Şotland tibb mütəxəssisləri iddia edirlər ki, Şerlok Holmsın ortağının prototipini tapıblar. Artur Konan Doylın məşhur əsərinin həkim qəhrəmanı doktor Vatsonun protitipi Danimarkadan olan osteopat həkim Uilyam Smitdir.
Şotland osteopatlar 1938-ci ildə nəşr olunmuş bir qəzetdən kəsilmiş hissəyə əsasən iddia edirlər ki, Vatsonun prototipi Smitdir. 1938-cil ildə çap edilmiş məqalə həkimin oğlu Katbert Smitə məxsusdur. Məqalədə həkimin oğlu atası və məlum personajla əlaqələri barədə yazır. Oğul Smit yazır ki, atası Konan Doylla birlikdə Edinburq universitetində oxuyublar. Müəllimləri isə Şerlok Holsmın prototipi hesab olunan Cozef Bell olub.
Smit, Bell və Konan Doyl universiteti bitirdikdən sonra da əlaqə saxlayırlarmış. Smit ABŞ-a getdikdən sonra da yazıçı ilə məktublaşırmış. Həkimin oğlu iddia edir ki, atası onu uşaq olandadostları ilə görüşə aparıb və o Konan Doylu və Belli görüb. Məqalədən belə məlum olur ki, onların dostluğu çox uzun müddət davam edib.
Katbert Smitin məqaləsini tapmış həkimlər Vatsonun prototipi ola biləcək adamın bioqrafiyası haqqında başqa məlumatları da bildiriblər. Belə ki, Smit Şotlandiyanın ilk osteopatlarından olub və 19-cu əsrin 80-ci illərində Danimarkada təcrübə keçib. Bundan sonra Amerikaya gedib və iş tapa bilmədiyinə görə səyyar şəkildə tibb inventarları satmağa məcbur olub. Bundan başqa o Amerikada osteopadiya məktəbində dərs demiş, 1910-cu ildə yenidən Danimarkaya qayıdaraq burada çalışmışdır. O, 1912-ci ildə sətəlcəmdən vəfat edib.
Uğurlu insan olmaq, arzuladığımız sahədə çalışmaq hər birimizin arzusudur. Təbii ki, bütün bunlar heç də tez zamanda reallaşan arzulardan deyil. Bunun üçün uzun müddət həvəsdən düşmədən çalışmalı, məqsədə doğru irəliləməliyik. Bu baxımdan ən uğurlu motivasiya mənbəyi zəhməti, iradəsi ilə məşhurluğun yolun tapan insanların həyatıdır.
Məşhur amerikan aktyor Tom Cruisenin ilk peşəsi otellerde müştərilərin çantaların daşımaq olub. Bu dövrdə məşhur aktyorun ən böyük arzusu həyatının qalan hissəsini rahib kimi başa vurmaq idi.
Dilin fərqli hissələri fərqli dadları hiss edir
Dilin üstündə fərqli dad hüceyrələri var və bəziləri digərlərindən daha hissiyyatlıdırlar. Amma xüsusi hissələrə ayrılmayıblar.
Kolumb da dünyanın düz olduğuna inanırmış
Məşhur səyyah Kristofor Kolumb dünyanın nə qədər böyük olduğunu bilməmiş ola bilərdi, amma gəmi ilə üzərək dünyanın bir ucundan düşəcəyini fikirləşəcək qədər axmaq deyildi.
İnsan meymundan yaranıb
Darvin əslində bunu demək istəməyib, amma əsrlərdir bunu hamı səhv təqdim edib. Onun demək istədiyi bu idi ki, meymunlar və şimpanzelərin əvvəlki insanlarla ortaq cəhətləri daha çox olub.
Çoxumuz çətin bir qərara gəlmək üçün saatlarla fikirləşə bilərik. Lakin, portuqaliyalı alimlərin sınaqları bunun heç də düzgün olmadığını göstərir. Alimlər hesab edir ki, ən effektli addım — intuisiyamıza inanıb, qərarı tezcə qəbul etməkdir. Bu həm də vaxta qənaət edər və əhval-ruhiyyəmiz üçün yaxşı olar.
