Göl süngəri çox effektli təbii kosmetoloji vasitə sayılır. Bioloji aktiv maddələrlə olduqca zəngin olan göl sündəri dəriyə bərpaedici, cavanlaşdırıcı, iltihabəleyhinə təsir göstərir, dəridə qan dövranını yaxşılaşdırır.
Göl süngərinin dəriyə təsiri:
— dərini ölmüş hüceyrələrdən təmizləyir
— ağardır
— piy vəzilərin fəaliyyətini azaldır, yağlı dərinin pis parıltısını götürür
— qırışları hamarlayır
— məsamələri təmizləyir
— sızanaqları qurudur
— iltihabı azaldır
— sızanaqlardan qalan ləkələri, çapıqları yox edir
— hematomaları, qançırları müalicə edir.
Göl süngəri güclü vasitə sayılır. Bu səbəbdən istifadə etdikdən əvvəl göl süngəri az miqdarda suda həll edib dərinin kiçik hissəsinə çəkin, 15 dəqiqə gözləyin və sonra yuyun.