Moda dünyası kateqoriyası üzrə məqalələr

Prada pre-fall 2014

Miucci Prada paltoları, jaketləri və çantaları fotoqraf Stiven Meyzelin obyektivində tamamilə yeni obrazlarda təqdim olunub.

Kampaniyanın siması amerikalı Leksi Bolinqdir. O, Prada-nın mövsümlərarası kolleksiyasının əhval-ruhiyyəsini asanlıqla ötürə bilib. Kadrlarda model istənilən qadının gündəlik obrazının ayrılmaz hissəsi olan çantalarla görünüb.
Davamı →

Versace-dən dəbdəbəli bəzək əşyaları kolleksiyası

İsveçrənin Bazel şəhərində keçirilən Baselworld-2014 sərgisində Versace brendi yeni kutyur bəzək əşyaları kolleksiyasını təqdim edib.

Kolleksiya eksklüziv qiymətli daşlardan və metallardan hazırlanıb. Zinət əşyalarının yaradıcıları əmindirlər ki, bu zinət əşyaları heç kəsi laqeyd qoymayacaq.
Kolleksiyanın əsas detalları zərgərlik olivini, qırmızı turmalin, morqanit və brilyantlardır. Onlar moda evinin estetikasını əks etdirən sarı qızıldan nəfis çərçivələrə yerləşdirilib.
Davamı →

Roberto Cavallidən yeni kolleksiya

Yeni mövsümlərarası kolleksiyasında dizayner üstünlüyü “gözəllik və eleqantlığa” verib.

Kavallinin əsas ilham mənbəyi heyvanlar aləmi olub. Muncuq və saçaqla bəzədilmiş ipək geyim, üzərində bəbir printi olan yun kostyum və timsah dərisindən olan qızıl rəngli bayker gödəkcəsi kolleksiyanın əsas nümunələrindəndir.
Kolleksiya dəbdəbə və parlaq obrazı sevənlər üçün nəzərdə tutulub.
Davamı →

Ətirli ədəbiyyat



«Nə əlaqəsi?» düşünməyə tələsməyin. Bir çox hallarda ədəbiyyat brend ətirlərin yaranmasına əsas verib. Yəqin ki, elə bundan sonra da belə olacaq. Bu, yazıçının bioqrafiyası da ola bilər, nağıl süjeti də, romandan fraqment də…

Davamı →

Braccialini-dən Top-5 çanta

Çantalardan doya bilməyən qizları nəzərə alaraq Braccialini yeni kiçik rəngarəng çantalar kolleksiyasını təqdim edib.
Davamı →

Briliyant ayaqqabı

Belçikalılar briliyantla bəzədilən qış ayaqqabısı hazırlayıblar. Ayaqqabı Çinin Honkonq şəhərində nümayişə çıxarılıb. Ayaqqabının qiyməti 2,4 milyon avrodur. 

Dünyanın ən bahalı qadın ayaqqabısı 39083 çəhrayı və boz briliyant qatı ilə örtülüb. Şampan rəngli cilanlanmış almazlar isə 1500 karatdır. Ayaqqabının üzərində buta ormanetləri əks etdirilib.
Davamı →
Top