Sünnə kateqoriyası üzrə məqalələr

Əfəndimizin (sav) həyası

Utancaqlıq və utanma da demək olan həya sufi terminologiyasında Allah qorxusu və Allah sevgisi ilə Onun istəmədiyi şeylərdən çəkinmək mənasına gəlir.Belə bir hissin insan təbiətində olan həya duyğusuna söykənməsi,o şəxsi ədəb və ərkan mövzusunda daha təmkinli edər.

Davamı →

İnsanlardan bir insan olma

O,öz işini özü görməyi sevirdi.Dostları bütün işin görməyə hazır olmalarına baxmayaraq,bunu istəməzdi.Evdəykən,paltarlarını yamar,evi süpürür,keçiləri sağar,dəvələri bağlar və yemlərini verirdi.
Həmdə,ayaqqablarını  və deşik su xırbalarını təmir edər,qulluqçularada yardım edərək onlarla birlikdə xəmir yoğururdu.
Bazardan aldıqlarını özü daşır,birisi:
Davamı →

Peyğəmbər əfəndimiz(s.ə.s.) Hz. Fatiməyə toy günü nələri nəsihət verdi???

Qızım,evimizdən çıxıb başqa bir evə,ülfət etmədiyin bir kimsəyə gedirsən..
Sən ərinə yer ol ki,o sənə göy olsun!
Sən ona xidmətçi ol ki,o sənə kölə olsun!
Ərinə yumşaq davran!
Əsəbi hallarında səssizcə yanından keç..
Hirsi keçənə qədər ona görünmə..
Ağzını və qulağını mühafizə et..
Ərin sənə pis söyləsə,söylədiklərini eşitmə. əsla qarşılıq vermə!
Ona qarşı gəlmə!
Daim səndən gözəl söz eşitsin,gülər üz görsün..
Bu surətlə sənə yaxşı nəzərlə baxsın.."
Davamı →

Peyğəmbər Sevgisi

Allah-Təala onu bütün aləmlərə rəhmət olaraq göndərdi və bütün bəşəriyyəti o iki Cahan Günəşinin (s.ə.s) sevgisi hörmətinə xəlq etdi. Quranın qəlbi olan Yasin surəsindəki Yasin kəlməsi Rəsulallahın (s.ə.s) adlarından biridir və «Ey mənim məhəbbət dəryamın dalğıcı olan Həbibim!» deməkdir. Bəli, Haqq- Təala bütün peyğəmbərlərinə adları ilə müraciət etdiyi halda Rəsuli-Əkrəmə «Həbibim!» dedi. 
Sevginin böyüklüyü sevilən üçün edilən fədakarlıqlarla ölçülər. İnsan şüuru Allahın Rəsulullaha olan ölçüsüz sevgisinin böyüklüyünü bütünlüklə dərk etməkdən acizdir. Elə bir sevgi ki, o sevginin hörmətinə bütün bəşəriyyət, aləmlər xəlq oldu… Elə bir sevgi ki, «Məhəmməd hörmətinə» deyərək, bağışlanmaq diləyənlərin günahı bağışlandı… Elə bir sevgi ki, «Məhəmməd hörmətinə» deyilərək, edilən dualar, arzular geri çevrilmədi… Əlbəttə ki, biz bu fövqəladə sevgini dərk etməkdən acizik!
Davamı →

Əfəndimizin (s.a.v.) təvazökarlığı

Təvazö,üzü yerdə olma və təvazökarlıq mənalarına gəlir ki,təkəbbürün ziddidir.Onu insanın Haqq qarşısında yerinin şüurunda olub ona görə davranması və xalq arasındakı vəziyyətini də bu anlayışa görə qiymətləndirirb,özünü insanlardan bir insan və ya varlığın hər hansı bir parçası qəbul etməsi də şərh edə bilərik.

Əfəndimizin (s.a.v.) təvazökarlığı da fətanətinin ayrı bir ölçüsü olaraq ulduz kimi nurlanmaqdadır.O,şöhrəti artıb hər kəs tərəfindən qəbul edildikcə,təvazökarlığı daha da dərinləşmişdir.Təvazökarlıq,sanki,Onunla birlikdə doğulmuş kimi idi; ömrünün sonuna qədər də inkişaf edərərk dəvam etdi.«Kim təvazökarlıq etsə,Allah onu ucaldar,kim də təkəbbürlük etsə,özünü böyük aparsa bu,onu alçaldar,»-deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Odur (s.a.v.).

