İnsana nostalji bir görünüş bəxş edən bu trapes şalvarlarla stil yaratmaq çox asandır. Bunun üçün 3 tövsiyəyə əməl edin, daha sonra trapes şalvar geyinə bilərsiz.
Valentino-nun kruiz kolleksiyası kimi bu kolleksiyanın aksessuarları da istənilən qadının ürəyini fəth edə bilər.
Aksessuarları şərti olaraq 3 böyük bloka bölmək olar. Birincisi — bu markanın klassik ayaqqabıları və çantalarıdır. Onlar tünd dəridən olan gözəl çalarlarda yerinə yetirilib və istənilən qarderoba təbii şəkildə uyğunlaşacaqlar.
Ray-Ban-ın yeni Denim Wayfarer günəş eynəkləri kolleksiyası praktik denim pərəstişkarları üçün nəzərdə tutulub.
Tekstil çərçivələrin yaradılmasına dizaynerlər 2 ildən çox vaxt sərf edib. Hər bir eynək metal bərkitmələrlə, Ray-Ban loqotipi ilə bəzədilib və 6 rəngdə hazırlanıb: göy, qara, yaşıl, narıncı, yasəmən və mavi rənglərdə. Denim kolleksiyası artıq şirkətin saytında 200 dollara satılır.
2011-ci ilin aprel ayında Britaniya şahzadəsi Vilyamla ailə quran Keyt Middleton bir çox gənc qızların xəyal etdiyi kimi həqiqi şahzadə olub. Şahzadə olduğu gündən bu vaxta qədər geyim tərzində fərqlilik edən Keyt hər geyimi ilə stil ikonasına dönüb.
Keytin zərif stilinin əvəzedilməz aksessuarlarından biri də qüsursuz şəkildə istifadə etdiyi papaqlarıdır.
Hər bir qadının arzusu qarşı cinsin diqqetini cəlb edən çəkici bir imic sahib olmaqdır. İlk baxışda qadınlar imicini dəyişməyə cəhd etməkdən çəkinir. Lakin bunun üçün özünüzə gün ərzində bir neçə extra dəqiqə ayırmaq və müəyyən qadın sirrlərini bilmək kifayyət edərd. Bildiyimiz kimi işgüzar imicə mühafizəkar və işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür. Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək. Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz.
Klassik tərz. Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq və dəblidən daha çox istifadə edəcəksiniz. Çünki ikincisi növbəti mövsüm dəbdən düşəcək. Klassik üslublu geyimdə istənilən vəziyyətdə yaxşı görünəcəksiniz. Bir neçə dəbdə olan aksesuar əlavə etməklə müasir görünmək heç də çətin deyil.
Təməl rənglərdən istifadə edin. İşgüzar qarderob əsas «işgüzar rənglərdən» ibarət olmalıdır. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır. İşgüzar kişinin qarderobunda isə tünd göy, göy, boz və bej rənglər. Çox parlaq rənglərdən uzaq olun.
Çanta — yanımızdan ayırmadığımız ən vacib aksessuarlardandır. Bəs bu dəyərli aksessuarımızı başqa bir aksessuar köməyi ilə fərqli göstərmək necə, istərdinizmi?
Ötən il podiumlardan street style dəbinə gələn bu trend ilk dəfə «Fendi»nin nümayişində təqdim olunub. «Bag Bugs», yəni çanta böcəkləri adlanan balaca tüklü aksessuarların qiyməti 800 dollardan başlayır.