Peyğəmbərimizin (s) ibadət həyatı özünəməxsus gözəlliyi, ülviliyi ilə seçilmişdir. Səhabələr hər bir şeydə, o cümlədən ibadət həyatında da ona (s) oxşamağa çalışardılar. Allahın rəsulu, dua xüsusunda da səhabələri və onlardan sonra gələn nəsillər üçün nümunə olmuşdur. Demək olar ki, onun (s) etdiyi bütün dualar bizə gəlib çatıb. Həmin duaların bəziləri:
Allah-təala barəsində layiq olmadığı sözlər söyləmək. Məsələn, bir kəs bir iş gördüyü zaman: «Allah bilir ki, mən bunu etməmişəm», yaxud da görmədiyi bir iş haqqında: «Allah şahiddir ki, mən bunu etmişəm» demək; Bu cür sözləri işlətmək Allahı cahilliklə günahlandırmaqdır.
Allah Rəsulunun rəhmət və şəvqəti də Onun fətanətinin bir ölçüsünü təşkil edir.Onun şəfqət və rəhmətində,eyni zamanda möhtəşəm bir qavrayışın ayrı bir dərinliyi saxlanmışdır.Bəli,Əfəndimiz (s.a.v.) Cənabi-Haqqın rəhm və mərhəmətinin yer üzündəki tək nümayəndəsi olaraq bu iki mübarək sifətin təsirindən bir iksir kimi istifadə etmiş və bütün könüllərdə taxt qurmuşdur.
Əfəndimizin danışıq tərzi son dərəcə şirin və könül oxşayan idi.Sözü bircə-bircə deyər,hər cümləsi dinləyənlər tərəfindən yaxşı başa düşülsün deyə ayrı-ayrı olardı.Vurğulamaq istədiyi bir sözü üç dəfə söyləmə adəti var idi.Danışanda çox vaxt gözlərini göy üzünə tutardı
Əfəndimizin (s.a.v.) həyatında dəbdəbəli bir süfrəsi heç olmamışdır.Yanında həmişə xidmət edən Həzrəti Ənəs (r.a) Əfəndimizin süfrəsini belə təsfir edir: «Rəsulullah (s.a.v.) taxtadan düzəldilmiş sini və ya masa kimi ayaqlı süfrələr üzərində kiçik və ayrı qablarda yemək yedilər.Kəpəyi unundan təmiz ayrılmış çörəkdə yemədilər.Qatadəyə: „Nə üzərində yemək yeyərdilər?“-deyə soruşdum.Qatadə:»Yumru dəridən düzəldilmiş süfrələr üzərində,"-dedi.
İnsanlığa ən gözəl nümunə olan Əfəndimiz həyatın hər sahəsində olduğu kimi,ictimai həyatda əlaqələrdə də bir "Üsveyi-hasənə" yəni (ən gözəl nümunə) idi.Hz.Peyğəmbər Əfəndimiz (s.a.v.) təklif edəcəyi hər mövzunu əvvəlcə özü şəxsən həyatına tətbiq etmişdir.Eyni zamanda Allahın razı olduğu həyat tərzini insanlara öyrətmək mövzusunu da əsla ehmal etməmişdir.
Hz.Peyğəmbər (s.a.v.) həmişə eyni cür paltar geyinməzdi.Ümumiyyətlə,geyindiyi paltar, köynək və şalvarı əvəz edən bir paltar idi.Corab geyinmə adəti yox idi.Amma Nəcaşinin göndərdiyi qara corabı geyinmişdi.Rəvayətə diqqət edildiyində,o corabın dəridən olduğu anlaşılır.Sarığının ucu bəzən mübarək sinəsinə,bəzən də çiyinlərinin arasına düşərdi.Sarığı çox vaxt qara rəngdə olardı.Sarığının altında başına qoyduğu təkkə olardı.Ucu şiş təkkədən heç vaxt istifadə etməzdi.Bizi müşriklərdən fərqli göstərən,sarığın altına təkkə taxmağımızdır-deyə buyururdu.