Alimlər siçovul üzərində sınaq apardılar. Aydın oldu ki, siçovullar «tərəddüd» edib etməmələrinə baxmayaraq effektli və düzgün qərarları qəbul edə bilir. Lakin siçovulların ən effektiv qərarları dərhal (300 ms ərzində) qəbul edilənlər oldu.
Araşdırma rəhbəri Dr. Maynen deyir ki, siçovul üzərində belə bir sınaqlar insan intuisiyasının təbiətini daha yaxşı anlamağa və beyində intuitiv qərar alma vaxtı nələrin baş verdiyini öyrənməyə imkan yaradır.
Qəhvə yarpaqlarından hazırlanan nadir çay növü qəhvə qədər tünd olmasa da, xoş dada malikdir. Bu çayda şəkərli diabet və ürək xəstəlikləri riskini azaldan birləşmələrin sayı çoxdur.
Ənənəvi çaydan fərqli olaraq, bu çayın tərkibində kofein az, antioksidatlar isə çoxdur. Bundan başqa, o, soyuqdəyməyə qarşı xeyirlidir.
Londonun Kew adlı Kral nəbatat bağından və Fransanın Montpelier şəhərindən olan tədqiqatçılar düşünürlər ki, insanlar qəhvə dənələrinə üstünlük verdikləri üçün qəhvə yarpaqları istifadəsiz qalıb.
Əslində, qəhvə yarpaqları dənələrdən daha xeyirlidir və onların tərkibində üzvi birləşmələr daha
Nə üçün axşam vaxtı dırnaq kəsməyin yaxşı olmadığını deyirlər? Hadan gəlir bu inanac?
Axşam vaxtı dırnaqları kəsmək barədə dini mənbələrdə hər hansı qadağa yoxdur. Böyük alimlər və müctəhidlər də bu barədə suallara cavab verərkən axşam və gecə vaxtı dırnaq kəsmək barədə qadağanın olmadığını bildirirlər. Bu fikir xalq arasında yayılıb və dini əsası yoxdur.
Sadə bir səbəblə əlaqələndirsək, yəqin ki, gecə vaxtı dırnaq kəsməyin bəyənilməz olması barədə xalq inancının səbəbi budur ki, gecə işıqlanma zəif olduğu üçün dırnağı zədələmək ehtimalı daha böyükdür.
Bədənində, üzündə xalları və çilləri olan insanlar bundan həmişə şikayət edirlər.
Onlardan xilas olmaq üçün çıxış yolları axtarırlar.
Bu məqalədən sonra isə bədənində çoxlu xalı olan adamlar xallı olmaları ilə fəxr edəcəklər.
Araşdırmalar nəticəsində məlum olub ki, bədənində 100-dən çox xal olan insanların əzələləri daha gərgin, ürəkləri və gözləri daha sağlam olur.
Bu adamların öz yaşıdları ilə müqayisədə 7 yaş daha gənc göründüyü iddia edilir.
Xalı çox adamların sümükləri də möhkəm olduğu üçün qocalanda o qədər də əziyyət çəkmirlər.
Qeyd edək ki, bir insanın bədənində orta hesabla 30-40 xal olur, lakin bu xalların sayı bəzi adamlarda 600-ə qədər yüksələ bilir.
Müasir kremlərin tərkib hissələrindən biri də tarakanlardır!
Dövriyyədə olan kosmetikaların tərkib hissələri haqqında müxtəlif hekayələr dolaşır. Onların tərkibinə sağlamlıq və dəri üçün təhlükə yaradan kompenentlərin əlavə edildiyi heç kimə sirr deyil. Lakin kosmetikaların tərkibi haqqında bu xəbər bizi də dəhşətə gətirib. Dəri kremlərinin tərkibinə tarakan qatılır.
Gözəllik fırıldaqçıları kremlərin tərkibinə adi ev həşəratları deyil, tarakanların xüsusi növündən istifadə edir.
Qırışlar əleyhinə kremlərə ilbizdən əlavə edilməsi ilə yenicə barışmışdıq. Kremlərin tərkibinə tarakan qatılması isə ən qorxmaz insanı da qorxuda bilər. Bu həşəratlar həqiqətən də zülal mənbəyidirsə, başqa çıxış yolu yoxdur. Xüsusən də kosmetika şirkətləri ev parazitləri ilə heç bir əlaqəsi olmayan tarakan növündən istifadə edir.