Qadın kateqoriyası üzrə məqalələr

Keqel hərəkətləri

Keqel hərəkətləri kiçik çanaq əzələlərinin, sidik kisəsinin, düz və nazik bağırsağın əzələlərinin tonusda qalması üçün tətbiq edilən hərəkətlərdir. 

İlk dəfə bu metodikanı ХХ əsrdə ginekoloq Arnold Keqel işləyib hazırlayıb. Bundan sonra kiçiq çanaq əzələləri Keqel əzələləri adlandırılmağa başlayıb.

Kiçik çanağın əzələləri gündəlik həyatda əsasən də doğuşdan sonra demək olar ki, hərəkət etmir. Buna görə də yaş artdıqca bu əzələlər tonusdan düşərək öz funksiyalarının öhdəsindən gələ bilmirlər. Nəticədə də sidik və nəcisi saxlaya bilməmə, həmçinin də seksual həyatda bir sıra problemlər yaranır. Bunlardan uzaq olmaq üçün isə mütəmadi olaraq Keqel hərəkətləri etmək lazımdır.
Davamı →

Hamiləliklə bağlı 10 məqam

Ana olmağa hazırlaşırsınız. Təbii ki, həyəcanlısınız. Bəlkə də, bu hissi ilk dəfədir ki, yaşayırsınız. Elə isə doqquz ay davam edən bu çətin dövrdə həm uşağınızın, həm də sizin sağlamlığınız üçün vacib olan 10 məqama diqqət yetirək:

1. Hamiləlik dövründə dərinin quruması və ya tündləşməsi təbiidir. Buna görə də, çalışın ki, dəriniz həmişə təmiz və nəmli olsun. Bunun üçün sabun əvəzinə təmizlik losyonlarından, isti su əvəzinə isə ilıq sudan istifadə edin.

2. Hamilə qadınlar üçün idmanın nə qədər vacib olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bu baxımdan üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.
Davamı →

Radxa Qiri Matacinin qadınlara verdiyi məsləhətlər

Qadın sevgidən toxunmuşdur
Niyə qadınlar kişi xarakterinə sahib olaraq həm öz şəxsi həyatını, həm də sağlamlığını risk altına salır?
Qadın enerjisi sevgidən, yaratmaq, qəbul etmək və öyrətmək qabiliyyətlərindən toxunur. Əgər qadın özündə bu keyfiyyətləri inkişaf etdirir və onlarla razılıq əsasında yaşayırsa, o, hər şeyin ölçüsünü bilir, dərin sükut və özünəinam hissinə malikdir ki, bu da onun gözəlliyinə, sağlamlığına birbaşa təsir edir, hormonlar, sinir və endrokin sistemi balanslı şəkildə çalışır.

Qadın həyatın bütün sahələrinə nəzarət etməyə çalışdığı zaman dinclik vəziyyətindən çıxır, qəzəblənməyə başlayır. Bu isə hormonlarda kəskin dəyişikliyə, kişi enerjisinin qapanmasına, özünün də zəifləməsinə gətirib çıxarır. Nəticə etibarı ilə öz-özünə yenilənən çay yerinə qurumuş mənbəyə çevrilir. Kainat qanunlarına əsasən, qadın hətta özü üçün dayazlaşmağa başlayır, seçilmiş partnyoruna ahəngdar enerji və güc ötürülməsi haqqında danışmağa ümumiyyətlə dəyməz. Cütlüyün münasibətlərində başlayan enerji çatışmazlığı aqressiya, mübahisələr, xəstəliklər və maddi çətinliklər ilə davam edir.
Davamı →

Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə

Hamilə qala bilməmək dövrümüzün ən önəmli problemlərindən biridir. Bunun səbəbi sizin cinsi sağlamlığınızın yerində olmaması ilə əlaqədar olmaya bilər. Həyat tərzinin normal olmaması, düzgün qidalanmama, stresli həyat tərzi və s. kimi faktorlar hormonların alt-üst olmasına gətirib çıxara, bu da hamilə qalmaq şansını azalda bilər. Lakin bütün bunları həyat tərzinizi dəyişərək idarə altına ala bilərsiniz! Hamilə qalmaq şansınızı artıracaq 5 tövsiyəni sizlərə təqdim edirik.

1. Çəkinizi kontrol edin
Artıq çəki və ya çəkinin az olması mensturasiya qaydasını pozur. Esterogen hormonunun böyük bir qismi digər hormonların yağ təbəqəsinə çevrilməsi ilə ortaya çıxır. Bu tarazlığı qorumaq üçün bədəninizdəki yağ kütləsi 17-21% olmalıdır. Əks təqdirdə qandakı esterogen səviyyəsi arta və ya azala bilər. Bu da yumurtlama qaydasını pozur və hamilə qalmağı çətinləşdirir.
Davamı →

Qadın bədəninin ən əhəmiyyətli hissəsi

Qarın bir çox dildən tərcümədə həyat deməkdir və həqiqətən, hər birimiz üçün həyat anamızın qarnından başlayıb. Bir qadın üçün qarın sadəcə bədənin bir üzvü deyil, bu, həm də həyatın başlancığı sayılan xeyir və enerji mənbəyidir. Qadın enerjisi məhz qarında (bağırsaq altında, uşaqlıq və reproduktiv orqanların yerləşdiyi nahiyə) toplanır, onun əsas qüvvəsi orada yerləşir. Energetik baxımdan qadın damar kimi təşkil edilib, enerjinin təməli torpaqdan gəlir və qarında yığılır. Qarında toplanmış enerji isə bütün bədəni təchiz edərək onu qadın kimi daha güclü və hədsiz cazibədar edir.

