İsti havalarda axmış makiyaj, ləkəli üzlər xanımları çox səliqəsiz və pis göstərir. Bəs bunun qarşısını necə almaq olar və makiyajın axmaması üçün nə etmək lazımdır? Makyajın axması təkcə isti hava və tərdən asılı deyil. Yay aylarında dəri daha çox yağ istehsal edir. Buna görə də makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlər, üz təmizləyici və ya azaldıcı tonik çəkin.
Pitraq (elmi ad — «at pıtrağı») və xüsusilə də onun kökü saçların sağlamlığına və xarici görünüşünə çox müsbət təsir edir — saçları bərpa edir, möhkəmləndirir, saçların uzanmasını sürətləndirir, tökülməsini azaldır, saçları canlı və parlaq edir, kəpəyi müalicə edir.
Günün hər saatı baxımlı görünmək üçün pul xərcləməyə çəkinməyən qadınlar dırnaqlarına da eyni diqqəti göstərir. Gün ərzində davamlı zərbələrə məruz qalan əllər və dırnaqlar bəzən istədiyiniz kimi görünməyə bilər.
Ümumiyyətlə, tonal krem seçimində əksəriyyət çox vaxt çətinlik çəkir. Xüsusilə də, dərisini yaxşı tanımayanlar. Tonal krem almamışdan öncə dəri növünüzü düzgün müəyyən etmək çox vacib faktordur. Tonal krem tətbiqində ən çox problem yaşayanlar deyərdik ki, yağlı dəri növünə sahib olanlardır. Bu probleminizi həll etmək üçün sizinlə bəzi sirlər paylaşacayıq.
Makiyaj süngərləri həyatımıza girəndən bəri, makiyajlar daha təbii alınır. Amma bu süngəri istifadə edərəkən bəzi səhvlərə yol veririk ki, bunun da nəticəsi heç də ürəkaçan olmur. Yəqin ki, bu səhvlər sizə də maraqlıdır?
Badam gözləriylə məşhur İranlı qadınların gözlərini gözəl göstərmək üçün çox səy sərf etməsinə ehtiyac yoxdur. Gözlərindəki qəhvə rəngini daha ön plana çıxarmaq üçün tünd rəng ten və qələm istifadə etmək kifayətdir. Transparan bir teni göz qapağına tətbiq edib yaş eyeliner istifadə etməyə üstünlük verirlər. Qaş şəkilləri isə ümumiyyətlə iti və qalınlığı ilə seçilir.
Gənəgərçək yağı saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir. O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi ortük saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir.
1. Təmizləmə: Amerikali qadınlar makiyajın təmizlənməsinə hər gün 2-3 dəqiqə, rus qadınları isə bu prosesə 4-7 dəqiqə sərf edirlər. Yapon qadınlarının bu təmizləmə prosesi ən azı 20 dəqiqə çəkir ki,bunu ayin də adlandırmaq mümkündür. Əvvəlcə makiyaj südlə silinir,daha sonra köpüklə yuyulur,sonda isə losyondan istifadə edilir. Təsadüfi deyil ki,Yaponiyada “saf” sözü “gözəl” sözünün sinonimidir.
Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz.