Qadın kateqoriyası üzrə məqalələr

Hər qadının bilməli olduğu 7 cinsəl bilgi

1. Öz məhrəbanız olsun
Hovuz, jakuzi, Spa mərkəzləri və saunalarda hər zaman öz məhrabanızdan istifadə edin. Bunun sayəsində göbələk və bakterial vagina infeksiyasına yoluxma riskini minimuma endirə bilərsiniz.

2. Vaginanı antibakterial sabunla yumayın
Gün ərzində vaginanızı mütləq yumalısınız. Ancaq antibakterial sabunlardan istifadə etməyin. Təmiz, bol su ilə yuyun və qurudun. Antibakterial sabunlar vaginadakı pH balansını pozar. Vaginada qoxu və ya qoxulu axıntı var deyə sabun istifadə etdikdə pH balansı pozulacağından daha pis qoxu ilə qarşı qarşıya qala bilərsiniz.

3. Sintetik alt paltarı geyinməyin
Vagina sağlamlığı üçün təmiz pambıqdan olan alt paltarına üstünlük verin. Pambıq alt paltarları vaginanı quru saxlayar və hava almasını təmin edər.
Davamı →

Hamilə xanımlar hansı kosmetik məhsullardan istifadə edə bilməz?

Hamiləlik dövründə makiyajı qadağan etmək doğru deyil. Çünki qadın həyatının hər mərhələsində daha gözəl görünmək istəyir. Lakin hamiləlikdə kosmetik məhsul seçimində xüsusilə diqqətli olmalısınız. Hamilə xanımlar kosmetik məsulların tərkibini nəzərdən keçirib sonra almalıdırlar.

Paraben
Kosmetik məhsulların istifadə müddətini uzatmaq üçün onların tərkibinə «paraben» adlı maddə əlavə olunur. Aparılan araşdırmalar göstərir ki, paraben xərçəng əmələ gətirən maddələr siyahısındadır. Hormon balansında dəyişikliklərə yol açan parabenin ana bətnindəki körpəyə də zərər verdiyi təsdiqlənib. Paraben tərkibli məhsullardan hamiləlik dövründə uzaq durun.

Metilbenzen
Dırnaq məhsullarında istifadə edilən metilbenzen toksik maddədir. Hamiləlikdə immunitet sistemini bu cür mənfi təsirlərdən qorumaq üçün tərkibində həmin maddənin olduğu kosmetik məhsullardan imtina edin.
Davamı →

Yalnız qeysəriyyə əməliyyatı etdirən anaların bildiyi 3 şey

Ana olmaq böyük xoşbəxtlikdir, amma eyni zamanda ağır zəhmətdir. Ananın vəzifələrinə bir sıra öhdəlikləri düşür ki, onları yerinə yetirmək üçün həqiqətən böyük qüvvə və səbir tələb olunur.

Onlarıdan biri də qeysər kəsiyi əməliyyatıdır. Qeysəriyyə əməliyyatının izlərini bədənində qürurla gəzdirən qadınlar haqqında bilinməyən həqiqətlər:
Davamı →

Ana südünün azaldılma üsulları

Körpənin süddən kəsilməsi zamanı ananın rahatlığını təmin etmək üçün aşağıdakı tədbirləri nəzərinizə çatdırırıq. “Südünüzü qurutmaq” üçün sinənizi sarımayın. Bu, süd kanallarının tıxanması, döş infeksiyası və döşdə şişkinliyə səbəb olan keçmişdə qalmış bir üsuldur.

Əgər xüsusi bir vaxt körpəni əmizdirmədikdə döşləriniz dolur və sizə narahatlıq törədirsə, vəziyyətiniz yüngülləşənə qədər bir balaca südünüzü sağın. Siz südü bir neçə dəqiqə südsağanla və ya əlinizlə sağa bilərsiniz.
Davamı →

Hamiləlikdə stress təhlükəlidir

Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanı uzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır. The Daily Mail xəbər verir ki, qısamüddətli güclü olmayan stress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir.

Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır. Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.
Davamı →

İntim gigiyenada 5 səhv

1. Gündəlik pedlərdən (bezlərdən) hər gün istifadə etmək
Əslində «gündəlik» adlandırdığımız pedlər menstruasiyanın sonunda az miqdarda menstrual axıntının olduğu günlərdə istifadə üçün nəzərdə tutulub. Hər gün belə bezlərdən istifadə edən qadında infeksiya riski artmış olur.

2. Vaginal duş 
Uşaqlıq yolu (vagina) özü-özünü təmizləyən orqandır. Ginekoloqlar vaginal duşu çox ziyanlı hesab edir ki, su vaginanın normal sağlam mikroflorasını yuyub aparır. Sağlam mikrofloranın azalması nəticəsində yerli immunitet zəifləyir və bu da iltihab və infeksiyaların riskini artırır.
Davamı →

Liposaksiyanın təhlükələri

Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir. Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi, liposaksiyanın da əks göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var. Yaxın günlərdə Leyla adlı gözəl cavan xanımın liposaksiyadan 2 gün sonra ölümü bunu tam şəkildə təsdiq edib.

Yeri gəlmişkən, internetdə yayılan şəkillərdən hətta tibbi savadı olmayan insan anlayır ki, bu xanıma əslində liposaksiya əməliyyatına heç ehtiyacı da yox idi. Vicdanlı peşəkar həkim belə pasiyenti fikirdən döndərməli, aparat kosmetologiyasına və ya fitnes zalına göndərməli idi.
Davamı →

Analara uyğun geyim qaydaları

Əksər qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının bədəni yalnız sonuncu 2 trimestri yəni 6ay dəyişikliklərə uyğayır, lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir.

Bu səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır:

Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur.
Davamı →

İlk menstruasiyanın vaxtı qadının sağlamlığına təsir edir


Toxoku Universiteti (Yaponiya) alimləri ilk menstruasiyanın vaxtının qadının sağlamlığına olan təsirini araşdırıblar.

Alimlər belə nəticəyə gəliblər ki, menstruasiyaların tez başlaması qadının sağlamlığına mənfi təsir edir, onda bəzi ağır pozulmaların riskini artırır. Belə ki, qadında menstruasiyalar 13 yaşına qədər başlayıbsa, bu onda gələcəkdə insultun riskini 1,8 dəfə artır. Bundan əlavə belə qadınlarda beyin infarktının riski də artmış olur.

Digər tərəfdən qadında klimaks 45 yaşdan tez inkişaf edibsə, bu da infarktın riskini artırır.
Davamı →

Hamiləlikdə düzgün yatmaq

İdeal yuxu mövqeyi
Araşdırmalara görə, arxası üstə və ya sağ tərəfə yatmaq ayaqların ana damarlardan ürəyə olan qan axımını azaldır ki, bu da dölə mənfi təsir edir. Mütəxəssislər hamiləlik dövründə ən ideal yuxu mövqeyinin sol tərəfə doğru yatmaq olduğunu deyirlər.

İlk üç ay rahat olun
Mütəxəssislər deyir ki, ilk 3 ay hər mövqedə yatmaq olar. Bu aylarda uşaqlıq kiçik və yüngül olduğu üçün damarlara təzyiq etmir və körpə zərər görmür.

Sola doğru yatmaq şişi azaldır
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə sola doğru yatmaq, hətta dizləri qatlayıb ayaqların arasına yastıq qoymaq körpə üçün ən yaxşı yatış mövqeyidir. Eyni zamanda, bu cür yatmaq plasentaya ən uyğun şəkildə qidalanma təmin edir və böyrəyin işini rahatladır. Eyni zamanda bədəndə, xüsusilə əllərdə və dizlərdə yarana biləcək şişi azaldır. Bu isə bir daha sübut edir ki, hamiləlik dövründə sola doğru yatmaq əhəmiyyətlidir.
Davamı →
Top