Qadın kateqoriyası üzrə məqalələr

Hamiləlik zamanı yuxusuzluq

Hamiləlik zamanı qadınların çoxunda ilk günlərdən yuxusuzluq müşahidə edilir. 2-ci üç aylığında bu hal keçib gedir və hamiləliyin sonuna yaxın yuxusuzluq qadınlar üçün yenidən ciddi problemlərdən birinə çevrilir.

Yuxusuzluğa “qalib” gəlmək üçün aşağıdakılara riayət edin:

— gərginlikdən uzaq olun. Gün ərzindəki yorğunluq çox vaxt rahat yuxuya getməyə əngəl olur;

— siz gündüzlər yatmağa öyrəşmişsinizsə, bu adətdən bir neçə günlüyə imtina edin. Bu zaman gecə yuxusu daha dolğun olacaq;

— yuxudan əvvəl ağır yemək yeməyin;
Davamı →

Ərin xəyanətini qəbul etmək

Ərinizin xəyanətini necə qarşılamalısınız?
ETIBARLI HƏYAT YOLDAŞINA BƏZI MƏSLƏHƏTLƏR…
Əgər siz ağıllı, təmkinli xanımsınızsa, aşağıda göstərilən məsləhətlər yaşadığınız böhran vəziyyətindən çıxmağa Sizə kömək edəcəklər. Amma egər Siz dəlisov, qısqanc qadınsınızsa — onda oxuduqlarınızın mənası olmayacaq. Çünki qısqanclıq dağıdıcı bir hissdir, və çoxları onu idarə edə bilmirlər.
Psixoloqlar ailə psixoterapiyası zamanı xəyanət faktları ilə tez-tez rastlaşır. Qısqanclıq zəminində xanımlar intihar cəhdi edirlər və ya ağır depressiya yaşayırlar.
Bir məqamı nəzərə almaq lazımdır ki, heç bir zaman qadın ərini nə gündəlik isterikaları ilə, nə də ki dava-dalaşla qaytara bilməz. Siz özünüzü üzəcəksiz, sonda bir xəstəlik tapıb yataq xəstəsi olacaqsız. Əriniz isə bu cür gərgin şəraitdə çox qalmayacaq bir gün həmişəlik çıxıb gedəcək.
Davamı →

Hər qadına lazım olan 15 məsləhət

Görünüşünüzə diqqət göstərir, hər mövsüm başında alış-verişə  çıxıb qarderobunuza yeni paltarlar əlavə edirsiniz. Yaxşı, stilinizi yeniləyəcək praktik addımları izləyərək  daha tez nəticəyə necə çata biləcəyinizi söyləsək? Hər qadının sahib olması lazım olan, heç köhnəlməyən məsləhətlər...

1. Hündürdaban ayaqqabılar

Ayaqlarınızı uzun göstərən yüksək dikdaban ayaqqabılar möcüzə aksesuarlardır. Siz özünüzü bir anda kraliça kimi kiss edəcəksiniz.

2. Rahatlaşdırıcı duş yağı
Stress dərinizə ziyan vurur. Özünüzü daha gümrah və rahat hiss edə bilmək üçün möhtəşəm qoxulu bir duşdan daha yaxşısını düşünmürük.

3. Yaxşı saç stilisti
İstədiyiniz qədər hamar bir dəriyə sahib olun, pis bir saç kəsimi bütün yaxşı xüsusiyyətlərinizi silib atmağa kifayətdir. Gözəl bir seqment isə tam fərqli bir insan olmanızı təmin edər. Müvəffəqiyyətli bir saç stilisti tapmısınızsa, çox şanslısınız.

4. Dırnaq boyası
Bəzən manikürə gedəcək zamanınız olmaya bilər. Ancaq yenə də baxımlı görünmək istəyirsiniz. Rahatlandırıcı duşdan sonra tək qat dırnaq boyası çəkərək hər cür mühitə hazır ola bilərsiniz.

5. Corablar
Solğun rəngli ayaqlarınızı gizlədə bilmək üçün möcüzə bir üsuldur. Geyindiklərinizə görə yüngül parlaq və ya tam tünd olanları seçim edə bilərsiniz.

6. Çanta
Belə bir aksessuar getdiyiniz bütün dəvətlərdə maraq çəkəcək. Tüklü, daşlı və fərqli parçalardan olan çantalar daha gözəl görsənir.
Davamı →

Qadınların dəyərini bilin

Hər bir kişinin ilk gördüyü və sevdiyi qadın Anasıdır. Hətta onlar evlənəndə belə Anaları kimi bir qadın axtarırlar. Qadınlar təmənnasız sevənlərdir. Heçnəyə baxmayaraq sevənlərdir. Hər bir əzaba baxmayaraq sevənlərdir. Çünki Qadın sevgidir, qadın məhəbbətdir. Bəli bir qadını sevərkən ən böyük arzumuz onunla xoşbəxt həyat qurmaqdır. Hər bir qadın gələcəyin Anasıdır. Sizin sevdiyiniz qadın gələcəkdə uşaqlarınızın Anası olacaq. Heç bir qadının qəlbinə dəyməyin. Çünki qadınlar unutmaz. Sevin və qoruyun onları.Siz onlara dayaq olsaz onlarda özlərini güclü hiss edəcək. Qadınların dəyərini bilin!
Davamı →

Qadınların həyatında vacib olan 6 hormon

Qadınların sağlamlığı və əhval ruhiyyəsi əsasən qanda olan hormonların səviyyəsindən asılıdır.

