Bohem geyim tərzi 1960-cı illərin və 1970-ci illərdə ortaya çıxan həyat tərzinin formalaşması deməkdir. Əslində “bohemian” kəlməsi hippilərdən gəlir. Bu həyat tərzini eyni ilə hippilər kimi azad, rahat, yaşamağı sevən və dərviş ruhlu insanların yaratdığını deyə bilərəm. Məntiqlə geyim-kecimə çox pul xərcləməyən insanların daha az büdcələrlə bir stil yaratması deməkdir.

Uğurlu karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl 40 il pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənar qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına stil diktə edən və ölümündən sonra belə ona böyük təsir göstərən musiqiçi olub.

«Modanın İncili» adlanan «Vogue» jurnalı artıq neçə illərdir ki, dəbi sevən insanlara mayak rolunu oynayır, modanı diktə edir, milyonlarla qadına stil ipucları verir. «Vogue» qədim ingilis dilindən tərcümədə «dəb» mənasını verir, lakin indi yalnız «to be on vogue» (dəbdə olmaq), «to come into vogue» (dəbə daxil olmaq) söz birləşmələri formasında işlənir. Jurnalın məqsədi XIX əsrdən bu günə kimi dəbin yenilikləri barədə oxucuları məlumat verməkdir.