Cənubi Amerika coğrafi mövqeyinə görə çoxlu istilik ala bilir. Materik üzərində müxtəlif enliklərdə ekvatorial, tropik, subtropik və mülayim hava kütlələri formalaşır. İqlimə meridional istiqamətdə uzanan And dağları böyük təsir göstərir.
Materik ərazisinə yağıntıların düşməsində Atlantik okeanının rolu böyükdür. Atlantik okeanında Cənubi Amerika sahilləri boyunca isti Braziliya cərəyanı keçir.
Asiya qitəsi oroqrafik cəhətdən (relyef quruluşuna görə) dünyanın ən mürəkkəb regionudur. O, tektonik cəhətdən sabit ərazilərdən – platforma və fəal zonalardan – geosinklinallardan ibarətdir. Platformalar litosfer tavalarının mərkəzində – tavaların sərhədlərindən uzaqda yerləşən hissələrdir. Onlar Yer qabığının daha sabit, yəni seysmik hadisələrin zəif olduğu, yaxud heç müşahidə olunmadığı sahələridir.
Avropa Avrasiya materikinin qərb hissəsində yerləşən qitədir. Qitədə regionlar relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).
Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Hazırda bu ərazilərdə belə buzlaqlar yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirәlәri, tәpәlәri və troq dәrәlәridir. Buz örtüyü əridikdən sonra okeanda suyun səviyyəsi qalxmış, sahilboyu dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu ensiz və dərin körfəzlər fyordlar adlanır.
Şimali Amerikanın qərbi üçün dağlıq və mərkəzi üçün isə düzənlik relyef səciyyəvidir. Qərbdə ən böyük dağ sistemi Kordilyerdir. Onlar Sakit okeanın sahilləri boyunca şimaldan cənuba 7000 km-ə qədər uzanır. Bu dağlar Kanada, ABŞ, Meksika və Mərkəzi Amerika ölkələrinin ərazilərindən keçir.
Cənubi Amerikanın qərbində Sakit okean sahili boyunca dünyanın ən uzun dağ sistemi olan (təqribən 9000 km) And dağları uzanır. Bu dağlar Karib dənizi sahillərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu Torpaq adaları da And dağlarının davamıdır. Sıra dağlar arasında ensiz dağarası çökəkliklər yerləşir. Yalnız 20° c.e dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar – Altiplano yaranır.
Altiplano – And dağlarında, Boliviya və Çili sərhədində yerləşən yüksək yayladır. Burada iqlim quraqdır və ağac bitkiləri yoxdur. Altiplano quraqlığa davamlı bitkilərlə örtülmüşdür.
Afrikanı relyefinə görə iki hissəyə ayırmaq olar. Şimali və Qərbi Afrikada denudasion və akkumulyativ mənşəli düzənliklər, Cənubi və Şərqi Afrikada isə dağlıq ərazilər üstündür.
Şimali və Qәrbi Afrikada ərazinin düzənlik olmasının səbəbi buranın Afrika– Ərəbistan platforması üzərində yerləşməsidir.
Avstraliya, əsasən düzənlik ərazidir. Bu materikdə yüksək cavan dağlar yoxdur. Materikin sahil xətləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də, Avstraliya seysmik cəhətdən daha sabitdir. Materikdə fəaliyyətdə olan vulkan yoxdur.
Avstraliyanın böyük hissəsi qədim platformadır. Əvvəllər dağ olmuş ərazilərin platformaya çevrilməsi prosesi milyon illəri əhatə edir. Dağlar öz seysmik fəallığını itirir, tədricən dağılır, hündürlüyü azalır və onlar düzənliyə çevrilir.
Bu uzunmüddətli proses nəticəsində Yer qabığının fəal zonaları (geosinklinallar) sabit ərazilərə (platformalara) çevrilir.
Antarktida materikinin sahəsi 14 mln. 110 kv.km, adalarının sahəsi 22 min kv.m.-dir Orta hündürlük 2040 m, ən yüksək zirvəsi 5140 m hündürlüyə malik olan Vinson massivində ən ucqar şimal nöqtəsi isə Antarktida yarımadasında yerləşir. Vinson massivində Elsert (5140 m), Ceksonda Antarktida yarımadası (4191 m), Mintoda Viktoriya torpağı (4169 m), Menzisdə Şahzadə Çarlz (3355 m) materikin ən hündür zirvələridir. Rossada Erebus ən hündür (3794 m) vulkanı, Cənubi Qeorqiya (3755 kv.km.), Şotland adaları (2300 kv.km.), Cənubi Sandviç (37 kv.km.) adaları materikdən kənar ən böyük torpaqları sayılır.
Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.