Əgər enerji ehtiyatı qarında kifayət qədərdirsə və o, düzgün axırsa, onda qadın aşağıdakı xüsusiyyətlərə sahib olur:

— zərif, yumşaq, elastik;
— seksual, cazibədar;
— asan hamilə qalır və hamiləlik dövrü asan keçir;
— doğuş rahat keçir (travmalarsız və doğuşdan sonra qarında heç bir çat izi qalmır);
Davamı →

Qadının enerji və güc mərkəzləri

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.
Davamı →

Gözəllik üçün ölümü gözə almış qadınlar

Qadınlar üçün makiyaj və baxımlı olmaq yalnız bu gün deyil, keçmişdə də önəmli olub. Müasir dövrdəki qadınlar olduqca şanslı sayılır. Çünki keçmişdə qadınlar kosmetik məhsullar ilə fərqli bir təcrübəyə sahib idilər. 

Romalı qadınlar gözlərinin daha böyük və gözəl görünməsi üçün belladonna damlalarından istifadə edirdi. Belladonna insanı öldürə biləcək gücdə olan zəhərli bitki sayılırdı. Roma qadınları bunu bilə-bilə ondan istifadə edirdi.

Qədim Misirdə qırmızı dodaq boyası əldə etmək üçün ağlasığmaz yöntəmlərə əl atılırdı. Qiymətli daşları əzərək və ya bir xeyli toksin maddələri qarışdıraraq dodaq boyaları hazırlayırdılar. Bu da bir çox xəstəliyə, hətta ölümə səbəb olurdu.
Davamı →

Menstruasiya sancılarına faydalı 10 məsləhət

Xüsusi günlərdə özümüzü çox yorğun və həssas hiss edirik. Ağrılar və sancılar mensturasiya dövründə daha da enerjimizi aşağı salır və onsuz da həssas olan bədənimizi və duyğularımızı daha da tarıma çəkir. Bunun üçün də faydalı ola biləcək şeyləri sizin üçün araşdırdıq. Ağrı və sancılardan qurtulmaq istəyirsinizsə, aşağıdakıları tətbiq edə bilərsiniz.

1. İsti su torbası
İsti su torbasının sizə nə qədər faydalı olduğuna inana bilməyəcəksiniz. Torbanı qarnınızın üstünə qoyaraq qan axışını sürətləndirərək rahatlaşa bilər və ağrılarınızı yüngülləşdirə bilərsiniz. Alimlərin fikrinə görə bu metod ağrı kəsicilərlə eyni təsirə malikdir — 1 saata qədər.

2. Tünd şokolad yeyin
Mensturasiya dövründə ciddi miqdarda maqnezium itiririk. Bu səbəblə də 70%-i kakao olan bir qida itirdiyimiz mineralı geri qazanmağımıza kömək edər. Lakin kofein və digər şəkərli şokoladlardan uzaq durmalısınız!
Davamı →

Mensturasiya sancılarını yüngülləşdirən çaylar

Mensturasiya sancıları bəziləri tərəfindən normal şiddətdə olan adi ağrı olsa da, bəziləri tərəfindən çox şiddətli və dözülməz ağrı kimi izah edilir. Bu period insandan insana görə dəyişkənlik göstərir. Bəs hansı bitkilər bu ağrıya yaxşı təsir edir? 

Zəncəfil çayı: aparılan araşdırmalara görə zəncəfilin ağrı kəsici xüsusiyyəti var. Digər araşdırmalar isə zəncəfil çayının mensturasiya ağrılarına yaxşı təsir göstərdiyini açıqlamışdır. Bu periodda zəncəfil çayını gündə maksimum 3 stəkan içməyiniz ürək bulantılarına və ağrıya təsir edir.

Çobanyastığı çayı: çobanyastığı çayının tərkibində antispazmik olduğu üçün o da zəncəfil çayı kimi ağrıların qarşısını alır. Gündəlik ən çox 3 stəkan çobanyastığı çayı içilə bilər.
Davamı →

Mastopatiya

Ginekoloqların fikrincə dünyada hər iki qadından birində bu xəstəliyin ən azı ilkin əlamətləri var. Bunun adı – mastopatiyadır. Bəlkə də, siz təəccüblənib, bu statistikaya fikir vermək istəmirsiz, bu zaman aşağıdakı halların sizdə olub olmamasını qeyd edin:
— menstruasiya öncəsi döşdə ağrılar, həcminin böyüməsi, yüngül şişkinlik. Əgər bu hallar olubsa, siz artıq risk qrupundasınız. Sizə məsləhətimiz odur ki, ən qısa zamanda həkimə müayinəyə gedin.

Hər bir qadın, mastopatiyanın müalicəsini və profilaktik tədbirlərini bilməlidir. Həmçinin bu xəstəlik digər ciddi xəstəliklərin (onkoloji xəstəliklər də ola bilər) yaranmasının fonu ola bilər.
Davamı →
Top