Hərb kateqoriyası üzrə məqalələr

Rövşən Talıbov - Zəngilanın qəhrəman oğlu

Zəngilanın işğalı günündə çox böyük qəhrəmanlıq göstərmiş Rövşən Talıbovu yad etməmək günah olardı məncə. Dostların çoxu bilir ki, Rövşən Talıbov çox sevdiyimiz və dəyər verdiyimiz Esmira xanımın atasıdır. Müəyyən səbəblərdən Esmira xanımla əlaqəni itirsəm də, ümid edirəm özü bir gün məni tapacaq. (Rövşən Talıbov şəkildə soldan birincidir.)
Davamı →

General-mayor Polad Həşimov

“Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi”.
Bu sözləri jurnalist Seymur Kazımov Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor Polad Həşimov haqqında deyir. Polad Həşimov illər əvvəl N saylı hərbi hissədə jurnalist Seymur Kazımovun qərargah rəisi olub. Jurnalist general-mayoru “çox dəyərli vətəndaş və zabit” olaraq yad edir.
Davamı →

Ələsgər Əliyev - qəhrəman Azərbaycan əsgəri

Əliyev Ələsgər Sərhəd oğlu, 1960-cı ildə Sabirabad rayonunun Talış kəndində anadan olub.1977-ci il orta məktəbi bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna daxil olmuş və 1982-ci ildə orani bitirib təyinatla Bakı məişət kondisionerləri zavoduna gəlmişdi.
1993-cü il oktyabrın 27-də könüllü olaraq Suraxanı batalyonunun tərkibində cəbhəyə yollanıb.İlk döyüşə Füzuli bölgəsində batalyon komandirinin müavini kimi başlayıb.Elə ilk gündən səngərlərin qazılmasında,yeraltı qazmaların tikilməsində Ələsgər özünü bacarıqlı zabit kimi göstərib.
Davamı →

Azərbaycan Ordusu Qarabağ cəbhəsində

İmperiyalar şüarlarla deyil, ordularla qurulur. Dünya tarixinə üç böyük imperiya bəxş etmiş Azərbaycan türkləri bu işi güclü orduların, hərb sənətinin dahiləri olan görkəmli sərkərdələrin sayəsində bacarmışdılar. Ancaq Rusiya işğalından sonra müsəlman-türk əhalinin yüz il boyunca hərbi xidmətə götürülməməsi, təbii ki, xalqın döyüş vərdişlərinin yetərincə zəifləməsinə səbəb olmuşdu. Bu siyasətin ən mənfi cəhətlərindən biri xalqın nəinki öz milli hərbi qüvvələrindən, həm də milli zabitlərindən məhrum olması idi.
Davamı →

"Dördüncü rus inqilabı"na uğursuz cəhd

1975-ci il noyabrın 8-dən 9-na keçən gecə baş vermiş hadisə barədə sənədlər Sovet İttifaqı dağılana qədər Sov.İKP MK-nın baş katiblərinin kabinetində «Xüsusi qovluq»da saxlanıb. Həmin qovluq yalnız SSRİ dağılandan sonra açılıb…
Davamı →

Hərbi xidmət

İlk olaraq Qədim Misirdə tətbiq olunan məcburi hərbi xidmət hələ də dünyanın bir çox ölkəsində mövcuddur. Bəzi ölkələr isə peşəkar ordu ilə kifayətlənirlər. Məcburi hərbi xidmət tədbiq edilən ölkələrdə də xidmət müddəti müxtəlifdir. Bəzi ölkələrdə ordunun müxtəlif növlərində hətta 10 illik hərbi xidmət mövcuddur.

18 aya qədər hərbi xidmət tədbiq edilən ölkələr

Almaniya: Ölkə I Dünya Müharibəsində məcburi hərbi xidmət tədbiq etdi və böyük bir ordu qurdu. Məcburi xidmət Almaniyada hələ də qüvvədədir. Hərbi xidmət kişilər üçün 6 aydır. Qadınlar da könüllü olaraq əsgərlik edə bilər.

Davamı →

Milli qəhrəmanımız Natiq Məmmədov

Natiq Məmmədov.jpg Natiq Məmmədov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, suverenliyimiz, dövlətçiliyimiz uğrunda şəhidlik zirvəsini fəth etmiş fateh.
Həyatı:N.Məmmədov 11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur.O, 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir.1993-cü ildə Milli Ordu sıralarına çağrılır. Döyüşlərdə iştirakı:N.Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir.Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak etmişdir.1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevrilişinə cəhd etdi.Onlara xəbərdarlıq edilsə də, silahı yerə qoymadılar.Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi. Ailəsi:N.Məmmədov subay idi. Milli qəhrəman:"Qızıl Ulduz" medalı.pngAzərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.O, Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn olunmuşdur.Buradakı uşaq bağçası qəhrəmanımız Natiqin adını daşıyır.
Davamı →

SAT - dünyanın ən yaxşı xüsusi təyinatlısı

İkinci Dünya Müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı Qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır.
Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur.
Davamı →

Hərbi rütbələr

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

Davamı →
Top