Davamı →

Peyğəmbərin ailə üzvləri ilə münasibəti

Hz.Peyğəmbər (aleyhissalatu vəssalam) ailə üzvləri ilə söhbət edərdi.Əfəndimiz ailəsinin üzvlərinin hər biri ilə şəxsən və baş-başa xüsusi söhbət etdiyi  kimi,onların hamısı ilə söhbətlər də edərdi.Zövcələri ilə keçirəcəyi söhbətləri bir əsasa bağlamışdı.Hər səhər məsciddən çıxdıqdan və ikindi vaxtı namaz qıldıqdan sonra,həyat yolaşlarının hər birinə tək tək baş çəkər,müəyyən bir müddət onlarla söhbət edərdi.Xüsusilə də ailə üzvlərini cəm şəkildə bir yerə yığmaq məqsədi ilə,hər axşam söhbət edərdi.Bu yığıncaqlarda Rəsulullahın,zövcələrinə «xürafə»deyilən ibrətli hekayələr belə danışdığı,hamısını güldürdüyü və zarafatlar da etdiyi rəvayət edilmişdir.
Davamı →

Sünnəni necə başa düşməli?

Sünnə həm də tamamlayıcı metoddur; bu metoda görə, iman biliklə, vəhy də ağılla tamamlanır ki, Allah təalanın da dediyi kimi «Nur üzərində nur»  olsunlar. Bu metoda görə, qanunvericilik təlim-tərbiyə ilə tamamlanır. Təlim-tərbiyə yaradır, təsis edir, istiqamətləndirir. Qanunvericilik isə qoruyur, təhkim edir, islah edir, cəzalandırır. Qanunvericilik tərbiyə, tərbiyə də qanunvericilik olmadan bir iş görə bilməz. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) tərbiyəyə və qanunvericiliyə eyni gözlə baxmışdır.
Bu metoda görə, güc hüquqla, hakimiyyət Quranla, dövlət dəvətlə tamamlanır. Allah Quranla çağırmadığını hakimiyyətlə çağırır. Kimi ki, hüquq qorumur, ona güc arxa çıxır. Dəvətə mane olanları dövlət tərbiyə edir. Hər məqamın öz hökmü var, — səhvə yol vermək olmaz.

Davamı →

Əfəndimiz və uşaqlar

Uşaqlar bu dünya həyatının gözəlliyi və zinətidirlər. Quranda deyilir: "...övladlar dünya həyatının bərbəzəyidir" (əl-Kəhf, 46).Düzgün tərbiyə ilə boya-başa çatdırmaq isə onları Allah qatında  qiymətli edər.

Həmişə "övladlarımız bizim gələcəyimizdir", «onları indi necə yetişdirsək və əsaslarını necə qoysaq, gələcəyimiz o cür olacaq» kimi sözlər eşidirik. Uşaq dünyaya gələrkən tər-təmiz və Allahın verdiyi fitrət üzrə olur. Sonra ona valideynləri, valideynlərindən sonra qohumları, getdiyi yerlər, ətraf mühit və dost-tanışlar  təsir göstərir. Uşaqlıq illəri insanın ən əsas və ən həssas mərhələsidir.
Davamı →

Peyğəmbərimizin iftar və sahuru

Rəsulullah (s) shabələrinə iftar yeməyi verdiyi kimi, vaxtaşırı dəvət edildiyi iftar süfrələrinə gedir, bəzən sahurda da onlarla birlikdə olurdu. Ənəsin ® rəvayət etdiyinə görə, Hz. Peyğəmbər (s) dəvət edildiyi iftar süfrələrində belə dua edərdi:
Davamı →

Peyğəmbər Əfəndimizin bəzi keyfiyyətləri

Uca Allah Qurani-Kərimin "əl-Qələm" surəsinin 4-cü ayəsində peyğəmbərimizin (s) əxlaqı haqqında belə buyurur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!".

Bir hədisdə Peyğəmbərin (s) dilindən deyilir: «Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim». Bu haqda belə bir hədis rəvayət olunur: «Bir gün Peyğəmbər (s) səhər namazını qılmaq üçün evindən çıxır. Hava soyuq idi
Davamı →
Top