Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun özü haqqında çox maraqlı məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, Dədə Qorqud dastanı və həmçinin yerli alban alimlərindən Moisey Kalankatlı (VII-VIII) ölkəmiz haqqında xeyli bilgilər vermişlər.
Moisey Kalankatlınun «Albanların tarixi» əsərində göstərilir ki, I-VII əsrlərdə Albaniyanın ərazisi şimalda
70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin üzərinə qayıdır. Bu çox əhəmiyyətli məsələdir. Belə ki, texnokratiyanın üstələdiyi sovet cəmiyyətində həmin prinsip kölgədə qalmışdır. Hələ 60-cı illərdən bunu görən N.N.Baranski açıq şəkildə «insansız coğrafiyanın» əleyhinə çıxış etmişdir. İstehsal sahələrini öyrənən iqtisadi coğrafiya tədricən öz tədqiqat obyektinə sosial sahələrin coğrafiyasını da əlavə edir. Elmin mahiyyətinin genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona görə də «İqtisadi və sosial coğrafiya» adı yaranır və 1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas üzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu elmin yeniləşdirilmiş anlayışları və kateqoriyaları geniş və hərtərəfli şəkildə E.B.Alayevin fundamental xarakterli terminlər lüğətində (Sosialno-ekonomiçeskaya qeoqrafia. Ponətiyno-terminoloqiçeskiy slovar. M. 1983) verilmişdir.
İkinci Dünya müharibəsindən sonra ölkə coğrafiyaçıları qarşısında dağıdılmış rayonların xalq təsərrüfatının bərpası və inkişafını təmin edən təbii ehtiyatların və təbii şəraitin dərindən öyrənilməsi, onların mənimsənilməsi yolları, ərazi istehsal komplekslərinin (ƏİK) tədqiqi problemləri dururdu. Bu dövrdə ərazi planlaşdırılması, əhali məskunlaşdırılması, şəhər və kəndlərin yenidən qurulması kimi coğrafi tədqiqat sahələrinə daha çox fikir verilirdi. Ölkənin təbii rayonlaşdırılmasının dəqiqləşdirilməsinə və zonalarının tədqiqinə, təbii komplekslərin kəmiyyət və keyfiyyət göstəricilərinin geokimyəvi, geofiziki və riyazi üsullarla öyrənilməsinə başlandı. Bunlarla bağlı təbii şərait və təbii ehtiyatlar haqqında geniş və dəqiq məlumatlar verən mühəndis coğrafiyası kimi yeni sahə yarandı. Qar örtüyü, buzlaqlar, yağmurlar, sel, eroziya kimi təbii fəlakətləri törədən hadisələrin mənşəyi tədqiq edilərək bu bəlalara qarşı mübarizə yolları axtarılmağa başlandı.
Məlumdur ki, sovet coğrafiyasında təbii və sosial-iqtisadi proseslərin öyrənilməsi həmişə ictimai-iqtisadi formasiya ilə əlaqələndirilirdi. Hər ölkənin tarixi xüsusiyyətləri bu formasiya baxımından nəzərə alınırdı. Bunun əksinə olaraq burjua coğrafiyaçıları təbii sosial prosesləri tədqiq edərkən müxtəlif ictimai-iqtisadi formasiyaları nəzərə almırdılar. Onlar istehsal üsulunun və istehsal münasibətlərinin rolunu qəbul etmirdilər. Postsovet coğrafiyasının metodologiyası göstərilən mühitdə formalaşdığına görə xeyli siyasiləşdirilmişdir.
Birinci Dünya müharibəsinin fəlakətlərindən çıxmış Rusiya xeyli zəifləmişdir. İnqilabdan sonra başlayan vətəndaş müharibələri, xarici müdaxilələr tez-tez baş verən quraqlıq, aclıq və s. isə çətinliklərlə qarşılanan Rusiyanın xalq təsərrüfatının həddən artıq bərbad hala düşməsinə səbəb olmuşdur.
