Bilirsinizmi? kateqoriyası üzrə məqalələr

Tarixdə ilk qan köçürmə

 xəstəyə bir heyvanın qanı verilmişdi. Xəstə  qısa müddət sonraöldü və səbəbini heç kim anlamadı. Müxtəlif heyvanların qanları da işə yaramadıqda, insandan insana qan köçürməyi düşündülər. Qana ehtiyac olduqda qanının bol olduğunu düşündükləri və kortəbii seçilən bir neçə insandan qan köçürdülər. Ancaq bu sınaqların da çoxu uğursuzluqla nəticələndi. Qanköçürmə ilə məşğul olan həkimlər bu həyati əhəmiyyətə malik mayeni iki xüsusiyyətinə görə təhlil edib öyrənə bilmirdilər: qanın bədəndən kənarda laxtalanması və qan verilən insanın ölmə ehtimalı. Deməli, qanda həkimlərin bilmədiyi fərqli maddələr var idi. Biokimya adlı elm sahəsinin təşəkkülünə qədər bu fərqli maddələrin nə olduğu məlum deyildi.

XX əsrin əvvəllərində məlum oldu ki, qan adi qırmızı maye deyil. Hər insanın qanında onu digər insanlardan fərqləndirən müxtəlif faktorlar var. Ona görə, qanköçürmənin baş tutması üçün hər iki şəxsdə bu faktorlar uyğun olmalıdır. Qan qrupu insana məxsus xüsusi faktorların müəyyən edilməsidir. Qan qrupunu müəyyən edən 300-dən çox faktor var. Bu faktorların hər biri sizi digər insanlardan fərqləndirir.

Davamı →

Evinizdəki xalçalar zəhər mənbəyi ola bilər

Siqaretin zərərləri haqqında onun sağlamlığımıza vurduğu ziyandan hər gün minlərlə insanın siqaretdən öldüyünü artıq hər kəs bilir. Lakin qapalı bir şəraitdə məsələn maşında və ya evdə siqaret çəkərkən özümüzlə bərabər ətrafımızdakıların da sağlamlığını böyük bir təhlükə altında qoyduğumuzu bilirdinizmi?

Hətta  mütəmadi olaraq içərisində siqaret çəkilən bir maşın sonradan içərisində siqaret çəkilməsə belə onun oturacaqlarına hopmuş zəhərli maddələr ucbatından təhlükəli sayılır.

Bu kimi vəziyyətlərdən ən təhlükəlisi isə evdə çəkilən siqaretdir, siqareti evdə çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr evin içərisinə əsasən də döşəmədəki və divardakı xalçalara hopur, əgər həmin evdə uşaq varsa və nəzərə alsaq ki, körpələr xalçanın üzərində oynayır, iməkləyir körpəni necə bir təhlükə ilə qarşı-qarşıya qoyduğumuzu başa düşmək elədə çətin deyil.
Davamı →

İnsanın danışma qabiliyyəti: danışmaq möcüzəsi

İki-üç yaşlı uşaq necə qrammatika dərsi keçmədən yetkin insan kimi cümlələr quraraq danışır?

Ətrafında danışılanları dinləyərəkmi öyrənir?

İnsanlar dilçi alimlərin belə tam anlamadıqları qrammatik qaydaları necə öyrənmişlər?

Sözlər və cümlələr necə və harada məna qazanır?

Necə olur ki, zehnimizdəki düşüncələrimiz sözlərə və cümlələrə çevrilir?

Hər  bir insan müəyyən yaşa çatdıqda danışmağa başlayır. Demək olar ki, hamı eyni yaşda danışdığından bu vəziyyət təbii görünür. Bu səbəbdən, danışmaq bəzi insanlar tərəfindən adi qabiliyyət kimi qəbul edilir və onun üzərində çox düşünülmür. Halbuki, hələ heç nə bilməyən bir uşağın birdən-birə danışması böyük möcüzədir. Çünki ən sadə dillər belə, özündə kompleks qrammatik qaydaları ehtiva edir. Qrammatik qaydalar isə sözlərə cümlənin tərkibində müxtəlif məna qazandıran riyazi əlaqələrdir.

Davamı →

Mutasiya nədir?

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat saxlayan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirir. Əksər hallarda hüceyrənin təmir edə bilmədiyi zərər və dəyişikliklərə səbəb olurlar.

Ona görə, mutasiya heç də düşünüldüyü kimi canlıları daha mükəmməl canlıya çevirən “sehirli çubuq” deyil. Mutasiyaların təsiri tamamilə zərərlidir. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və Çernobıldakı insanların məruz qaldığı dəyişikliklərdir: yəni ölüm, şikəstlik və əcaib bədən quruluşu ilə doğulmuş insanlar…

Bunun səbəbi çox sadədir: DNT kompleks nizama malikdir. Bu molekula hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır:

Davamı →

Dəniz suyunun ekosistemə təsiri

Dəniz suyunun duzluluğu necə meydana gəlmişdir?

Dəniz suyunun duzluluq faizi nə üçün dəyişmir?

Okeanlarda yaşayan planktonlar dünyanın temperaturuna necə təsir edir?

Dəniz suyunun duzlu olduğu hamıya məlumdur. Dəniz suyunun duzluluğu çox həssas ölçüdədir. Aparılan tədqiqatlarla dəniz suyunun orta duzluluq dərəcəsinin 3.5% olduğu və bu faizin sabit qaldığı müəyyən edilmişdir. Bu, 1 mil (1.6 km) suda təqribən 186 milyon ton duz olması deməkdir.

Məsələn, okeanlardakı bu qədər duz ilə qitələri 152300 metr qalınlığında duz təbəqəsi ilə tamamilə örtmək mümkündür.

  Bəs bu duzluluq necə meydana gəlmişdir?

Davamı →

Canlı aləmi tarixinin ən əsas dəlilləri: Fosillər

Fosil nədir?
Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri  palçıq təbəqəsi ilə örtülməli və sonra  ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur.

Fosillər canlı aləmi tarixinin ən əsas dəlilləridir. Dünyanın müxtəlif bölgələrində əldə edilmiş yüz milyonlarla fosil var. Fosillər canlının tarixi və quruluşu haqqında əsas məlumat verir. Milyonlarla fosil canlıların ani surətdə kompleks quruluşda, tam şəkildə üzə çıxdığını və milyon illər ərzində heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Bu isə canlıların yoxdan var edildiyinin, yəni yaradıldığının mühüm sübutudur. Canlıların mərhələ-mərhələ əmələ gəldiyini, yəni təkamül keçirdiyini göstərən bircə fosil də yoxdur. Təkamülçülərin ara keçid fosil olduğunu iddia etdikləri bir neçə fosil nümunəsinin saxta olduğu elmi cəhətdən sübut edilmişdir. Eyni zamanda, darvinistlərin ara keçid fosil kimi dünyaya tanıtdığı bəzi nümunələrin saxta olması onların bu məsələdə saxtakarlıq edəcək qədər çarəsiz olduqlarını göstərir. 150 ildən çoxdur ki, dünyanın hər tərəfində aparılan qazıntılarda əldə edilən fosil qeydləri balıqların daima balıq, həşəratların həşərat, quşların quş, sürünənlərin sürünən olduğunu sübut etmişdir. Canlı növləri arasında keçid olduğunu, yəni balıqların sürünənlərə, sürünənlərin quşlara çevrildiyini göstərən bircə fosil də tapılmamışdır. Bir sözlə, fosil qeydləri təkamül nəzəriyyəsinin əsas iddiası olan növlərin uzun proseslər nəticəsində dəyişikliyə məruz qalaraq bir-birindən təkamüllə əmələ gəldiyini qəti təkzib etmişdir.

Davamı →

Bədəndəki öyrəşmə mexanizmi

Hər bir insanın dərisi gün ərzində geyimlərlə təmasda olur. Amma onları həmişə hiss etmir. Gecə yatarkən üstünə çəkdiyi yorğanla, qoluna taxdığı saatla, ya da oturduğu kreslo ilə təmasda olduğunu da daim qavramır. Bunun vacib səbəbi var. İnsan dərisindəki qəbuledicilər müəyyən müddətdən sonra beyinə və dəriyə təmas edən maddə ilə əlaqədar siqnalları göndərməyi dayandırırlar. İnsan dərisi onunla təmasda olan maddəyə qarşı vərdiş qazanır və onunla bağlı hisslər müəyyən müddətdən sonra dayandırılır.

Bir çox insan bu cür təfərruatların fərqinə belə varmır. Amma onu da qeyd etmək lazımdır ki, heç bir narahatlıq duymadan yaşamaq mükəmməl sistemin qüsursuz şəkildə işləməsi ilə mümkün olur.

Davamı →

Bədənimiz niyə oksidləşmir

Canlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?

Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir. 

19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər.

Davamı →

Toz nədir

Tozun olmaması həyatımızda hansı çatışmazlıqlara səbəb olardı?
Toz zərrəcikləri müxtəlif tullantı və kiçik torpaq dənəciklərindən ibarət, cisimlərin üstündəki və ya havada asılı olan çox incə, pudraya bənzər maddədir. Allah tozu xüsusi məqsədlə ancaq dünyaya xas yaratmışdır. Cənnətdə toz yoxdur. Allahın tozu yaratmasının ardında bir çox hikmət var. Tozun zərərləri insanın dünyaya bağlanmasının qarşısını alır. Ancaq toz olmasa, təbii proseslərin həyata keçməsində bir çox problemlər yaranar.

Tozun mənbəyi müxtəlifdir. Tüstü bacalarından çıxan karbon qazı, vulkan püskürmələri, çiçəklərin tozcuqları, bitki əsaslı maddələr, metal qırıntıları, avtomobil şinlərindən çıxan tozlar, heyvan və insan dərilərinin artıqları, kürk və tüklərin artıqları, dənizlərdən və səhralardan gələn toz zərrəcikləri bunlardan bəziləridir.

Davamı →

Dinozavrlar dövrünə son qoyan Perm-trias

Hər il Yerin atmosferinə daxil olan 10.000 tondan çox meteorit atmosferdə sürtünmə nəticəsində bizim xəbərimiz belə olmadan məhv olur. Ancaq atmosferə sürtünmə ilə məhv olmayan böyük meteoritlər də daxil olur. Məsələn, Meksikada Yukatan körfəzinə düşən təqribən 100 km2-lik meteorit dinozavr dövrünə son qoymuşdur.

Bu toqquşma ekoloji sistemdə köklü dəyişikliyə səbəb olmuşdur. Toqquşma nəticəsində əvvəlcə böyük sahə məhv olmuşdur. Toqquşmanın ardınca vulkanik partlayışlar, dünyanın hər yerində zəlzələlər, sunamilər, güclü fırtınalar, yanğınlar baş vermiş, turşulu yağışlar yağmışdır.

Davamı →
Top