1. Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Qaqarinin şifrəli ləqəbi “Kedr” olmuşdu.
8 iyul tarixində adı zənginlik sözünün sinoniminə çevrilən Con Rokfellerin 177 yaşı tamam oldu. O ilk dollar milyarderi və XIX əsrin sonunun, XX əsrin əvvəlinin ən varlı insanı idi. O öz uğur sirrini zəhmət çəkmək bacarığında, xərclərinin hesabatını aparmaqda və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və qənaətcilliyi ağılasığmaz miqyaslara sahib olurdu.
Qədimdə ölən kamın (şamanın) əlinin ağacdan heykəli düzəldilir və kamın ailəsinin evində saxlanılırdı. Kam əli sehirli güclərə sahib hesab olunurdu.
Jozef-Dezire Mobutu Konqo prezidenti olan kimi dərhal olaraq əcnəbi dilləri qadağan etdi. Dəqiqləşdirmək üçün qeyd edək ki, sözləri deyil, məhz əcnəbi dilin özünü qadağan etdi. Ölkə ərazisində fransız, ingilis və s. digər ənənəvi dillərdə danışmaq olmazdı. Elə bununla da “Zairləşdirmə” kursu, daha doğrusu öz köklərinə, yəni mənşəyinə geri dönmə prosesi başladı.
1811-ci ildə alman mexanik Franz Leppich fransız imperatoru Napoleonun qəbuluna düşməyə nail olur. Burada o Napoleona mərmiləri havaya qaldıraraq oradan düşmən üzərinə atmaq imkanı verən dirijablın yaradılması ideyasını təklif edir. Lakin mexanikin ideyası fransız imperatorunun marağına səbəb olmur və “səma fatehi” rədd cavabı alır. Lakin alman dahi öz planından imtina etmək niyyətində deyildi. Bu səbəbdən də ideyasını Ştutqartdakı rus səfirinə təklif edir. O da öz növbəsində dərhal olaraq I Aleksandra məktub göndərir. Bu dəfə Leppichin bəxti gətirir və tezliklə Rusiyaya getməsi üçün dəvət əldə edir.
Tarix boyu yuxular insanlara ilham vermiş, elmi kəşflərin, ixtiraların ilham mənbəyi olmuşdur. Xüsusən elm insanları arasında hər nə qədər bunu etiraf etmək istəməyənlər olsa da, kəşflərinin mənbəyini əvvəlki gecə gördüyü yuxudan götürənlər olduqca çox saydadır… Əslində bu batil bir inanc deyil, olduqca təbii bir proses.
Simurq quşu qədim əsatirlərdə Qaf dağında yaşayan böyük bir quş kimi təsvir edilir. Azərbaycan nağıllarında istifadə olunan personajlarından biri də Simurq quşudur.