Qərb ölkələrində iqtisadiyyatı yüksəltmək və onu böhranlardan qurtarmaq üçün ştandort nəzəriyyəsi kimi bir sıra yeni ideyalar meydana gəlmişdi. Almaniyada sənaye üçün ştandort nəzəriyyəsi müvafiq olaraq Launqard tərəfindən 1882-1885-ci, Lori tərəfindən isə 1885-1888-ci illərdə yaradılmış, sonra (1909) A.Veber tərəfindən sadələşdirilərək təbliğ olunmuşdur. Kapitalist istehsalının səmərəli yerləşdirilməsinə həsr edilmiş bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, istehsalı ərazidə ən az xərc sərf etməklə yerləşdirmək olar.
Bu dövrdə soyuq və şaxtalı təbiəti olduğuna görə Yerin indiyə qədər az öyrənilmiş qütb zonalarına diqqət artırılır. Avropadan Hindistana və Çinə şimal yolunun axtarışı bu məsələni sürətləndirir. Bununla bağlı Murmansk və Arxangelskinin kiçik limanlarında tez-tez iri xarici gəmilər görünməyə başlayır. Bütün cəhdlərə baxmayaraq yalnız 1878-1879-cu illərdə İsveçlərin təşkil etdikləri ekspedisiya Şimal yolu ilə Berinq boğazına qədər gedib çıxa bilir. Arktikanın mənimsənilməsi ilə bağlı aparılan belə ciddi işlərdə norveçli səyyah Frityof Nansenin (1861-1930) xidmətləri danılmazdır. Nansenin itlər qoşulmuş xizəkləri Qrenlandiya sahillərini gəzmiş, onun buz topalarını öyrənmiş və sonralar gəmi ilə Qara dənizindən Laptevlərə qədər hərəkət etmiş və buzların dreyfinin istiqamətini müəyyənləşdirmişdi.
XIX əsrin ikinci yarısında Rusiyada coğrafiya elminin ən görkəmli nümayəndəsi P.P.Semyonov-Tyanşanski (1827-1914) idi. O, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. Əsrin ən mədəni ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı surətdə öyrənilməsilə başlamışdır.
XIX əsrin ortalarında Rusiyada çox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki, bunların da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində manufaktura sənaye qüvvələri» adlı oçerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin yerləşdirilməsi haqqında çox müfəssəl və zəngin məlumatlar verirdi. Həmin oçerklərdə coğrafiya tarixinə aid məlumatlar da vardı. Oçerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər irəli sürülürdü. Oçerklərin müəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı rayonların, şəhərlərin sənayecə inkişafının perspektivlərini göstərirdilər. Ərazinin rayonlara bölünməsində təbii və iqtisadi göstəricilər əsas tutulurdu.
XVIII əsrin sonu XIX əsrin ortalarında biologiya elminin inkişafında təkamül nəzəriyyəsinin meydana gəlməsilə coğrafiya elminin inkişafı üçün daha bir əlverişli şərait yarandı. Çoxəsrlik tarixi olan coğrafiya ilə yanaşı, gənc biologiya elmi yarandı. Biologiya elmi ilə sıx əlaqə coğrafi ideyaların inkişafında böyük rol oynadı.
Təkamül nəzəriyyəsinin banilərindən biri fransız təbiətşünası və filosofu Lamarkın (1744-1829) biologiya elminin inkişafında böyük xidmətləri olmuşdur.
XIX əsrdə elmin, texnikanın coşğun inkişafı öz təsirini coğrafiyaya da göstərdi. Bu dövrdə yeni coğrafiyanın əsaslarını qoyan – Aleksandr Humbolt, Karl Ritter, İohan Tünen, K.İ.Arsenyev və s. kimi görkəmli alimlərin ideyaları ilə tanışlıq çox vacibdir.
XIX əsrin yeni coğrafiyasının böyük tədqiqatçısı, səyyah, təbiətşünas, geoloq müqayisəli fiziki coğrafiyanın, landşaftşünaslığın banisi Aleksandr Humbolt (1769-1859) olmuşdur.
Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün həm var-dövlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Böyük coğrafi kəşflər müstəmləkəçiliyin, okean arxasına əhali köçürülməsinin və beynəlxalq əlaqələrin bütün dünyaya yayılmasının əsasını qoydu.
Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha çox sənaye məhsulları istehsalını və satışını öz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə İspaniya və Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar.