgörmələrin bir çoxu artıq baş verib. Amma hələ ki, məhəbbət, gözəllik və həqiqətə can atma var, deməli ümid var.