İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi… Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi.
Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara Kodoman hakimiyyət başına keçir.
Uzun müddət davam edən hakimiyyət uğrunda mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam-intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr dəəksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər.
Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbisiyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.
Yunanlarda belə bir məsəl var idi: «Adına bir məzar-təpə ucalt, matəm saxla ona». Söhbət kenatafdan ( hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənazəsi ələ gəlməyən adamların adına məzar təpəciyi düzəltmək bir adət idi.
İsgəndər öləndən sonra yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin çoxdan salınmış şəhərləri dirçəlib böyüdü. Nil çayı deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin üçüncü paytaxtı, dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə birləşdirən kanaldan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan müxtəlif mallar gətirilirdi. Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə İsgəndəriyyə mayakı tikilmişdi.
E.ə. IV əsrdə yunan şəhər dövlətlərinin tənəzzülü. IV əsrin birinci yarısında yunan şəhər dövlətləri tənəzzül etməyə başladı. Bununla belə, Perikl bütün Yunanıstanı Afinanın başçılığı altında birləşdirmək istəyirdi. Lakin Afina ilə Sparta arasında ziddiyyətlər başlandı. Sparta Periklin Afinadan sürgün olunmasını və Afina dəniz İttifaqının buraxılmasını tələb etdi. Afina bu tələbi qəbul etmədi. Nəticədə e.ə. 431-ci ildə Afina ilə Sparta arasında Peloponnes müharibəsi başlandı. Spartaya iranlılar kömək edirdi. Sparta Qara dənizdən Afinaya taxıl gətirilən yolları tutdu, sonra isə Afinanı mühasirəyə aldı. Bu müharibə e.ə. 404-cü ildə Afinanın məğlubiyyəti ilə qurtardı.
E.ə. VIII-V əsrlərdə yunan-şəhər dövlətlərinin yaranması. E.ə. XI-IX əsrlər Yunanıstan tarixinin «Homer dövrü» adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı.