Bilicilər əsl qadınlığa gedən yolu 4 qovşağa bölüblər. Əgər bu qovşaqlar bir yolun başında birləşsə, onda mükəmməl qadın anlayışı sadəcə kitablarda qalmaz, gerçəkləşər. Amma bəri başdan deyim ki, qeyd etdiyim bilicilər də kişilərdir: onlar qadından hər şeyin yüzdə yüz olmasını istəyər, lakin özləri bunun 50 faizini etsələr, möcüzə baş vermiş olar. İstənilən halda tövsiyələrində həqiqət payı var. Ən azından, yaxşılığa doğru dəyişiklik hansı qadına ziyan edər ki? Elə isə bilicilərin “qadınlıq bölgüsü”nə nəzər salaq.
1. Fiziki mərhələ. Qadın olmağın ilk yolu fiziki mərhələdir. Yəni əvvəla əsl qadın kimi görünməlisən ki, daxilini də ona görə tənzimləyəsən. Ən əsası geyim, davranış, münasibət, danışıq, yeriş bu fiziki mərhələnin təməl daşıdır. Nahaq deməyiblər ki, geyim insanın daxilinin aynasıdır. İnsan həyat tərzinə, tərbiyəsinə əsasən geyinir. Təbii ki vulqar geyimli qadından yüksək qadınlıq mücəssiməsi gözləmək olmaz.