Soyuq havaların isinməsinə ən az sviterlər qədər kömək olan bu rəng podiumda da yeni kolleksiyalara dəstək olub.
Bəzi markalar öz yeni kolleksiyasını təqdim edərkən bordonun qırmızıya çalan, bəziləri isə qaraya çalan rənginə üstünlük veriblər. Hansının gözəl olduğu zövqə görə dəyişir. Ancaq ən əsas olanı bu qış dodaqlar bordo rənginə bürünəcək.
“Mago Jewelry” cəvahirat kolleksiyasına yeni bir nəfəs qatıb.
Adını italyan dilində “sehr”, “sehrbaz” sözlərindən götürən “Mago Jewelry” yeni aksessuarları ilə sanki qadınların həyatını rəngləndirir.
Qadınların yaxın dostu olacaq “Mago Jewelry”nin aksessuarlarını təqdim edirik.
Payız-qış 2014-15 mövsümündə məşhur ayaqqabı dizayneri Manolo Blanik və britaniyalı stil ikonası Viktoriya Bekhem yeni Amfora ayaqqabı modelinin hazırlanması üçün birləşiblər. Eleqant Amfora ayaqqabıları həm gündəlik, həm də ziyafət obrazını əla tamamlayır. 2 variantda təqdim olunan və dəridən hazırlanmış itiuclu ayaqqabıların dabanı 11,5 sm hündürlükdədir.
Bir çox xanımlar 2014-2015 payız-qış trendlərini öncədən bilməklə, qarderoblarını ona uyğunlaşdırırlar.
Qarşıdakı mövsümlərdə də ötən il olduğu kimi 60-70-ci illərin stilini xatırladan geyimlər aktual olacaq.
Bundan başqa, yun, kürk və məxmər parçaların dəbdə olması qışda sizi həm soyuqdan qoruyacaq, həm də dəbli göstərəcək.
2014-2015 payız/qış trendləri:
Mavi rəng
Bu rəngin çalarları — «buz» mavisi, açıq mavi, kobalt mavi mövsümün populyar rəngləri sırasındadır. Xüsusən kobalt mavi rəngli geyimlər qış mövsümündə çox rastımıza çıxacaq.