Quru, çatlamış dodaqlar ciddi estetik qüsur yaradır. Digər tərəfdən çatlamış dodaqlar ağrıyır, qanayır, onların üzərində yaralar əmələ gəlir, infeksiyalaşmanın riski artır.
Bu pozulmanın səbəblərini müəyyən edək:
— Ağzı açıq yatmaq, müxtəlif səbəblərə görə (zökəm, adenoidlər və s.) daim ağızla nəfəs almaq.
— Dodaqları dişləmək və yalamaq vərdişi.
— Diş məcunu və dodaq boyasına olan allergiya.
— Soyuğa qarşı allergiya.
— Bəzi vitaminlərin (A, B qrupu, C, E) çatışmamazlığı.
— Susuzlaşma.
— Daim saqqız çeynəmək.
— Bəzi xəstəliklər və pozulmalar (qalxanvari vəzi xəstəlikləri, autoimmun xəstəliklər, dəri xəstəlikləri və s.). — Bəzi dərman preparatlarının qəbulu.