Qadınlar səmimi və düzgün olmağınızı istərlər əziz kişilər. Amma bunu da unutmayın ki, qadınlar qulaqları ilə sevdiyindən şirin yalanları da rahatlıqla qəbul edərlər.
Qadınlar özlərinə qarşı diqqətli olmağı istərlər. Amma diqqətsizliyinizi də onlardan əsirgəməyin, çünki qadınlar kişinin diqqətindən çox diqqətsizliyinə daha həssasdırlar.
Hilary Jacobsonun “Mother Food” adlı kitabında tərtib etdiyi südartıran (laktogen) məhsulların siyahısı hər bir əmizdirən anaya faydalı ola bilər. Müəllif kitabında irihəcmli araşdırmalarına yer verib və əmizdirən analara aşağıdakı məhsullardan istifadə etməyi tövsiyə edir. Onun verdiyi siyahını milli mətbəximizə uyğunlaşdıraraq nəzərinizə çatdırırıq.
Hamiləlik qadının həyatında xüsusi bir dövrdür. Hamiləlik zamanı qadın tez-tez gərgin olur, bəzən səbəbsiz əsəbləşir, kövrəlir, ağlayır.
Buna səbəb həm qadının orqanizmində (o cümlədən, sinir sistemində) baş verən ciddi dəyişikliklər, həm də bətnində olan körpəyə görə narahatçılıq hissidir. Hamilə qadınlar bir çox hissəsi uşağın xəstə, qüsurlu doğulmasından, hamiləliyin vaxtından tez pozulmasından qorxur.
Beləliklə, hamiləliyin özü qadın üçün müəyyən stress faktorudur. Bu vəziyyətdə hamilə qadının ətrafında olan insanlar onu hər cür ruhlandırmalı, stress və həyacanlamalardan qorumalı, ona qarşı mehriban, nəvazişli olmalıdırlar. Hamilə qadın daim sakit və onun üçün komfortlu şəraitdə olmalıdır. Bu hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı üçün olduqca vacibdir.
Təbii ki, yüngül streslər, həyəcanlamalar həyatımızın ayrılmaz bir hissəsidir. Bundan əlavə belə yüngül streslər hətta orqanizm üçün xeyirlidir.
Menstruasiyadan öncəki dövrlərdə özünüzü depresiyyada hiss edirsiz? Əsəbləriniz korlanır? Bədəninizdə şişkinlik hiss edirsiz? Bu suallara cavabınız “hə”dirsə, deməli, siz PMS sindromundan əziyyət çəkirsiz.
“Premenstural sindrom” menstrual əvvəli ruhi və fizik baxımdan qadınların yaşadığı bəzi dəyişiliklərə deyilir. Bu dövr əsasən aybaşıdan 7-10 gün əvvəl başlayar və menstruasiya zamanı bitir.
PMS dövrünü bəzi qadınlar çox rahatlıqla, bəziləri də çox ağır keçirir. Bu əlamətlər mensturasiyanın yaxın zamanda olacağının xəbərçisi olmaqla yanaşı, həm də bir çox fiziki və ruhi nizamların dəyişməsinə səbəb olur.
PMS dövrü əlamətləri ilə PMS sindromu arasında bəzi fərqlər var. Əgər özünüzü depresiyyada hiss edir, daha əsəbi, küsəyən və duyğusal artım hiss edirsizsə, bu sindrom içində olmanız ehtimalı daha yüksəkdir.
PMS sindromunu yaşamanın əsas səbəbləri vitamin və mineral çatışmazlığı, hormonal dəyişikliklər, bədəndə su tutumu və bəzi kimyəvi dəyişikliklərdir. PMS əlamətlərinə fiziki olaraq sinə böyüməsi, həssaslaşması, bədəndə şişkinlik yaranması, qısa müddətdə çəki almaq, qəbzlik, iştahasızlıq və cinsi istək artımı aid edilə bilər.
Əgər hər aybaşı zamanı bu əlamətləri yaşayırsızsa, müalicə almanız lazımdır.
Əksəriyyətimiz həmişə gülərüz, günəş kimi parlaq, nurlu xanımlara gündəlik həyatımızda rast gəlirik. Bir çox suallar doğur. Onların belə gözəl görünməsinə səbəb nədir? Genin təsiri? Problemsiz həyat? Gözəllik salonlarının təsiri? və s.
1. Qadınlar ailələrinə, evlərinə, uşaqlarına pul xərcləyib ehtiyacları ödəməyi sevirlər. Amma özlərinə növbə çatanda bir az xəsislik edirlər. Amma hərdən siz də ərköyünlük edib heç olmasa ayda iki dəfə sevdiyiniz mağazadan özünüzə hədiyyə edib, xoş-əhval ruhiyyə yaradın.Hamiləlik zamanı qadınlarda piy qatının formalaşması təsadüfi deyil. Bu piy qatının missiyası uşağın beynini qorumaqdır.
Pittsburq universitetinin alimləri uşaqların intellekti ilə analarının bədənlərindəki piy qatının əlaqəsini araşdırıblar. Nəticələr, doğrudan da, heyrətamiz olub. Sən demə, toppuş qadınlar daha ağıllı uşaqlar dünyaya gətirirlər.
Alimlər hesab edirlər ki, bu müddəalar elmi cəhətdən əsaslandırılıb. Qadın orqanizmindəki yağlar və piylər uşaq beyninin inkişafı üçün vacibdir. Həmin piylər formasını dəyişərək ananın onurğa beynindən və qanından keçərək uşağın beyninə daxil olur.
Pitsburq universitetinin professoru Uil Lassek deyir ki, ananın bədəninə yığılmış piylər dünyaya gələcək uşağın beyni üçündür. Uşağın əsəb sisteminin yaxşılaşması üçün çoxlu miqdarda piy kütləsi toplamaq lazımdır. Piy nə qədər çox olarsa, əsəb sistemi də bir o qədər yaxşı formalaşar.
Kişilər əksəriyyəti etiraf edir ki, qadınları başa düşmür. Onlar hətta «qadın məntiqi» kimi anlayış fikirləşiblər.
«Qadın məntiqi» dedikdə kişilər qadınların «məntiqsiz» (kişilərin anlamında) hərəkətlərini və fikirlərini nəzərdə tuturlar. Məsələn, qadın adi zarafatı bu gün gülə-gülə qəbul edirsə, bir neçə gündən sonra eyni zarafat göz yaşlarına səbəb ola bilər və s.
«Bu qadınları başa düşmək olmur!» — fikirləşir kişilər. Yox, olur. Sadəcə bunun üçün kişilərin 1 ay ərzində hər bir qadının orqanizmində baş verən ciddi dəyişikliklərdən az da olsa xəbərləri olmalıdır.
İnsan fizioloji orqanizmdir. Onun əhvalına orqanizmdə gedən dəyişikliklər böyük təsir edir. Əsas təsirlərdən birini də cinsi hormonlar edir. Kişilərdə 1 dənə əsas cinsi hormon var — testosteron. Məhz bu hormon kişini kişi edir (xarici görünüş, davranış və s.). Qadını isə qadın edən 1 yox, 2 hormon var — estrogen və proqesteron. Bu hormonlar qadının orqanizminə (və, o cümlədən, əhvalına) müxtəlif təsir edir. 1 ay ərzində bu hormonların səviyyəsi tədricən qalxır və düşür və məhz bu hormonal dəyişikliklər qadınları belə «dəyişkən», «məntiqsiz» edir.