Padşah bir gün, «Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!» demiş.
Yalançılar dərhal saraya qaçmaqa başlamışlar yalan danışsınlar;
Yalançı: «Bir quş, aslanı qapıb yuvasına apardı».
Padşah «Burda yalan yoxdur Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala. Qapib aparar təbii!..''
Yalancı :»Qonşu ölkədə bir eşşəyi kral etdilər!.."
Bir adam, bir yeməkxanaya girdi, bu sırada yemekxanaya bir başqa yolçu daha girdi və ikisi birdən aşbazdan yeməyə bir şey istədilər. Lakin aşbazdan yemək olaraq yalnız bir balıq olduğunu söylədi və bunu paylaşmalarını təklif etdi. Bunun üzərinə yaşlı adam, aşbaza, «Mən balığın yalnız başını yeyəcəyəm» dedi. aşbaz bunun səbəbini soruşdu, yaşlı adam da, «Balıq başı zəkanı artırar, balıq başı yeyən insan ağıllı olar» dedi. Bunun üzərinə o biri yolçu dərhal atıldı və yaşlı adama:
«Balıq başını niyə sən yeməlisən, mən yemək istəyirəm» dedi. Yaşlı adam da etiraz etmədi və balığın böyük gövdəsini yedi və bir gözəl qarınını doyurdu. O biri yolçu isə yalnız balığın başını yeddi və sonra yaşlı adama seslendi:«sən böyük gövdəni yeddin qarınını doyurdun mən yalnız başı yedim aç qaldım» dedi.
Yaşlı adam da bu sözlərə belə cavab verdi :
«Bax necə ağıllandın.»
Sally, kiçik qardaşı George haqqında ana və atasının danışmalarını eşitdiyi zaman yalnız səkkiz yaşında idi. Qardaşı ağır xəstə idi və onu qurtara bilmək üçün əllərindən gələn hər şeyi etmişlərdi, Georginin yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı lakin bunun üçün lazımı qədər pulları yox idi. Atasının, ümidsiz bir şəkildə anasına belə pıçıldadığını eşitmişdi. «Yalnız bir möcüzə onu qurtara bilər.» Bu sözləri eşidər eşitməz, yavaşca öz otağına getdi Sally. Donuz formasındakı pul topladıqı qabı gizlədiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Yanılmaya düşməmək üçün tam üç dəfə saydı pul qabindaki çıxardığı xırda pulları. Sonra hamısını cibinə qoyaraq tələsiklə evdən çıxıb, küncdəki əczaxanaya getdi.