“Elia Saab” dünyanın ən nüfuzlu moda evlərindən biridir. Markarın hazırladığı hər bir geyim qadınlar tərəfindən çox bəyənilir. Tanınmış qadınlar da önəmli tədbirlərdə, qırmızı xalıda çox zaman bu markanın geyimlərinə müraciət edirlər.
“Elia Saab” təkcə ziyafət geyimlərinin istehsalı ilə məşğul olmur, həm də gəlinliklər hazırlayır. 2014-cü ilin gəlinlik dəbi həmişə olduğu kimi çox zərif, gözəl və eleqantdır.
Həyatınızın ən gözəl anını nağıllardakı pərilər kimi qeyd etmək istəyirsinizsə, “Elia Saab”ın şahanə gəlinlik modellərinə baxın.
“Nike” şirkətinin tarixi Fil Naytın (Phil Knight) adı ilə bağlıdır. O, Orenqon Universitetinin komandasında orta dərəcəli qaçış üzrə idmançı olmasına baxmayaraq, illər keçdikdən sonra 3,8 milyard dollar sərvəti olan ən varlı amerikalılar sırasında 6-cı yeri tutmuşdur.
1964-cu ildə o öz məşqçisi Bill Bauerman (Bill Bowerman) ilə birlikdə şirkət təsis edir. Həmin vaxtlar, Amerika istehsalı olan idman ayaqqabılarının qiyməti 5 dollar olmasına baxmayaraq, keyfiyyəti heç də yaxşı deyildi. Bir çox idmançılar idman meydançalarından ayaqları qanlı qayıdırdılar. Keyfiyyətli mal isə Almaniya istehsalı hesab olunurdu, bu isə olduqca baha idi.
Nayt-Bauermanın nəzəriyyəsi sadə idi: Məşhur qərbi alman ayaqqabılarına nəzərən daha yüksək keyfiyyətli ayaqqabı Amerikada da proyektləşdirilə bilər, Asiyada istehsal olunub və yenidən Amerikada satıla bilər. 60-cı illərdə Stenfordda MBA üzrə iqtisadi təhsil alan zaman o, Frank Şellenberqerin (Frank Shallenberger) sinifində təhsil alırdı. Seminarların birində növbəti tapşırıq – Marketinq planı əsasında özəl şirkət biznesinin inkişaf strategiyasının qurulması olmuşdu. “Nike əfsanəsi“sinə görə, şirkətin konsepsiyası məhz həmin marketinq üzrə seminarda Naytın ağlına gəlmişdir.
Göyçək Fatimənin hekayəsi, ağ atlı şahzadə axtarmaq istəyən qızlar üçün yaxşı bələdçi ola bilər. Sadəcə düzgün tufli seçmək kifayətdir. Göyçək Fatma nağılda büllurdan ayaqqabı geyinsə də, razılaşın ki, rahat deyil. Burda bir az baş sındırmaq lazımdır, əsas, ayaqqabının parıltılı olmasıdır.