Hərb kateqoriyası üzrə məqalələr

Bordo beretlilər

Məhşur baş geyimi beret bu gün dünyanın bütün ölkələrində istifadə olunur. Beret həm də əksər ölkələrin Silahlı Qüvvələrində istifadə olunan hərbi baş geyimidir.
İlk beretin istehsalı Fransa ilə bağlıdır. Fransanın ən totemik əşyalarından biri olan beretin tarixi kökləri Pireney sıra dağlarının ətəklərində yerləşən kiçik Nay şəhərinə gedib çıxır. Bir zamanlar beret burada kişilər üçün məcburi baş geyimi imiş və regiona məxsusluğu fəxrlə nümayiş etdirirmiş.
2-ci Dünya Müharibəsindən sonra bu şəhər və onu əhatə edən regionda beret istehsalı ilə məşğul olan 50 fabrik var idi. Sonradan beret istehsalı tədricən bütün dünyaya yayılıb.
Davamı →

Azərbaycan Silahlı Qüvvələri | Qanun

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 5-6 (əlavə), maddə 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi»nin 45-ci maddəsinin ikinci hissəsi və 46-cı maddəsi çıxarılsın.
Davamı →

Hərbi rütbələr | Quru qoşunlar

Əsgər heyəti
— əsgər (kursant)
— baş əsgər
Çavuş heyəti
— kiçik çavuş
— çavuş
— baş çavuş
Gizir heyəti
Silahlı qüvvələr — kiçik gizir
— gizir
— baş gizir
Kiçik zabit heyəti
— kiçik leytenant
— leytenant
— baş leytenant
— kapitan
Baş zabit heyəti
— mayor
— polkovnik-leytenant
— polkovnik
Ali zabit heyəti
— general — mayor
— general — leytenant
— general — polkovnik
— ordu generalı (hazırda bu hərbi rütbə ilə heç kəs təltif olunmayıb)
Davamı →

Tarixin gedişatını dəyişən döyüşlər və müharibələr

Min illərlə davamm edən sayı bilinməyən müharibələrdən bəziləri insanlıq tarixi üçün təyinedici olub. Bu müharibələrin nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyini dəyişib. Tarixə unudulmaz hadisələr olaraq yazılıb.

Davamı →

Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar

Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.
Davamı →

Катюша silahı

1941-ci il iyunun 21-də, Almaniyanın SSRİ-yə hücumundan bir gün əvvəl sovet hökuməti reaktiv artilleriya sistemlərinin seriyalı istehsalı haqqında qərar qəbul etmişdi. Beləliklə, adı gözəl, özü isə zəhmli «Katyuşa»nın istehsalına başlandı. «ZiS-6» markalı yük maşınlarının bazasında yaradılan «Katyuşa»lardan bu gün bütün MDB məkanında cəmi ikisi qalmışdır. Biri Peterburq Artilleriya Muzeyində, digəri isə Zaporojyedədir. Bir raket qurğusunun yaylım atəşi düşmənin başına 132 millimetrlik on altı və ya 82 millimetrlik otuz iki mərmi yağdırırdı. Raketlər, demək olar, eyni vaxtda buraxılır və hədəfə alınan rayonda ərazini bir neçə saniyə ərzində "şumlayırdı".
Davamı →

Hərbi rekordlar-1

— Hesablanmışdır ki,b.e.ə. 3500 ildən üzübəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşamışlar.

— 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı vardır.O,görünür, hücum silahlarının ən qədim nümunələrindən biridir.

— Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir.O,115 il 1337-1452-cü ilədək davam etmişdir.
Davamı →
Top