
və yenə o qədər incə bir ipliyə ehtiyac vardı. Lakin, döyüşün orta yerində bunları tapmaq qeyri-mümkün idi.
Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.
Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı…
Tanrı Əzrailə:
«Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?»-
-Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.
Bir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu anda, tor həqiqətən də qopdu və digərlər ilə birlikdə adam da Cəhənnəmə düşdü. «Heyf» dedi mələk. «Qorxaqlığı, həyatında işlədiyi tək yaxşılığı da pisliyə çevirdi. O insanlara qayğı göstərə bilsəydi, torun hər kəsi daşıya biləcəyini görəcəkdi.»