Praktiki olaraq hər birimiz kalsiumun dişlərimiz və sümüklərimiz üçün faydalı olması fikrindəyik və məhz buna görə də uşaqlıqdan onun ilə zəngin olan qidaları qəbul etmək məxsusi zövq verir.Lakin,heç də bütün hallarda nəticələr məqsədəuyğun olmur.Məsələnin izahı isə çox sadədir,çünki,biz yalnız mineral qəbul etmək üçün onun tərkibində olduğu qidaları qəbul etməyə həvəs göstərir,bu zaman onun mənimsənilməsi barədə qətiyyən düşünmürük.
Artıq kütlənin toplanması ilə əlaqədar kökəlmənin iki tip forması ayırd olunur.Alma və rmud tip adlandırılına bu formalar öz xüsusiyyətləri ilə seçilir və artıq bir çoxlarımız məlumdur.Birinci halda əsas piy kütləsi əsas bel və çanaq olmaqla aşağı hissədə toplanırsa,ikinci tipdə yuxarı və aşağı nahiyə üzrə bərabər paylanır.
Diabetdən ilkin müdafiə yağlı qidadan imtina edilməsidir. Çünki yağlı qida hüceyrələrin insulinə olan tələbatını azaldır və qlükozanın parçalanma prosesini ləngidir.
Endokrin sistemin xəstəliyi olub, orqanizmdə tamamilə və ya hissəvi olaraq, insulin hormonunun çatmazlığı ilə əlaqədardır. İnsulin hormonu isə mədəaltı vəz tərəfindən sintez olunur. Şəkərli diabet zamanı karbohidrat, zülal və lipid mübadiləsi kəskin pozulmuş olur. Şəkərli diabet çox rast gəlinən, lakin diaqnostika baxımdan çox «maskalanan» bir xəstəlikdir. Statistikaya görə, dünya əhalisinin 10%-i bu xəstəlikdən əziyyət çəkir. Hər 10-15 ildən bir xəstəliyə tutulanların sayı 2 dəfə artır. Bundan əlavə, 30-35 % pasientlərdə bu gizli şəkildə getdiyindən gec aşkar olunur.
Podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunun xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusunun mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.
Podaqra (yunan dilində podos – ayaq, aqra – tələ deməkdir, yəni ayağın tələsi). Xəstəliyin tarixinin qədim olduğu, hələ b.e.ə. yaşamış Hippokrata məlum olması haqqında məlumatlar vardır. Xəstəliyin sidik turşusunun artması ilə əlaqədar yaranması isə 20-ci əsrin ortalarında sübut edilmişdir.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.
Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir. Tərləmə orqanizmin normal fizioloji funksiyasıdır. Onun əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir. Bununla yanaşı tər vasitəsilə bədən şlaklardan təmizlənir. Tərləmə daha çox qoltuqda, pəncə və ovucda qeyd edilir. Tərləmə zamanı tərləmənin özündən çox narahatçılıq yaradan xoşagəlməz iyin olmasıdır. Tər özlüyündə iyisiz olsa da tərin bədən səthində olan bakteriyalarla qarşılıqlı təsirindən xoşagəlməz qoxu yarana bilir.