Ramiz Rövşən 1946-cı il, dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, «Mozalan» satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.Taleyindən qaça — qaça ögeyləşən ,Bu bizikmi ?
Ömrün çətin anlarında hey vuruşan, hey əlləşən,
bu bizikmi ?
Sen oyanda, mən buyanda, qaça- qaça, qova- qova ,
Su ciləyib bir alova tüstülənib, sönə-sönə ,
bu Bİzikmi ?
Gedə — gedə, dönə — dönə,
bu bizikmi ?

Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) — şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).Bir gün dostum Seymurgilə getmişdim. Şer yazdığını çoxdan bilirdim, bəzilərini də mənim üçün oxumuşdu. ondan bir neçə şeirini verməyi xahiş etdim ki, kayzenə yerləşdirim. Sözümü yerə salmadı. Çünki söz əhli üçün «söz vermək» «söz yerə salmamaq» ağır mövzulardı. Çünki onlar sözün qədrini bilirlər. Şeirlərdən bir neçəsini yerləşdirirəm əgər bəyənsəniz silsilə şəklində yerləşdirə bilərəm. Onu da qeyd edim ki, Bu şeirlər başqa heç yerdə yoxdu yəni Eksklüzivdi. Kitabın özü də hələ çıxmayıb.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi?