Qadın kateqoriyası üzrə məqalələr

Qadınların əleyhinə yazılmış qanunlar

Qadın hüquqlarını müdafiə qrupu “Equality Now” müxtəlif ölkələrdə qadınların əleyhinə yazılmış qanunları toplayıb.

Məsələn, Hindistanda ər arvadını zorlaya bilər. Ölkə qanunvericiliyində belə bir maddə var: “Kişinin yaşı 15-dən aşağı olmayan arvadına qarşı zorla seksual əlaqəyə girməsi və ya zorakı seksual xarakterli hərəkətləri zorlama sayılmır”. Bununla da, Hindistan evlilikdə zorlamanı  qanuniləşdirmiş olur.

Belə bir qanun Sinqapurda da qüvvədədir. Sadəcə, orada 13 yaşdan yuxarı olan evli qadına əri tərəfindən zor tətbiq edilməsi zorlanma hesab olunmur. Bahamda isə bu yaş 14-dür.

Malta və Livanda isə qadın qaçırıla bilər. Məsələn, Maltada qadın oğurlanaraq qaçırılırsa və kişi onunla evlənirsə, bu, məqbul hesab edilir. Bu zaman kişiyə qarşı cinayət işi açılmır. Amma gərək qadını qaçıran kişi onunla məhkəmə prosesindən əvvəl evlənmiş olsun. Livanda da buna oxşar qanun layihəsi var. Əgər qadın zorlanar və ya qaçırılarsa, məsuliyyətdən onunla evlənməklə qaçmaq mümkündür. Bu cinayətin baş verməsindən 5 il sonra cütlük ayrılarsa, bu zaman ittiham qaldırıla bilər.

Davamı →

Niyə qadın dostluğu azömürlüdür?

Kişilərdə və qadınlarda dostluq haqqında anlayışlar çox oxşardır, amma nədənsə kişi dostluğu illərlə davam edə bilər, amma qadın çox sürətli bitir. Nə üçün rəfiqə qadına lazımdır? Bircinsiyyətli dostluqdan qadınlar nə gözləyirlər?

Hər şeydən əvvəl, dostluq etibara əsaslanır, dinləmək və dəstəkləmək bacarığına, çətin dəqiqəyə öz çiyinini qoymaq və birgə müvəffəqiyyətlərə sevinmək bacarığı. Çox tez-tez dostluq münasibətləri insanların arasında yaranır, hansılarda ki, ümumi maraqlar və ya həvəslər olur.

Tarixdə çox hadisə məlumdur, nə vaxt ki, hələ uşaq bağçasından başlanmış iki qadının arasında dostluq üçüncü şəxsin  meydana çıxması ilə qurtarır. Bu üçüncü şəxsi,  iki rəfiqə bölə bilmir. 

Bəzən bayağı paxıllıq qadın dostluğuna mane olur. Hələ ki rəfiqələr eyni həyat səviyyəsinə malikdirlər, onların dostluğuna heç nə hədələmir, amma qarderobda yaxşı işə, gözəl kişiyə və ya elementar zərif təzə şey peyda olur, rəfiqələri paxıllığı basmağa başlayır. Bu onunla izah olunur ki, uşaqlıqdan qadınlarda güclü rəqabət ruhu inkişaf etmişdir.

Davamı →

Hamiləlik dövründə hansı musiqilərin faydası var

Çoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi azaldır, depressiyadan çıxmağa kömək edir və s.

Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.

Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının — nevroz, nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə edirlər.

Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.

Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir — sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.

Davamı →

Güclü zəriflər

Qadın böyük qüvvədir. Kişilər bunu çox yaxşı başa düşsələr də, uzun illər ərzində onlar siyasətdə olan zərif cinsin nümayəndələrini heç də ciddi qəbul etməyiblər. Amma tarixən bir çox güclü qadın böyük işlər üçün qabiliyyətinin çatdığını sübuta yetirib. Dünya siyasət tarixinə adlarını qızıl hərflərlə həkk etdirən 10 ən güclü qadını daha yaxından tanıyaq.

Kleopatra (e.ə. 69 – e.ə. 30)
Misir yalnız piramidalar, məbədlər, tarixi abidələr, sfinkslər və miflər ölkəsi deyil. Misir qədim zamanlardan bəri taxt üstündə ciddi mübarizələr aparan, müharibələr edən rəhbərlər ölkəsidir. Bu rəhbərlərdən biri Misir tarixində özünəməxsus yeri olan Kleopatra hakimiyyətə çox gənc yaşda (16 yaşında) gəlir. Amma gənc xanım çiyinlərinə düşən yükün fərqində idi. Çünki yalnız dövləti idarə etməli deyildi, həm də özünü qorumağı bacarmalı idi. Yaxşı təhsil almış, özünə əminliyi ilə tanınan Kleopatranın ətrafdakılar üzərində güclü təsiri vardı. O, Romanı özünə tabe etmək üçün bir-birinin ardınca imperatorları yoldan çıxarmağa çalışır. Onun Yuli Sezar və Mark Antoni ilə olan sevgi macəraları çox məşhur idi. Bu münasibətlər sayəsində o, hakimiyyətini möhkəmləndirir, özünün və varislərinin gələcəyini sığortalayır. Misirli qadın hökmdar ilan sancmasından vəfat edir və sonuncu sevgilisi Mark Antoninin yanında dəfn olunur.

Davamı →

Gözəl qadın

Gözəllik… Çox gözəl  sözdür, amma hazırda “seksual” sözü qədər çox işlənmir. Əslində “gözəl” sözü seksual olmayan qadınlara demək üçün istifadə edilir. Qadınları təsvir etmək üçün yüzlərlə söz istifadə etmək olar, amma “gözəl” qədər təsirlisi ola bilməz. Gözəl qadın bəlkə də ilk görüşdə sizin diqqətinizi cəlb edən qadın deyil, çünki onun əsl gözəlliyi zamanla ortaya çıxır və sizi ciddi mənada məst edir. Belə qadınlar həqiqətən çox dəyərlidir və onlarla birlikdəsinizsə, özünüzü şanslı hiss etməlisiniz.

Qadını “seksual” olmaqdan savayı, həm də gözəl edən 10 təməl xüsusiyyət:
Davamı →

Qadınlar da səhv edir

Söz ustalarımız, şairlərimiz qadını yüksəltmiş, onu fələklərin Fövqünə qaldırmışlar, özlərini isə günahkar bəndələr səviyyəsində aşağı tutmuşlar.

Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır!
— deyən Füzuli xanımları «məlahət mülkünün sultanı» adlandırır. Sultanların hökmünü təhlil yox, icra edərlər. Amma bəzən bu hökmlərdə səhvlər də olur.

Amerikalı psixoloq Barbara de Anceles tədqiqlərində yazır:

Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı əsas səhvləri buraxırlar:

* Özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər;

* Özlərini sevdikləri şəxsə qurban verirlər. Özlərini ondan sonra ikinci hesab edirlər;

* Kisinin potensial imkanlarına aşiq olurlar;

* Öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər;

* Kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.

Davamı →

Yetkin qadınla şıltaq qız arasındakı 10 fərq

Yetkinlik daha çox yaşla bağlı olsa da bu göstərici şərtidir. Çünki 23 yaşında olub özünü tamamilə yetkin qadın kimi aparan, amma 43 yaşında olub şıltaq qız kimi davranan xanımlar var. Yaş əsas göstərici deyil, bəs yetkin qadını şıltaq qızdan nələr ayırır?

1Yetkin qadınlar nə geyindiklərindən asılı olmayaraq seksualdırlar. Şıltaq qızlar isə daha seksual görünmək üçün açıq-saçıq geyinməyə üstünlük verirlər.
Yetkin qadınlar qarşısındakı kişini seksual baxımdan cəlb etməyin təkcə açıq-saçıq geyinməkdən ibarət olmadığını bilirlər və buna görə də özlərini seksual göstərmək üçün açıq-saçıq geyinmək kimi problemləri olmur. Yetkin qadın öz reallıqları ilə barışıb və qarşısındakı insanın onun haqda nə düşündüyünü çox da vecinə almır.

2. Yetkin qadınlar sizinlə söhbət edir, düşündüklərini, istəklərini dilə gətirir. Şıltaq qızlar isə kişidən nə düşündüklərini anlamasını gözləyirlər.
Kişilər düşüncələri oxumaq qabiliyyətinə malik deyil. Bunu unutmayın. Yetkin olmayan qızlar adətən kişilərdən belə bir şey gözləyirlər. Öz aləmlərində müəyyən siqnallar göndərib kişidən başa düşməsini gözləyirlər. Amma əsl qadın belə deyil. O demək istədiyini açıq deyir.

Davamı →

Kişilərin nifrət etdiyi qadın geyimləri

Qadınların yüzlərlə manat xərcləyərək aldığı və sevərək geyindiyi bəzi geyimlər kişiləri qıcıqlandırır. Bəs bu kateqoriyaya hansı geyimlər daxildir? 

Tulum 
Tulum son bir necə mövsümün ən çox diqqət çəkən geyimidir. Olduqca rahat olan bu geyimi kişilər o qədərdə sevmir. Çünki onlar tulumun qadın üçün geyim olmadığını düşünür. 
Davamı →

Toy davası edən qızlar oxusun

Uzun müddətdir sevgilinizlə bir-birinizi sevirsiniz və artıq onunla bir ailə qurmaq istəyirsiniz?! Ancaq onu da buna razı salmaq üçün bəzi şeylər etmək lazımdır?! Sevdiyi kişiylə tezliklə ailə qurmaq istəyən xanımlar bu məsləhətlərə əməl etsin.

Elə davranın ki, guya evlilikdən ötrü ürəyiniz getmir. Hər dəfə evlilikdən söz açsanız, onu bu fikirdən uzaqlaşdırmış olarsınız. Siz təzyiq göstərdikcə, özü istəsə belə, geri addımlar atmağa başlayar. Bunun yerinə, nə qədər bir-birinizə yaraşdığınızı xatırladın.

Evlənəndə bunu edərik, onu edərik deməyin. Siz hiss etmədən stressə girib, sizdən uzaqlaşa bilər. Qoyun, o danışsın. Hətta o, bu haqda danışanda, elə davranın guya çox əhəmiyyət vermirsiniz. Ancaq ipin ucunu qaçırtmaq da olmaz. Çox əhəmiyyətsiz davransanız, onu sevmədiyinizi düşünüb uzaqlaşa bilər. Hər kişi müəyyən bir yaşdan sonra evlənmək üçün ciddi münasibət axtarır. Siz də onun ağlındakı ideal qadın olmağa çalışın.

Dostları və ailəsiylə yaxşı davranın. Xüsusən anası haqqında mənfi heç nə deməyin. Anasına qarşı hörmətlə, incə davranın. Bu, onların beynində «ailəmizə layiq bir gəlindir» düşüncəsi yaradacaq.

Onun xoşladığı şeylərdən sizin də xoşunuz gəlirmiş kimi davranın. Birlikdə futbol izləyin. Beləliklə, ona birlikdə nə qədər xoşbəxt bir həyat yaşayacağınızın siqnallarını ötürün.

Çox qısqanc olub, həyatını dözülməz hala gətirməyin. Elə etməyin ki, kişinin ağlında «bu qadınla yaşamaq mümkün olacaqmı?» sualı yaranmasın. Unutmayın ki, kişilər çox sıxılmağı sevməyən varlıqlardır. Bu qaydaları nəzərə alsanız, uzun müddət davam edən sevginizin xoşbəxt ailəylə nəticələnəcəyinə əmin olun.
Davamı →

Rənglər qadınlar haqda nə deyir?

Özünüzə tərəf müqabili, həyat yoldaşı seçərkən hər iki tərəf mütləq bir-birinin bütün cəhətlərini və keyfiyyətlərini götür-qoy edir, tərəf müqabillərini mümkün qədər dərindən öyrənməyə çalışır. Lakin insan müəmmalı bir aləmdir, onu axıradək öyrənmək o qədər də asan məsələ deyil. Bu məsələdə bəzən intuisiya, müşahidə qabiliyyəti də kifayət etməyə bilər. Ancaq buna baxmayaraq biz öz obyektimizi öyrənməyə davam etməliyik.

Fikir vermisinisə, qadınların hərəsinin öz sevimli rəngi var. Əgər kişilər, zərif cinsin hansı rəngə üstünlük verməsinə diqqət yetirsələr, onun haqqında müəyyən nəticələr çıxara bilərlər.
Davamı →
Top