1985-ci ildə dərc olunmuş «Qaynadılmış Möcüzələr Diyarı və Dünyanın Sonu» romanı, yazıçının «Siçovul Trillogiyası»-dan sonra ədəbiyyat dünyasında haqqında danışılmasına və tanınmasına səbəb olan əsas amillərdəndir. İki fərqli süjet xətti ilə inkişaf edən hadisələr boyunca, yazıçı həm fantastik, həm elmi, həm nağılvari, həm fəlsəfi bir macəra təqdim edir oxucusuna.
Dörd tərəfi sarsılmaz qala divarları ilə əhatəli, təkbuynuzlu atların olduğu bir diyarda, kölgəsi kəsilib alınmış, keçmişi ilə bağlı heçnə xatırlamayan, kəllə sümüklərindən qədim yuxuları oxuyan və hekayənin digər tərəfində dünyanın sonunacan sadəcə bir neçə saatı qalmış baş obraz.
Azərbaycan dilinə hələki tərcümə edilməsə də, oxuyub həzz aldığım və Murakamini daha da çox sevməyimə səbəb olan bu kitabdan bəzi yaddaqalan cümlələri paylaşmaq niyyətindəyəm:
Dərin acılar göz yaşı şəklinə belə çevrilməz.
Əslində, ölümün özündən çox da qorxmurdum, Şekspirin də vaxtilə dediyi kimi, bu il ölsəz, gələn il ölməyəcəksiz. Düşüncə şəklinə görə, həqiqətən də çox sadə bir fikir.
Yorğunluğunun qəlbinə girməyinə izin vermə. Yorğunluq insanın vücuduna hökm edə bilər, amma qəlbin qoy mənimçün qalsın.