Onların orqanizmə olan təsirini anlamaq və onların təbii yolla idarə olma mexanizmini bilməklə, hər bir qadın öz cavanlığını və ruhi hormoniyasını əldə edə bilər.Beləliklə bu siyahını sizə təqdim edirik:

Endorfin hormonu
Böyük sevinc, şadlanma hissi və xoşbəxtliyi tam ürəklə hiss etməyə kömək edən məhz — endorfin hormonudur. Onun orqanizmə təsiri həqiqətən əvəzolunmazdır, belə ki, o, hətta ağrı hissini də keyləşdirə bilir.

İdarə etmə üsulu:
Özünüz üçün aromaterapiya seansı təşkil edin, belə ki, ətirli nanənin efir yağını nəfəsinizə alaraq, siz nəinki sakitləşirsiniz, həm də sevinc hissi yaşaya bilirsiniz. Bunun səbəbi odur ki, nəfəs aldığınız zaman nanə efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinə endorfinin sekresiyasının yüksəlməsi haqda siqnalı göndərir. Bununla əhval ruhiyyə yüksəlir, həyat tonusu güc yığır.

Ədviyyatlar istifadə edin. Acı yeməklər yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları qıcıqlanaraq, «sevinc hormonunun» istehsalını çoxaldır. Buna görə az da olsa, əsasən qış aylarında acı yeməklər yemək lazımdır. Təbii ki sağlamlıqla bağlı əks göstərişləri unutmamaq şərtilə!
Davamı →

Evdə hazırlanan parlaqlıq və canlılıq verən saç maskası

Saçlarımızın parlaq və canlı görünməsini hamımız istəyərik. Yaxşı, bunun yolunun mətbəxinizdən keçdiyini desək inanarsız?

Ehtiyacınız olanlar:
1 ç.q sirkə
1 ç.q qliserin
1 yumurta (çırpılmış)
2 x.q təmiz hindqozu yağı
Kasa

Davamı →

Qızlar, səhv etməyin!

Deyirlər ki, qızlar minaaxtarana oxşayır. Cəmi bir dəfə səhv edir. İkinci dəfə üçün ona şans verilmir. Münasibətlər qurarkən ən çox buraxılan beş səhv haqqında söz açılır. Səmimi və təbii olsanız, ilk baxışdan anlaşıqsız görünən məsələlər də məqbul sayılar. Əsası odur ki, qarşı tərəfə xoş münasibətinizi göstərib səmimi hisslərinizi açıqlayasınız. Bir də unutmayın ki, öz sevginizlə istəklinizin zəhləsini aparmamalısmız. Tez-tez: «Mən səni sevirəm. ancaq sən...» sözlərini də deməyin. Beləliklə,

Davamı →

Qadınların bəyəndiyi 10 ən yaxşı maşın

Ümumiyyətlə, avtomobil dünyasında qadın avtomobili deyilən bir anlayış yoxdur. İstehsalçılar avtomobil istehsal edərkən onu qadın və ya kişiyə uyğunlaşdırıb ayrıca avto kimi istehsal etmirlər.

Amma, istənilən qadın avtomobili ilk baxışdan seçir və başa düşür ki, bu onlara lazım olan modeldir. Onun sükanı arxasında heç oturmasa belə, qadına aid modeli asanlıqla seçir.

Qadın avtomobili necə olmalıdır? Onların fikirincə ilk növədə rahat, cazibəli, qənaətcil, təhlükəsiz və güvənilir olmalıdır. Ölçüləri böyük olmamalıdır. Qırmızı və ya ağ rəngdə avtomobillərə üstünlük verilir.

Müxtəlif məşhur jurnalların apardığı araşdırmadan belə nəticəyə gəlmək ola ki, qadınların ən çox bəyəndiyi 10 avtomobil aşağıdakılardır:

Hyundai Getz
Daewoo Matiz
Peugeot 206
Mazda 2
Nissan Tiida
Ford Fiesta
Toyota Yaris
Opel Corsa
Wolksvagen Golf
Skoda Fabia

Azərbaycanda qadınların ən çox bəyəndiyi Hyundai Getz, Nissan Tiida və Toyota Yaris kimi avtomobil modelləridir.
Davamı →

Dolu qadınlar kişilərin daha çox xoşuna gəlir


Alman mütəxəsisləri apardığı sorğular nəticəsində belə bir qənaətə gəlmişdirlər. Sən demə qadınların əksəriyyətinin can atdığı arıq bədən forması, kişilərin əksəriyyətinin xoşuna gəlmirmiş.

1000 nəfər kişinin iştirak etdiyi sosial sorğuda respondentlərin yalnız 5% arıq qadınlara, 70% isə dolu qadınlara üstünlük verdiklərini bildirmişlər. Sorğunun nəticəsi mütəxəsisləri təçübləndirsədə, onlar bunun səbəbini psixoloji amillərlə bağlı olduğunu bildirmişlər.
Davamı →

Kapron corablar haqqında 10 fakt

                           

1. Qara və tünd rəngli kapron corablar ayaqları vizual olaraq uzadır və arıqlaşdırır, ağ və açıq tonda kapron corablar isə kökəldir və qısalaşdırır.

2. Kapron corabın tərkibindəki laykranın miqdarı 30 % dən çox olmamalıdır. Çox olsa deməli bu kapron geydirmədir.

3. Ucuzlu keyfiyyətsiz kapron corabların tikişləri oval qabarıq olur ki,bu da sürtünməyə gətirib çıxarır. Həm də onlar paltarın üstündə izin əmələ gəlməsinə səbəb olur. Keyfiyyətli corabların ya tikişi olmur ya da yastılaşdırılmış tikilir ki,ən nazik donun altında qüsursuz görünüş versin.

Davamı →
Top