Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

Fotoqrafı intihara sürükləyən məşhur fotonun tarixçəsi

Cənubi afrikalı fotojurnalist Kevin Karterin çəkdiyi “Leşyeyən və kiçik qız” fotosu dünyada ən çox səs-küyə səbəb olmuş şəkillərdən biri, bəlkə də birincisidir.O, bu fotoya görə 1994-cü ildə nüfuzlu “Pulitzer” mükafatını qazandı. Lakin “Qəddar paparazzi” damğası vurulan fotoqraf  ittihamlara dözə bilmədi və intihar edərək, həyatına son qoydu.
Həmin fotonun tarixçəsini və qızcığazın sonrakı taleyini təqdim edir:
Davamı →

Hollivudun ən bahalı aktyorları

Hollivud nəinki Amerikanın, həm də dünyanın kino mərkəzi hesab olunur. Burda istehsal olunan filmlər öz yaradıcılarına milyardlarla dollar gəlir gətirir. Filmlərdə yer alan aktyorlar isə bütün dünyada tanınan ulduzlara çevrilir. Bəs bu ulduzlara aktyor oyunlarına görə nə qədər qonorar verilir?
10. Culiya Roberts — 25 milyon dollar
Siyahıdakı yeganə qadın aktrisa olan Culiya Roberts 2003-cü ildə aktyor karyerasının zirvəsində idi. Məhz bu səbəbdən 2003-cü ildə ekranlara çıxan ekranlar çıxan “Mono Lizanın Təbəssümü” filmindəki baş rol ifasına görə aktrisaya 25 milyon dollar qonorar ödənilir.
Davamı →

Dünyanın ən sirli ölülər şəhəri

O 99 yerüstü iki və dördmərtəbəli daş sərdabasından ibarətdir. Orta əsrlərlərdə belə qalaların tikintisi olduqca baha idi, əfsanəyə görə bucaq hörməsi üçün bir böyük yonulmuş daş bir qoyuna bərabər idi buna görə belə qalanın tikintisi yalnız zəngin sakinlər bacarırdı.
Darqavs (oset. Дæргъæвс) — Şimali Osetiya-Alaniya rayonunun eyni adlı kəndində tarixi-memarlıq kompleksdir. Darqavs kəndi Darqavskovo kənd qəsəbəsinin inzibati mərkəzidir.
Dağlıq vadisinin mərkəzində yerləşir, uzunluğu 17 kilometrdir.
Davamı →

Dünya zirvəsi haqqında bilmədikləriniz

Everest – planetimizin ən yüksək dağ zirvəsidir və onun ən pik nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir. Dağ öz adını 19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş ingilis Con Everestin şərəfinə qəbul etmişdir. Bundan əlavə Everest bir neçə başqa adlara da sahibdir. Məsələn, Tibetdə onu tərcümədə “İlahə-Qarlar anası” mənasını verən Comolunqma, Nepalda Saqarmatha (Kainatin anası) adlandırılır.
Davamı →

Qohumla nigahın fəsadları

Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır.
"Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib" və ya "Özümüzünkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü çölə atmaz" deyimləri bizdə çox məşhurdur və qohum nikahlar adət halını alıb. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aynurə İsmayılova bildirir ki, qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar:
Davamı →

Xristianların müsəlmanları aldatdığı gün

1 apreli dünyanın bir çox ölkəsi gülüş və aldatma günü kimi qeyd edir. Heç bu günün tarixçəsi ilə maraqlanmısınızmı? Bu bayramın fərqli adları olduğu kimi yaranma günü ilə bağlı fərqli fərziyyələr də var.
Birinci versiya – “Hiylə günü”
XV əsrin sonlarında səlib ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Qışın soyuq keçməsinə baxmayaraq, müsəlmanlar qalanı qorumaq üçün çox vuruşur. Aylarla davam edən mühasirədən bezən səlib ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısına gələrək, bir əlində “Quran”, digər əlində də “İncil” tutub: “Bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, — deyir. Müsəlmanlar qalanı nəhayət səlib ordusuna təslim edir.
Davamı →

İsti havaların dözülməz mənzərəsi

Yayda paltarları ütüsüz geyinək
Əslində, ilin heç bir fəslində “sevilməyən” bu iş yayda lap dözülməz olur. Yerdən qalxan isti bir yandan, ütü masasından qalxan isti də bir yandan… Bəlkə yayda ütüsüz və ya ütülənməyə ehtiyacı olmayan paltarlar geyinək?
Yağlı yeməklər
Yağlı və kalorili yeməklər nə qədər dadlı olsa da, yayda o qədər də “arzuolunan” deyil. Xüsusən küftə, badımcan-bibər dolması, bozbaş, piti...Bunları yeyəndə adam bilmir alnının tərini silsin, yoxsa yeməyi yesin. Yemək arası içilən su yağlı yeməklə birləşəndə yaranan ağırlığı isə heç yada salmaq istəməzdim.
Davamı →

Qədimdə olan işgəncələr

Axtalama
Qədim skiflərdə axtalama cəza növü idi. Skif döyüşçülər müharibəyə gedəndə özləri ilə balaca mis oraqlar götürür, bununla əsir götürülmüş döyüşçülərin cinsiyyət orqanlarını kəsirdilər. Skiflərin qadınları da döyüşdə iştirak etdikləri üçün axtalama əməliyyatını adətən onlar yerinə yetirirdilər.
Həşəratlarla işgəncə
Həşəratla işgəncə zamanı ən çox milçəklərdən istifadə olunurdu. Qurbanı bağlayıb bədəninə şirin bir şey yaxırdılar. Bundan sonra milçəklər qurbana daraşırdı. Amerika hinduları qurbanın ciyərinə qarışqa daraşdırırdılar. NKVD-də isə çılpaq adamı taxtabiti ilə dolu şkafa salırdılar. Adam əvvəlcə müqavimət göstərsə də bir müddət sonra yorulur, taxtabitilərə təslim olurdu.
Davamı →

Qadınların kişilərdən çox yaşamasına səbəb

Demoqraf və həkimlərin müşahidələrinə görə, kişilər qadınlardan daha az yaşayır. Bu tendensiya, demək olar, bütün ölkə və millətlərə xasdır. Orta hesabla qadınlar kişilərdən 7-10 il çox yaşayır.
Dövlət Statistika Komitəsinin yaydığı son statistikada da görünür ki, qadınlar kişilərdən daha ömür sürürlər. Belə ki, Bakı şəhərində yaşayan 100 yaşını keçmiş 36 nəfərdən 35-i qadın, 1 nəfəri kişidir. 95-99 yaşlı 170 nəfərin isə 52-si kişi, 118-i qadındır.
Davamı →

Dünyanın ən gözəl sevgi məktubu - Ziqmund Freyd

Vyana, 10 iyun 1882-ci il

İstəkli sevgilim, oduna yandığım, gözəl qız!

Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur. 

Arkadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyi doğuracaq başqa bir fantaziyanın olacağına inanmıram.
Davamı →
Top