Poeziya kateqoriyası üzrə məqalələr

Bəhanəsiz get I Nüsrət Kəsəmənli

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.
Davamı →

Məni candan usandırdı I M.Füzuli

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdan, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
Davamı →

Qara dastan I Almas İldırım

Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını.
Uçurmuşdur başdan dövlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Dörd bir yana dağılmış Türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozkır çayları,
Davamı →

Dilənçi I Mikayıl Müşfiq

Sərt, soyuq bir qış gеcəsi, səma bəyaz, yеr bəyaz,
Uğuldayan кüləкlərlə sarsılmada soxaqlar.
Hər кimin кi, qanadı var çovğun olsa darılmaz,
Fəqət yеnə bu soyuqdan qısılmada soqaqlar.
Davamı →

Əllərin nə yaman soyuqdur gülüm I Nüsrət Kəsəmənli

Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.

Biz ki, cənubluyuq bu soyuq hardan?
Gərək gülümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq
Gərək əlimiz də soyuq olmasın.
Davamı →

Etməgil I İmadəddin Nəsimi

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!
Davamı →

Oxu Tar I Mikayıl Müşfiq

Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti-
Alovlu sənəti!
Davamı →

Sevgi şeiri

«sevmək» dedim. «yoluna ölmək» dedi.
«yol» dedim. «alıb başını getmək» dedi.
«getmək» dedim. Bir «aha» çəkib «dostlardan ayrılmaq» dedi.
«dost» dedim. Dayandı. Mənə baxdı. «dost» deyə zümzümə etdi. "ürəyimə necə qoysam «dedi.

Davamı →

Payiz Ömrüm I Aynurə Həsənova

Qəlbimdə həsrətin çiçək açacaq
Gözümdə surətin göyərəcəkdi.
Budağı qırılmış bir ağac kimi
Pöhrəsi yenidən cücərəcəkdi.
Davamı →

Görüş I Tofiq Bayram

Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydı!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı!
Davamı →
Top